Cəlilabadın sabiq icra başçısı Namiq Zeynalovun cinayət işi ilə bağlı məhkəmə prosesi yekunlaşmaq üzrədir.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər bir sıra vəsatətlər qaldırıb. Vəsatətlərdən biri mülki iddia qaldırmış şəxslərin məhkəməyə gətirilməsi ilə bağlı olub. Məhkəmə vəsatəti təmin edib. Bununla da məhkəmə istintaqının başa çatdığı elan olunub. Proses mayın 27-də davam etdiriləcək. Xatırladaq ki, Namiq Zeynalov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?