Adil Vəliyev oğlu üçün “zəfər fərmanı”na ev bağışlayır, şəhid–qazilərin evini sökür?!
Sabunçu icra hakimiyyəti heç gündəmdən düşmür. Niyə də düşsün axı, savaşda canını qoyan şəhid-qazilər qalıb bir yanda , müdafiə naziri Zakir Həsənov rayon icra hakimiyyətinin başçısının oğlunu (?) FƏXRİ (ZƏFƏR) FƏRMANI ilə ödülləndirir. Fərmanın “dövlət rüsumu” isə biznesmen icra başçısının bağışladığı ev, torpaq sahəsi ilə ödənilir. Allah xeyir verməsin! Nədən şəhid anasının evini buldozerə verib sökən icra başçısına halallıq, xeyir düşmür!
Onu da vurğulayaq ki, Sabunçu RİH-in qazi və şəhid ailələrinə “buldozer xidməti” birinci dəfə göstərilmir . 6 il qabaq Ləiş bağında Qarabağ qazisinin tikdiyi evi başçının pul-haqqyığanı “komunxoz” Həbibin qoçu dəstəsi ilə həyata keçirən icra hakimiyyəti, hələ də, vurduğu 5 min manatlıq ziyanın əvəzini ödəmir. Qarabağ qazisinin Sabunçu prokurorluğunda və Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsində izahatları alınsa da, polis tədbirlər görüləcəyinə söz versə də, indiyədək nə qərar verilib, nə də tədbir görülür.
Adil Vəliyev şəhid anasının evinin sökülməsini qanunsuz olması ilə izah edir. Oysa , qanuni – qanunsuz olmasından asılı olmayaraq, heç bir tikilinin məhkəmə qərarı olmadan sökülə bilməzliyi qanunun tələbidir! Eyni zamanda, bəyəm başçı oğlunun “fəxri (zəfər) fərmanı” əvəzi müdafiə nazirinə bağışladığı ev qanunidir? Bunu kim “sökməlidir” ? Deyəsən, icra hakimiyyətinin “buldozerini” dövlətin icra hakimiyyətini həyata keçirən başçısının “DƏMİR YUMRUĞU” əvəz etməli olacaq. ..
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?