GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Kapitulyant ölkənin müxalifəti odla oynayır - İNCƏLƏMƏ...

Kapitulyant ölkənin müxalifəti odla oynayır - İNCƏLƏMƏ...

Tarix: 12-05-2022, 11:28 Bölmə :Cəmiyyət Baxış: 206


Ermənistanda radikal-revanşist qüvvələrin baş nazir Nikol Paşinyanı istefaya məcbur eləmək üçün aksiyaları davam edir. Lakin müxalif liderlərin özündənrazı bəyanatlarına və xalqa israrlı çağırışlarına rəğmən, son günlər etirazçıların sıraları artmaq əvəzinə seyrəlməkdədir. Əsas səbəb də düşərgənin hakimiyyəti ələ keçirəcəyi təqdirdə ölkəni ağır böhrandan çıxarmaq üçün konkret və inandırıcı “yol xəritəsi”nə malik olmamasıdır.

Bu da cəmiyyətdə opponentlərin sırf hakimiyyət davası apardığı haqda rəyi möhkəmlədib. Hər necə olmasa, erməni elektoratın yarıdan çoxu müharibə istəmir. Bu iradəni o, ötənilki parlament seçkilərində Paşinyanın partiyasını qalib eləməklə artıq bir dəfə ortaya qoyub. Bundan əlavə, radikal müxalifət özünün zorakı hərəkətləri və ksenofobik şüarları ilə qonşu Azərbaycan və Türkiyə ilə sülh prosesinə də zərbə vurmaqdadır. Nədən söhbət gedir?
Əvvəla, ondan ki, müxalifətin əsas şüarlarından biri nasist əlaltısı, İrəvanda 6 metrlik heykəli ucalan Qaregin Njdenin ideologiyasına söykənən “Türklərsiz Ermənistan!” irqçi tezisidir. Sanki erməni xalqının bəlalarının tək günahkarı qonşulara qarşı əsassız ərazi iddiaları, “miatsum” mərəzi yox, Türk xalqıdır.
Məsələ həm də ondadır ki, müxalifətin Türkə, Türkiyəyə, Azərbaycana nifrəti körükləməsi yalnızca Bakı və Ankara ilə sülh anlaşmasını əngəlləmək niyyəti güdmür, eyni zamanda Ermənistanın monoetnik ölkə kimi qeyri-sivil, anormal bir məkan olduğunu dünyaya qabarıq və əyani nümayiş etdirir. Hər iki neqativ təzahür (sülh prosesinə maneə, ksenofobiya, irqçilik) beynəlxalq ictimaiyyətdə erməni xalqı haqda faşist təmayüllü, başqa millətlərlə yola getməyən, qeyri-adekvat və sülh yox, müharibə arzulayan ölkə təsəvvürünü gücləndirir.
Deməli, Azərbaycanın günün birində yenə sərt tədbirə əl atması üçün əslində siyasi-ideoloji zəmin hazırlanır. Erməni xalqına daha bir təhdid isə yetərli tərəfdarlar toplaya bilməyən radikal müxalifətin get-gedə bir az da aqressivləşməsi və konstitusiyadan kənar zorakı üsullara, o cümlədən terrora meyllənməsidir. Bu mənada 1999-cu ilin 27 oktyabr sindromunun (parlamentin gülləbaran edilməsinin) təkrarlanmayacağına heç kim zəmanət verə bilməz.
Kapitulyant ölkədə bu qəbildən təhlükələri görən ermənilər də var. Məsələn, politoloq Styopa Safaryan hesab edir ki, keçirdiyi aksiyalarda günbəgün sıraları seyrələn Ermənistan müxalifətinin etirazları artıq zorakılıqla müşayiət olunmaqdadır. O, meydana yetərli sayda etirazçı çıxara bilməyən müxaliflərin daha da aqressivləşməsinə, dinc insanları hədəf almasına diqqət yönəldib.
Safaryan xatırladıb ki, mayın 1-dəki mitinqlərdə 12 min, mayın 9-dakı aksiyalara isə cəmi 7 min nəfər qatılıb. “Elə ilk mərhələdə toqquşmaları hədəfləyən müxalif hərəkat artıq öz sıralarını genişləndirmək üçün başqa yollara əl atıb. Onlar insanları pulla cəlb etməyə çalışırlar”, - deyə o vurğulayıb.
Erməni politoloq həmçinin müxaliflərin Gümrüdə keçirilən aksiyada yaşlı bir kişini döydüklərinə diqqət çəkərək bildirib: “Blokada, həyatı iflic etmək, dövlət qurumlarının ələ keçirilməsi və müvəqqəti hökumətin yaradılması. Onlar bununla növbəti mərhələyə daxil olmaq illüziyası yaradırlar. Baş verənlərin dinamikası isə bunun tam əksini sübut edir”.
O, müxalifətin Türkiyə və Azərbaycana qarşı ritorikasının Ermənistan üçün ciddi problem yarada biləcəyini deyib: “Mitinqlərdə narahatlıq yaradan daha bir məqam var: hərəkatın gündəmini türk etnosuna qarşı yönəlmiş nifrət nitqi təşkil edir. Başqa sözlə, Ermənistanın antitürklükdən qidalandığı, Ermənistanda dinc birgəyaşayış ideyasına müqavimətin olduğu həm daxili, həm də xarici auditoriyaya çatdırılır. Bu isə Ermənistanı müharibə tərəfdarı kimi göstərmək üçün fürsət yaradır. Onlar bunu ya şüurlu, ya da şüursuz şəkildə edirlər”.
Safaryan, nəhayət, bir neçə min nəfərlə Ermənistanda hakimiyyət çevrilişinin baş verəcəyinə inanmadığını söyləyib və məqsədlərinə çata bilməyən müxalifətin Paşinyanı güllələməklə hədələdiyinə də diqqət yönəldib.

*****
“Biz indiyədək uğur qazanmayan erməni ”Maydanı"nın şahidiyik. Və küçənin köməyi ilə hakimiyyətə gələn Paşinyanın özü indi küçələrdə baş verənlərin qurbanına çevrilə bilər".
Bunu isə israilli ekspert Aviqdor Eskin Ermənistan TV-nin “Mövqe” verilişinə müsahibəsində deyib.
Yəhudi analitik kapitulyant ölkədə hazırkı ictimai-siyasi böhranın səbəblərini belə sıralayıb: “Etirazlara səbəb olan bir çox amillər var. Hökumət firavanlığa aparan həyat ritmi qura bilmədi. Buradan da narazılıqlar başladı. Rusiyadakı erməni biznesinin əhəmiyyətli bir hissəsi, ümumiyyətlə, Rusiya erməniləri indiki hakimiyyəti tənqid edir. Bu da daha bir faktordur. Ukrayna hadisələri də bu gün Ermənistanda baş verənləri, müəyyən qeyri-sabitliyi şərtləndirən amildir”.
Politoloqa görə, Ermənistanda kimlərdəsə Rusiyanın Ukraynanı darmadağın edəcəyi və Qarabağ uğrunda döyüşə girəcəyi ilə bağlı gözləntilər var idi, amma belə bir şey yoxdur. “Müxalifət üçün ən vacib sual iqtidara gələcəyi təqdirdə Qarabağ məsələsində nə edəcəyi ilə bağlıdır”, - deyə o qeyd edib.
“Bəs Ermənistanın ”artsax məsələsi"ni həll etmək üçün hərbi variantı varmı? Əmin deyiləm. Amma mən dəqiq bilirəm ki, nə İran, nə də Rusiya Ermənistan üçün döyüşməyəcək", - israilli ekspert bildirib və əlavə edib ki, Rusiya indi Cənubi Qafqazın hayında deyil, Ukraynada ilişib, Ermənistan üçün isə ən sərfəli variant “artsax”ın Rusiya himayəsi altında xüsusi status alması olardı.
Status qatarı isə çoxdan gedib. Bir daha qayıtmayacaq.../“Yeni Müsavat”/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Radikal “Sasna tsrer” təşkilatı Paşinyana müxalifət olmağa hazırlaşır?

    Radikal “Sasna tsrer” təşkilatı Paşinyana ...

    28-05-2018, 13:47

  • 
  • İrəvanda terror küləyi, “B planı” - TƏHLİL

    İrəvanda terror küləyi, “B planı” - TƏHLİL ...

    24-02-2021, 15:53

  • 
  • Paşinyan Qarabağ separatçılarına yeni lider tapdı - GƏLİŞMƏ

    Paşinyan Qarabağ separatçılarına yeni lider tapdı ...

    3-12-2018, 10:56

  • 
  • Ermənistanda respondentlərin yarıdan çoxu Paşinyanın istefasını istəyir

    Ermənistanda respondentlərin yarıdan çoxu ...

    4-12-2020, 20:41

  • 
  • Paşinyan sülh danışıqlarından geri çəkilir? - İNCƏLƏMƏ...

    Paşinyan sülh danışıqlarından geri çəkilir? - ...

    5-05-2022, 14:48


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (84)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu