GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Buğda və gübrə satışına qadağalar: Dünyanı çörəklə sınağa çəkmək alınacaq? - AÇIQLAMA

Buğda və gübrə satışına qadağalar: Dünyanı çörəklə sınağa çəkmək alınacaq? - AÇIQLAMA

Tarix: 17-05-2022, 10:33 Bölmə :Cəmiyyət Baxış: 186


Dünyada buğda ajiotajı yaranan kimi Hindistan Ticarət Nazirliyi bu məhsulun ixracı ilə bağlı Azərbaycan da daxil olmaqla 30 ölkəyə müraciət etmək üçün qərar qəbul etdi.

Yerli medianın Hindistan mətbuatına istinadən dərc etdiyi məlumatlarda qeyd olundu ki, hökumətin yüksək səviyyəli rəsmiləri Hindistanın dünyanın 30-a yaxın buğda idxal edən ölkəsində Rusiya və Ukraynanı əvəz etmək niyyətində olduğunu deyirlər.

Hindistan hökumət sövdələşmələri və ya özəl kanallar vasitəsilə ixracı artırmaq üçün bazarı diqqətlə izlədiyini də bəyan etdi. Bu siyahıya Azərbaycan, Misir, Suriya, Mərakeş, Türkiyə, Sudan, İtaliya, Yəmən, Yunanıstan və Hindistan buğdasını nadir hallarda alan Şimal-Şərqi Afrika ölkələri daxildir. Mart ayında yayılan məlumat, deyəsən, özünü doğrultmayacaq.

Çünki mayın 14-də xarici mediada Hindistanın buğda ixracını qadağan etdiyinə dair məlumatlar yayılıb. Hətta ölkənin Ticarət və Sənaye Nazirliyi qadağanın dərhal qüvvəyə mindiyini bəyan edib.

Müvafiq qərar bir çox amillər səbəbi ilə dünyada buğda qiymətinin qəfil qalxması, bunun nəticəsində Hindistanın, qonşularının və digər həssas ölkələrin ərzaq təhlükəsizliyinin risk altında olması nəzərə alınaraq verilib.

Bəs indi buğda ixracı ilə bağlı məsələdən ölkələr necə təsirlənəcək?

Rusiya, Ukrayna və Qazaxıstan taxıl ixracına məhdudiyyət qoyduqdan sonra çox ölkələrin taxıl ümidləri Hindistana idi. Bir anda Hindistan da taxıl ixracına qadağa qoyduğunu elan edir. Təbii olaraq buna müxtəlif səbəblər irəli sürülür, ilkin ehtimallardan biri isə puldur, yəni satışı gerçəkləşdirmək niyyətində olan Hindistanın taxılı daha baha satmaq istəyi. 

Ekspertlərin bir qismi satışın müvəqqəti dayandırıldığını qeyd edir.

Bu vəziyyət Azərbaycana necə təsir edə bilər?

İqtisadçı ekspert Xalid Kərimli Oxu.Az-a açıqlamasında Hindistanın dünya taxıl istehsalçıları arasında ilk üçlüyə girdiyini deyib:

“Dünyada taxıl istehsalının 13-14 faizi Hindistanın payına düşür. Lakin buna baxmayaraq, Hindistan dünya taxıl ixracında cəmi bir faiz paya sahibdir. Əhalisi çox olduğuna görə istehsal etdiyi taxılın əsas hissəsi daxili bazara gedir.

Bizim taxıl idxalının 75 faizi xaricdən olur ki, burada əsas oyunçular Rusiya, Qazaxıstan, Ukraynadır. Biz Hindistandan taxıl idxal etmək fikrinə düşsəydik belə, o, bazarda Rusiya, Ukrayna və Qazaxıstanı əvəz etmir. Çünki Hindistandan Azərbaycana taxıl gətirmək, onsuz da, baha başa gələcəkdi. İdxal prosesi Hind okeanı vasitəsilə həyata keçiriləcəyi üçün sərf etmir -məsafə böyükdür, gəmi və digər nəqliyyat vasitəsilə daşınmanın qiymətini nəzərə alsaq, əvvəlki qiymətlərlə müqayisədə yenə də baha almış oluruq. Bu nöqteyi-nəzərdən Hindistanın bu sahədə qərarları bizi çox da qayğılandırmır”.

Ekspert qeyd edir ki, Rusiya dünya bazarına taxıl ixracını dayandırmayıb:

“Sadəcə olaraq iyunun 30-na qədər Avrasiya İqtisadi Birliyi ölkələrinə qısamüddətli tətbiq edilən məhdudiyyət var. Buna da səbəb həmin ölkələrin normadan artıq taxıl almasıdır. Bu baxımdan taxılın qiymətləri artır və artmağa da davam edəcək. Hindistanın bazardan çıxıb-çıxmaması, məhdudiyyət tətbiq edib-etməməsi də özündən narahat olması ilə əlaqəlidir. Gələcəkdə öz ölkəsində taxıl qıtlığının yaşanmaması üçün çalışır, bu səbəbdən Hindistanın qərarları birbaşa Azərbaycana təsir etməyəcək”.

Hindistanın buğda ixracına qadağası ilə eyni zamanda Çin və Rusiyanın gübrə satışını dayandırması da bazarda vəziyyəti gərginləşdirib. 

Bazarın bu seqmentinin 40 faizini idarə edən ölkələrin bir anda belə qərar verməsi ümumi vəziyyətə, xüsusilə Azərbaycana necə təsir göstərəcək?

Millət vəkili Vüqar Bayramov Oxu.Az-a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan gübrə qiymətlərində artımlar müşahidə edilirdi:

“Eyni zamanda həm Avropa, həm də Asiya bazarında gübrənin qiymətində artımlar var. Digər tərəfdən, fosforlu gübrələrin qlobal ixracatının 30 faizi Çinin payına düşür. Son dövrlərdə bu məhsulların da qiymətində artım var. Hələ 2021-ci ildə dünya bazarında fosforlu gübrələrin qiyməti 60 faizə qədər yüksəlmişdi. 

Azərbaycan idxal etdiyi gübrənin əhəmiyyətli hissəsini Rusiyadan alırdı və həmin məhsulların da qiymətindəki artım onun xərcinin artmasına gətirib çıxarır. Sözsüz ki, ölkəmiz gübrəyə olan tələbatının əhəmiyyətli hissəsini idxal hesabına ödədiyi üçün dünya bazarındakı qiymət artımları Azərbaycana idxal edilən gübrənin xərcinə, qiymətinə təsir edir. Paralel olaraq azot gübrəsinin və digər gübrələrin qiymətlərində də artım var”.

Ekspert əlavə edib ki, Dövlət Gömrük Komitəsinin statistikası da onu göstərir ki, bir ton gübrənin idxal dəyəri orta hesabla 565 dollar olub:

“Bu da əvvəlki dövrlə müqayisədə iki dəfədən çox artım deməkdir. Dünya bazarında qiymət artdığı üçün ölkəyə idxal edilən gübrənin qiyməti də artır. Bu isə yerli istehsalın genişləndirilməsi və zavodlarda gübrənin istehsalının həyata keçirilməsini vacib edir. Çünki bu məqamda əsas hədəf tələbin yerli istehsal hesabına ödənilməsi olmalıdır.

Biz təklif etmişdik ki, indiki məqamda vacib məqamlardan biri fermerlər üçün subsidiyanın baza qiymətinin artırılmasıdır. Fermerlərə gübrə alışına görə verilən subsidiya məbləğlərinin artırılması məqsədəuyğundur. Yəni qiymət artımlarının təsirinin hiss edilməməsi üçün subsidiya məbləğlərinin artırılmasına diqqət ayrılmalıdır”.

GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dünyanın xoşbəxt ölkələri: Azərbaycan İraq, Hindistan və Zimbabvedən geridədir

    Dünyanın xoşbəxt ölkələri: Azərbaycan İraq, ...

    9-09-2013, 11:47

  • 
  • Hindistan Azərbaycana yeni səfir təyin edib

    Hindistan Azərbaycana yeni səfir təyin edib ...

    21-11-2018, 16:22

  • 
  • Un mafiyası İsmət Abbasovla savaşda

    Un mafiyası İsmət Abbasovla savaşda ...

    19-12-2012, 15:10

  • 
  • İnfeksionistdən Hindistan ştammı ilə bağlı VACİB AÇIQLAMA

    İnfeksionistdən Hindistan ştammı ilə bağlı VACİB ...

    28-06-2021, 14:46

  • 
  • Hindistan hakimiyyəti müsəlmanların qətlinə ordu ilə reaksiya verdi

    Hindistan hakimiyyəti müsəlmanların qətlinə ordu ...

    4-05-2014, 11:38


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu