GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » RUHUMLA DİLƏ GƏLDİM

RUHUMLA DİLƏ GƏLDİM

Tarix: 16-05-2022, 08:05 Bölmə :Cəmiyyət Baxış: 290


(Şəhid Məmmədov Rasim Əbdül oğlunun dilindən...) 

      

Nə gözəldir vətəni azad görmək. Cismimizlə toxunmasaq da ruhumuzla vətəni başdan-başa süzürük. Həyatı dərk edəndən mən vətənin sinəsini dağlı görmüşdüm. O qədər düşmənin vətənə təcavüz etdiyini eşitmişdim ki, artıq uşaq olmaqdan yorulmuşdum. Bir an öncə böyümək istəyirdim. Mən də vətənin keşiyini çəkən doğmalarım kimi vətənə keşik çəkmək üçün tələsirdim. 1990-cı illərdə düşmənin Sədərək rayonuna qarşı hərbi təcavüzü zamanı mən və mənim kimi bütün uşaqlar vətənin sinəsində sona çatan ömürlərə, arzulara şahid olduq. Mənim şahidi olduğum ən ağır mənzərə atamın kəm qalan cismi oldu. Bir övlad üçün atasını ölümün pəncəsində görməyin ağırlığını izah etmək mümkün olmasa da, mənim atdığım addımlar intiqamımın və arzularımın böyüklüyünün xəbərçisi idi.

     Mən 1977-ci il mayın 20-də dünyaya göz açdığım zaman heç kim mənim şəhid olacağımı təsəvvür etməmişdi. Heç mən də bir qazi oğlu olacağımı təsəvvür etməmişdim. Ancaq həyat mənim alnıma qazi oğlu, atamın alnına isə şəhid atası olmağı yazıbmış. Bizim alın yazımıza yazılan qismət əslində vətən torpağına yazılıbmış. Bunu zaman dərk etdirdi.


      Gəncliyim sanki qaranlıq bir otaqda keçdi. O dönəmin çətin həyat şərtləri hər kəs kimi mənim də həyatıma sirayət etmişdi. Bütün çətinliyə baxmayaraq evimizdə ata, ana nəfəsinin olmasından güc alırdım. Dörd qardaşın ikincisi olsam da sanki ailədə biraz daha artıq sevilirdim. Yəqin ki, ömrümün qısa olacağı atama, anama ayan olubmuş. Bilirəm onlar məndən doymadılar. Nə yalan deyim mən də ata, ana, qardaşlarımdan doymadım. 1994- cü ildə məktəbi bitirər bitirməz hər kəsdən daha çox sevdiyim vətənə oğul olmağa tələsdim. Bakı Ali Birləşmiş Komandirlər məktəbinə (indiki AAHM) qəbul olduğum gün sanki üzümə Qarabağın aydın səmaları açıldı. Bilirdim ki, bir gün o səmaları ruhumla yarıb pərvaz edəcəm. Özümü hərbi formada gördüyümdə atam Əbdül Məmmədovun kəm qalan cismini görürmüşəm kimi hiss edirdim. Biraz Rasim olurdum, biraz da Əbdül. Hər dəfə atam məni hərbi formada gördüyündə qəlbinin çırpıntısını uzqdan duyurdum. "Oğlum Mil təpə yüksəkliyində axan qanımın qisasını alacaq." deyirdi qəhrəman atam. O cümlədən güvən, məsuliyyət, güc alırdım. Həyatda məni yaşadan amalımı atamın duyması mənim üçün ən ali hiss idi. Bilirdim ki, atam həmin qisas gününü necə gözləyir.

    Artıq bir hərbçi kimi bir çox pillələri qalxmışdım. Leytenant, baş leytenant, kapitan, mayor və şəhid. Aldığım hər rütbənin sevincini mən, qürurunu atam yaşayırdı. Şəhadətin bircə addımlığından dönən qazi hərbçi oğlu ilə sanki öz arzularına çatırdı. Ən böyük arzu isə vətən torpağının hər qarışının azad olunması idi. Bu arzu ilə ötən illər onilliklərə dönmüşdü. Ancaq ötən illər nə atamın, nə də mənim ümidimizi öldürməmişdi. Bir gün mütləq atama o azadlıq müjdəsini çatdıracam deyirdim. Bilirdim ki, asan olmayacaq. Ancaq vətən həsrətindən daha çətin ola bilməzdi. Nə zamansa bu yoldan ya atam kimi qazi, ya da atamın şahid olduğu şəhid kimi dönəcəyimi bilirdim. Sonuncusu oldu.


      2016-cı il aprelin 1-dən 2-nə keçən gecə ümidlər bir anda boy atıb vətəni ağuşuna aldı. Varlığı ürək bulandıran düşmən varlığımızdan qorxuya düşdü. Həmin zaman mən həm Rasim kimi, həm də qazi Əbdül kimi mübarizə apardım. Sanki İlahi bir qüvvə gəlmişdi mənə. Düşmən gözlərimdə bir toz dənəsi kimi görünürdü. Bu gücün sonunun zəfər olacağı heç kimə sirr deyildi. Elə düşünülən kimi də oldu. Azərbaycan ordusu illərdən sonra Aprel zəfəri adlı şanlı qələbəyə qan ilə imza atdı. O imzada mənim də qanım oldu. Aprelin 4-də Lələtəpə yüksəkliyinə bayrağımızın sancıldığının sevincini yaşadım. O sevinc cismən yaşadığım son sevinc oldu. O anın şahidi olduqdan sonra şəhadət zirvəsinə yol aldım. O zirvəyə yol alan şəhid karvanında yer almaq qürurverici idi. Son dəfə dünya gözü ilə gördüyüm bayrağa bürünən cənazəm aprelin 4-dən 5-nə keçən gecə Naxçıvan torpağına aparıldığında ruhumun ilk sarıldığı insan atam oldu. Tabutum önündə məğrur dayanan qazi atamın əslində daxilən yıxıldığını hiss edirdim. Oğul itirən atam, vətənin azadlığının sevincini yaşadığı üçün o an məğrur dayana bildi. Ancaq yaşamla olan bağı elə həmin gün çatladı. Qazi atam şəhid atası olmağa cəmi 25 gün tab edə bildi. Cənnətdə şəhid oğlunu tək qoymayan atam cənnətimin əbədi sakini oldu.


     Mən yenə atamın kölgəsinə sığınmışam. Cənnətdə ruhunun kölgəsinə, dünyada isə məzarının kölgəsinə. Bizim qoşa məzarımızın kölgəsinə sığınanların həm həsrətlərini, həm də qürurlu duruşlarını  duyuram. Ən çox anamın qarlı dağlara bənzəyən tellərini sinəm üstə hiss edirəm. Bir də cənnət qoxusunu duyuram. Qardaşlarımın məzarımla söhbətləşməsinə həm sevinirəm, həm üzülürəm. Onların həsrətimi çəkmələri hər sözlərindən, hər addımlarından bəllidir. Bilirəm, hər kəs kimi qardaşlarım da mənimlə qürur duyurlar. Adımı o qədər gözəl yaşadırlar ki, illər ötməsinə baxmayaraq xalqım məni unutmayıb. Kaş ki, qardaşlarım da bilərdilər ki, mən də onlarla qürur duyuram. Həsrətimlə böyüyən övladlarımın isə qoxularını ruhuma çəkdiyim zaman onların mənim qoxuma həsrət qalmalarına çox üzülürəm. Onların gözlərində atasızlığın izi həkk olunub. O həsrətli baxışlar məzar daşımla, şəkillərimlə çarpışanda ruhum sızlayır. Çünki mən onların qəlbindəki həsrəti duyuram. Bir də hər kəsdən qaçıb gecələrə sığınan yarımın hıçqırıq səslərini cənnətimdə duyuram. Bilirəm mənsiz qalan hər kəs mənsizliyin acısı ilə sızlayır. Ancaq mən heç bir doğmamı gözü yaşlı görmək istəmirəm. Çünki mən ölməmişəm. Ruhu əbədiyaşar olan şəhid hər iki dünyada sonsuzadək yaşayır. 

     

ŞƏHİDLƏR ÖLMƏZ


Şəhidlər ölməzdir iki cahanda,

"Öldü" kəlməsini yaraşdırmayın.

Analar bətnində cana gətirər,

Allah bu vətənin müqəddəs payın.


Qəlbi vətən ilə döyünən şəhid,

Cismiylə çevrilib vətənə dönər.

Müqəddəs sayılan bayrağımıza, 

Dünyadan köçəndə şəhid bürünər. 


Allah elə uca məqam ayırıb, 

Ruhumuz, cismimiz müqəddəsləşir. 

Şəhidtək Allaha döndüyümüz an, 

Bütün müqəddəslər bizlə görüşür. 


Həmin an duyulmur heç bir yaranın, 

Verdiyi nə ağrı, nə də ki, acı. 

Biz vətən dərdini unutdururuq, 

Oluruq vətənin məlhəm, əlacı. 


Cənnətdə əbədi yaşayan kəsi, 

Hər zaman yaşayan biritək anın. 

Mənimtək oğullar vətən köksünə, 

Axıdıb eşq ilə dövr edən qanın. 


Son damla qanımla paklanan yurda, 

Ruhumla hər zaman qucaq açıram. 

Şəhid Rasim kimi ana vətənə, 

Öz şəhid nurumla işıq saçıram. 


MANYA SƏXAVƏTQIZI


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • QƏHRƏMANLAR AİLƏSİ

    QƏHRƏMANLAR AİLƏSİ ...

    15-03-2021, 10:01

  • 
  • ƏSGƏRƏ MƏKTUB

    ƏSGƏRƏ MƏKTUB ...

    7-09-2020, 16:05

  • 
  • "Vətən Fədailəri" Naxçıvan şəhidləri

    "Vətən Fədailəri" Naxçıvan şəhidləri ...

    13-09-2021, 16:01

  • 
  • ZƏFƏR YOLÇUSU

    ZƏFƏR YOLÇUSU ...

    11-10-2021, 19:42

  • 
  • ZƏFƏR YOLÇUSU

    ZƏFƏR YOLÇUSU ...

    11-10-2021, 19:40


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (289)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu