GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » GMO iddiası: Bostançılar əkdikləri məhsuldan toxum götürə bilmirlər - ARAŞDIRMA

GMO iddiası: Bostançılar əkdikləri məhsuldan toxum götürə bilmirlər - ARAŞDIRMA

Tarix: 25-05-2022, 17:23 Bölmə :Cəmiyyət Baxış: 259


Bostançılar Azərbaycanda əkilən məhsullara insan orqanizminə zərərli dərmanların vurulduğunu iddia edirlər. 

Vətəndaş bildirib ki, bostanında əkdiyi toxumun geni dəyişdirilib, cürbəcür kimyəvi dərmanlar vurulur ki, məhsuldarlıq artsın:

“Fikirləşən yoxdur ki, bəs bu zərərli qidanı kim yeyəcək? Pul üçün qidaya insan orqanizminə zərərli olan dərmanlar vurmaq olmaz. Ona görə də xaricdən gələn toxumlara qadağa qoyub, yerli toxumların istehsalına başlamaq lazımdır”.

Oxucularımızdan biri isə redaksiyamıza şəkil göndərərək, bu günlərdə Bakı bazarlarının birindən aldığı gilasın hamısının qəribə formada olduğunu qeyd edib. Şəkillərdən də görünür ki, bir saplaqda bitən iki gilasdan biri inkişafdan qalıb. 

Qeyd edək ki, Azərbaycana genetik modifikasiya olunmuş (GMO) məhsulların idxalı qadağan edilib.

“Qida təhlükəsizliyi haqqında” qanun layihəsində GMO ilə bağlı tələblər də öz əksini tapıb.
Azərbaycan ərazisində siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən genetik modifikasiya olunmuş yem məhsullarının, tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan yem məhsullarının və tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən istehsal edilən inqrediyentlər olan yem məhsullarının emalına, dövriyyəsinə və onlardan istifadə olunmasına həmin məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydiyyatda alındıqdan sonra icazə veriləcək.

Qanunvericilikdə nəzərdə tutulan qaydada qeydiyyatdan keçməyən genetik modifikasiya olunan yem məhsulları, tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan yem məhsulları və tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən istehsal edilən inqrediyentlər olan yem məhsullarının emalı və dövriyyəsi qadağandır.

Genetik modifikasiya olunan yem məhsullarının qeydiyyata alınması üçün həmin məhsullar aşağıdakı tələblərə cavab verməlidir:

- insan həyatına və sağlamlığına, heyvan və bitki sağlamlığına və ətraf mühitə mənfi təsir etməməli;

- istifadəçini çaşdırmamalı;

- heyvanların normal qidalanması üçün əvəz etdiyi məhsullardakı zəruri inqrediyentlərə malik olmalıdır.

Azərbaycan ərazisində genetik modifikasiya olunmuş yem məhsullarının, tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan yem məhsullarının və tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən istehsal edilən inqrediyentlər olan yem məhsullarının qanunsuz ilkin istehsalı, emalı və dövriyyəsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Oxu.Az-a açıqlamasında bildirib ki, məhsulların tərkibində GMO varsa, təəssüf ki, bostançı əkdiyi bitkinin toxumunu növbəti il götürə bilmir:

“Çünki həmin toxumlar cücərmir. Bütün bitkilər torpağa toxum salmalıdır və ondan digər il üçün istifadə olunmalıdır. İndi isə elə deyil. Hazırda qarpızın toxumunun bir kiloqramı üç min manatdır. Onu alıb, əkən adam məhsuldan növbəti il üçün toxum götürə bilmir”.

Ekspert qeyd edib ki, ətraf mühitin qorunması üçün ölkəyə GMO-nun gəlməsinə qarşı səylər olsa da, saxta sənədlərlə soya əkilir:

“Bununla bağlı ciddi araşdırma aparılmalıdır. Bu işə nəzarət edən dövlət orqanları, eyni zamanda, GMO-nu tədqiq edən laboratoriyalar susurlar. Laboratoriyaların işləri gücləndirilməlidir”.

E.Hüseynov əlavə edib ki, hazırda GMO qidaların istehsalı və ixracatı ilə məşğul olan ən məşhur qurum ABŞ-ın “Monsanta” şirkətidir:

“Təəssüf ki, o şirkətin rəsmiləri hər kəsi inandırmağa çalışırlar ki, GMO qidalar heç bir baxımdan insan bədəni üçün ziyanlı deyil. Bu cür nüfuzlu şirkətin ekspertlərinin belə mövqeyi insanda bir sıra şübhələr doğurur”.

Deputat Tahir Rzayev saytımıza açıqlamasında bildirib ki, GMO məhsulları insan həyatı üçün təhlükəlidir:

“Bəzi məhsulların saxlanılması, məhsuldarlığın artırılması üçün tərkiblərinə müəyyən qaydada GMO əlavələr olunub. Bu o demək deyil ki, bu, insan orqanizmi üçün ziyanlıdır. Əvvəllər istixanalarda yetişən meyvə-tərəvəzi yemirdik. İndi isə qış aylarında biz onu alıb, yeyirik.

Bəziləri deyirlər ki, bunlar insan orqanizmi üçün təhlükəlidir. Məlumdur ki, təbii şəraitdə yetişdirilən məhsullar daha keyfiyyətli, dadlıdır, amma insanlar bu gün istixanalarda yetişəni alıb yeyirlər. Onlara heç bir qadağa qoyula bilməz. 

“Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin müzakirəsi zamanı ciddi təsirlər oldu ki, qanun qəbul olunmasın. Mütəxəssislər izah etdilər ki, elə məhsullar, toxumlar var ki, bizim şəraitdə yetişdirilməsi üçün müəyyən qulluq lazımdır. Əgər onun yetişdirilməsi üçün o qulluq edilə bilmirsə, deyirlər, GMO-dur və yararsızdır.

Artıq dünyada toxum idxalı məsələləri var və xarici ölkədən toxumlar gətirilir. Məsələn, biz xarici ölkələrdən buğda toxumu gətiririk, amma o toxumu torpaqlarda əkən zaman ciddi fikir verilməlidir”.

O qeyd edib ki, Azərbaycana genetik modifikasiya olunmuş (GMO) məhsulların idxalı qadağan edilib:

“Həmin qanun layihəsi müzakirə olunan zaman ciddi-cəhdlə sübut etdilər ki, ölkəmizə gətirilən yemlərin bəzilərinin tərkibinə əlavələr edilib. İnsan və heyvan həyatına ziyan verən heç bir qida və yem məhsulu Azərbaycana idxal olunmamalıdır. Belə hal olarsa, həmin şəxslər cəzalandırılırlar”. 

“Ziyanlı məhsullara görə kənd təsərrüfatı məhsullarının 40 faizə qədəri məhv olur. Bu gün bu, dünyada bir problemdir. Alimlər bu problemin üzərində ciddi şəkildə işləyirlər”, - deyə Tahir Rzayev əlavə edib.


Gundemxeber.Az




  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycana girişi qadağan edilən mallar

    Azərbaycana girişi qadağan edilən mallar ...

    4-05-2014, 11:36

  • 
  • İsmət Abbasovun genefondu məhv edən siyasəti

    İsmət Abbasovun genefondu məhv edən siyasəti ...

    10-07-2013, 16:57

  • 
  • "AQTA gizli şəkildə GMO-nun lobbiçiliyini aparır" - Tanınmış ekspertdən İTTİHAM

    "AQTA gizli şəkildə GMO-nun lobbiçiliyini ...

    28-03-2022, 13:07

  • 
  • Zəhərli toyuq videosu broylerləri çökdürdü – şok araşdırma

    Zəhərli toyuq videosu broylerləri çökdürdü – şok ...

    16-03-2015, 23:57

  • 
  • Azərbaycan məktəblərinə qadağa

    Azərbaycan məktəblərinə qadağa ...

    29-05-2013, 12:42


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu