Şəki rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi Əsədullayev Akif Fəxrəddin oğluna məxsus avtomobili benzin tökərək yandıran şəxsin şizofreniya formasında xroniki psixi xəstəlikdən əziyyət çəkdiyi məlum olub.
Gundemxeber.az musavat.com-a istinadla xəbər verir ki, Şəki rayon sakini Əhmədov Murad Vaqif oğlu baş həkimin avtomobilinin arxa hissəsinə benzin tökərək yandırıb. Nəticədə baş həkimin maşınına 7 min manatdan çox zərər dəyib. Murada qarşı Cinayət Məcəlləsinin 186.2.2-ci (qəsdən əmlakı məhv etmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. 21 yaşlı Muradın baş həkimin maşınını yandırma səbəbi əlillik dərəcəsinin ləğv edilməsi olub. Muradın valideynləri bildirib ki, əlillik dərəcəsi kəsildiyi üçün Muradın dərmanları verilməyib. Həmin dərmanları da aptekədən almaq mümkün olmayıb və Muradın xəstəliyi ağırlaşıb. Muradın valideynləri deyib ki, vəziyyəti ağırlaşandan sonra övladları özünü idarə edə bilməyib, təbii ehtiyaclarını belə qarşılaması mümkün olmayıb. İstintaq zamanı Muradın bu cinayəti törədən zaman anlaqsız vəziyyətdə olduğu ekspert tərəfindən təsdiq olunub. Məhkəmə araşdırması zamanı isə baş həkim Muraddan şikayətçi olmadığını, zərərlə bağlı tələbinin olmadığını söyləyib. Şəki Rayon Məhkəməsi Murad barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə təyin edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?