Cəlilabadda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Həzrət Əliyevin məhkəməsi başlayır.
Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Vüqar Əhmədovun icraatına verilib.
Məhkəmənin vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə bu ilin yanvarında Cəlilabad rayonunda qeydə alınıb.
Belə ki, H.Əliyev şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla 1997-ci il təvəllüdlü Mirzəxan Gəncəliyevə xəsarətlər yetirib. Daha sonra xəstəxanaya aparılan yaralı orada ölüb.
H.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Sorğu
Yeni dizaynımız necədir?