GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycanda referenduma gizli hazırlıq görülür? – “Gedin, adınıza kart açdırın…”

Azərbaycanda referenduma gizli hazırlıq görülür? – “Gedin, adınıza kart açdırın…”

Tarix: 25-05-2022, 14:30 Bölmə :Cəmiyyət Baxış: 296


Azərbaycanda hökumətin konstitusiyada dəyişiklik edilməsi üçün referendum seçkilərinə hazırlaşması ilə bağlı bəzi iddialar var.

Vaxtilə müxtəlif seçkilərdə iştirak etmiş bəzi məntəqə-seçki komissiyalarının keçmiş üzvləri də referenduma “gizli hazırlıqla” bağlı məlumatı BBC News Azərbaycancaya təsdiqləyiblər. Bakı, Gəncə, Şamaxı və Mingəçevir şəhərlərində olan həmin mənbələrin bildirdiyinə görə, yerli icra orqanları onları yenidən çağıraraq, referendum seçkilərində məntəqə sədri və ya sədr köməkçiləri olmaq üçün “adlarına bank kartı açdırmağı” tapşırıb. Buna əsas səbəb isə seçki öncəsi üç aylıq hazırlıq mərhələsində onlara “rəsmi qaydada aylıq məvacibin” ödənilməsidir.

BBC-nin əməkdaşları adına bank hesabı açılan bəzi üzvlərin yeni bank kartlarını görüb. Əvvəlki seçkilərdə bir neçə dəfə məntəqə sədrinin köməkçisi olan və hazırda proseslərə cəlb edildiyini deyən Bakı sakininin bildirdiyinə görə, hətta bəzi məntəqələr üzrə seçici siyahıları belə hazırlanaraq, artıq yerli icra orqanlarına təhvil verilib.

Mərkəzi Seçki Komissiyasından səslənən iddialarla bağlı mövqe almaq mümkün olmayıb.

Yeni Müsavat Media Qrupunun təsisçisi Rauf Arifoğlu da BBC News Azərbaycancaya müsahibəsində özünün hökumətdə təmsil olunan mənbələrinə istinadən növbəti aylarda referendum seçkilərinin keçiriləcəyini bildirib. O, hətta konstitusiyaya dəyişiklik layihəsinin “hökumətin yuxarı təbəqəsinin ilkin müzakirələrindən keçdiyini” bildirib.

“Bildiyim qədəri ilə parlamentdə təmsil olunan millət vəkillərinin sayı 125 nəfər majoritar qaydada saxlanılmaqla, proporsional seçki ilə əlavə 50 nəfər artırılacaq. Beləliklə deputatların sayının qanun layihəsində 175 nəfərə çatdırılması nəzərdə tutulub”, Rauf Arifoğlu qeyd edib.

Onun sözlərinə görə, Qarabağ müharibəsindən sonra Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, eləcə də seçki və siyasi partiyalarla bağlı bəzi boşluqların olması hökuməti konstitusiyada dəyişiklik aparmağa məcbur edir.

Media qrupunun təsisçisi deyir ki, erməni əsilli əhalini Azərbaycan vətəndaşlığına almaq, Xankəndi və ətraf ərazilərdə Azərbaycanın suveren haqlarını bərpa eləmək Azərbaycan üçün mühüm məsələdir.

O, bildirib ki, hazırda Azərbaycan buna [referendum seçkilərinə] dövlət olaraq hazırlaşır və bu istiqamətdə Ermənistan tərəfinin də iştirakı ilə Brüssellə danışıqlar aparır.

“Azərbaycan hökuməti məcburdur müasir çağırışlara və dünya standartlarına cavab verən elə demokratik sistem qursun ki, həmin sistem içərisinə aldığı yad toplumu da qorusun. Bura həmin toplumun seçib-seçilmək və digər hüquqları daxildir. İndiki şəraitdə bu imkanlar yoxdur və hətta bəzi məhdudlaşdırıcı elementlər var. Ona görə də, bununla bağlı istər seçki haqqında qanunun, istərsə də konstitusiyanın təkmilləşdirilməsinə ehtiyac var. Lakin dəyişikliklər erməni əhali üçün nəzərdə tutulmayıb, ümumilikdə ölkədə qanunvericilik və seçki sisteminin yüksəldilməsinə hesablanıb”, Rauf Arifoğlu əlavə edib.

Avropa İttifaqı Şurasının prezidenti Charles Michel bazar günü Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə baş tutan görüş çərçivəsində Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunmasının vacibliyinə toxunub.

Rauf Arifoğlu iddia edir ki, ölkədə referendumun seçkisinin keçirilməsi ilə bağlı Azərbaycan hökuməti bir müddət əvvəl düşünsə də, bu qərarın ictimaiyyətə açıqlanması iki dəfə təxirə salınıb. Buna əsas səbəb isə Ermənistanın Fərrux istiqamətində “təxribatçı fəaliyyəti” olub.

Onun fikrincə, əgər prioritetlər dəyişməzsə, xüsusi ilə də yaxın aylarda “Sərsəng, Xocavənd və Xocalı istiqamətlərində hərbi əməliyyatlar olmazsa”, payızda Azərbaycanda “referendum keçiriləcək və konstitusiyaya dəyişiklik ediləcək”.

Referendum seçkisinin keçirilməsi iddialarından xəbərdar olduğunu deyən siyasi təhlilçi Azər Qasımlı bildirib ki, hökumətin nəzərdə tutduğu dəyişiklik Qarabağla bağlı deyil, siyasi sistemin özündə dəyişiklik aparmağa hesablanıb. Bura ölkədə proporsional seçki sistemini bərpa etmək kimi məsələlər daxildir.

Konstitusiyaya dəyişikliyə gəldikdə isə siyasi təhlilçi, mövcud konstitusiyanın “sıfırdan yazılmalı” olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycanda siyasi sistemdə “desentralizasiya” baş verməli, kiçik ərazilərdə yerli özünü-idarəetmə orqanlarının [bələdiyyələrin] imkanları artırılmalı, böyük şəhərlərdə isə seçkili orqan olaraq – mer idarəetmə forması qurulmalıdır.

“Bu çərçivədə Qarabağda yaşayan ermənilərə də demokratik haqların tanınmasının tərəfdarıyam. Yəni əlavə status deyil, məhz bu şəkildə Azərbaycanın demokratikləşməsi prosesi daxilində onların da hüquq və azadlıqları təmin edilməlidir”, Azər Qasımlı bildirib.

Millət vəkili Fazil Mustafa da konstitusiyaya dəyişiklik edilməsinin zəruri olduğu fikrindədir. Onun sözlərinə görə, bəzi vaxtlarda ölkə konstitusiyasına “tələm-tələsik müddəalar salındığı” üçün bəzi boşluqlar var. Buna nümunə olaraq, o, bələdiyyələrin Milli Məclisdə hesabat verməməsi, eləcə də fərqli qurumların bir-birinə hesabat təqdim etməmələrini göstərir.

Referenduma hazırlıqla bağlı onda heç bir məlumatın olmadığını deyən parlament üzvü indiki məqamda bu iddiaların inandırıcı olmadığını bildirib. O, əlavə edib ki, referendumun keçirilməsinə yalnız Ermənistanla yekun sülh sazişinin imzalanmasından sonra ehtiyac yarana bilər..

“Qarabağ münaqişəsinə görə, bir sıra məsələlərdə konstitusiyada insan hüquq və azadlıqları ilə bağlı müddəalarda bəzi məhdudlaşdırmalara gedilirdi. Hərbi vəziyyət vaxtı insan azadlıqlarının xeyli məhdudlaşdırılması nəzərdə tutulurdu. Sülh müqaviləsi bağlanandan və müharibə riski azalandan sonra bu kimi müddəalarda müəyyən yumşalmalara gedilə bilər və ya azsaylı xalqlarla bağlı müddəalar genişləndirilə bilər”, Fazil Musatafa BBC News Azərbaycancaya bildirib.

REAL partiyasının sədri İlqar Məmmədov da referendum seçkiləri ilə bağlı məlumatsız olduğunu bildirib. “Hazırda biz parlamentdə boş qalan 7 yer üçün seçkilərin keçirilməsini istəyirik və bu yerlər uğrunda imza kampaniyası aparırıq. Lakin qeyd etdiyiniz məqamlar barədə heç bir ciddi məlumatım olmadığı üçün fikir bildirmək istəmirəm”, REAL sədri əlavə edib.

Hakim partiyanın parlamentdə təmsil olunan üzvləri Səməd Seyidov və Aydın Mirzəzadə də referendum seçkisi ilə bağlı məlumatsız olduqlarını deyiblər.

Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadənin fikrincə, hazırki sistem “Azərbaycanın tələblərini ödədiyi” üçün hər hansı referenduma da ehtiyac qalmır.

“Onsuz da Azərbaycanda 30 minə yaxın erməni yaşayırdı və onlar konstitusiyada verilən bütün hüquq və azadlıqlardan istifadə edirdilər. Hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə yaşayan ermənilər həmin ərazilərdə yaşamaq istəyəcəklərsə, bütün Azərbaycan vətəndaşlarının malik olduğu hüquqlara onlar da malik olacaqlar”, Aydın Mirzəzadə deyib.


GundemXeber.Az




  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyevin köməkçisi seçkilər və icra başçılarının işdən çıxarılması haqda

    İlham Əliyevin köməkçisi seçkilər və icra ...

    15-02-2018, 13:03

  • 
  • “Azərbaycanda hamı seçkiyə öz şəxsi işi kimi yanaşmalıdır” - Məzahir Pənahov

    “Azərbaycanda hamı seçkiyə öz şəxsi işi kimi ...

    25-07-2013, 00:55

  • 
  • Referendum, yoxsa erkən parlament seçkisi - 90 milyonun müəmması

    Referendum, yoxsa erkən parlament seçkisi - 90 ...

    23-01-2019, 12:07

  • 
  • Eldar Əzizovdan seçki qadağası

    Eldar Əzizovdan seçki qadağası ...

    14-07-2013, 20:18

  • 
  • Bakıda seçki məntəqəsinin möhürü yoxa çıxıb: sədr elan verdi

    Bakıda seçki məntəqəsinin möhürü yoxa çıxıb: sədr ...

    24-10-2013, 14:03


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu