Gundemxeber.az » Ölkə » Cəmiyyət » Təbriz həbsxanasında saxlanılan fəal Ruzbeh Pirinin səhhətinin ağır olduğu bildirilir
Təbriz həbsxanasında 3 il 8 aylıq həbs cəzasını çəkməkdə olan milli fəal Ruzbeh Pirinin səhhətinin ağır olduğu deyilir.
Sosial şəbəkələrdə paylaşılan xəbər və görüntülərə əsasən Təbriz küçələrində siyasi fəalın sağlamlığının kritik vəziyyətdə olduğuna dair afişalar yerləşdirilib.
Azərbaycan İnsan Haqları Cəmiyyətinə (Ərk) istinadən, Ruzbeh Pirinin həyatı mədə-bağırsaq xəstəliyi (kron) üzündən təhlükə altındadır. Hüquq müdafiə qrupu türk fəalın ixtisaslaşdırılmış tibbi yardıma təcili ehtiyacı olduğunu bildirir.
Ruzbeh Piri keçən fevral ayının 12-dən bəri Təbrizin mərkəzi həbsxanasında saxlanılır. Türk fəal “nizama qarşı təbliğat fəaliyyəti göstərmək” və “nizama müxalif qruplaşmalara üzv olmaq” ittihamları ilə mühakimə edilib
O, keçən il sentyabr ayında İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb, 20 gün nəzarətdə qaldıqdan sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı. Fəalın nəzarətdə olduğu günlərdə ailəsi onun ağır şəkildə döyüldüyünə dair məlumat yaymışdı. Ancaq Təbriz Məhkəməsi milli fəalın onu döyən təhlükəsizlik qüvvələrinə qarşı şikayətini təmin etmədi.
Ruzbeh Piri və qardaşı Yaşar daha əvvəl də fəaliyyətləri səbəbilə dəfələrlə həbs, mühakimə və işgəncəyə məruz qalıblar./amerikaninsesi.org/
6-02-2020, 12:14
21-05-2020, 16:29
13-07-2020, 14:00
10-03-2020, 11:33
18-12-2018, 10:38
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?