GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Korrupsiyaya qarşı mübarizə idarəsi tələbkar Qarabağ qazisinə “xox” gəlib

Korrupsiyaya qarşı mübarizə idarəsi tələbkar Qarabağ qazisinə “xox” gəlib

Tarix: 26-05-2022, 20:04 Bölmə :Cəmiyyət Baxış: 1 081

 

“Qorxdum ay aman, yarıldı bağrım” (Mirzə Ələkbər Sabir)


Xətai məhkəməsinin 26.05.2009-cu il tarixli  2 (011)-451/09 saylı  qətnaməsinin icra olunmamasından , Ədliyyə Nazirliyinin icra baş idarəsinin görəvini unutmasından , dövlətin adından çıxarılan  məhkəmə qərarını görməzliyə vurmasından düz 13 il keçir. Bu 13 ildə heç bir icra hərəkəti aparılmayıb! (?) Yalnız iki il sonra Ədliyyə Nazirliyinin  Nizami icra şöbəsinin icra məmuru Mehdi Zeynalov tələbkar Qarabağ qazisinin icraya mane olması (?) əsası ilə icra sənədini onu vermiş məhkəməyə qaytarıb. Heç demə, tələbkar ona sahibkarlıq amacı ilə verilən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev -10a ünvanındakı otaqları tələb etməklə icraya mane olub! (?) 

 11 ildir baş prokurorluğun korrupsiyadan şikayətlərin operativ araşdırılması amacı ilə yaradılan 161 qaynar xətti yüzlərlə  şikayəti qeydə alsa da, bircə yol da olsa, çağırıb izahatımı almayıb. Elə bu səbəbdən 25 may 2022-ci ildə baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsinin istintaq – təhqiqat prokuroru olduğunu deyən Orxan Hüseynovun açıq nömrədən zəng edərək idarəyə izahat almağa çağırmasından elə sevincək oldum ki, səhərə kimi yata bilmədim. Axırı, korrupsiyaya qarşı mübarizə baş idarəsi 13 ildən sonra da olsa mübarizəyə başladı, -deyə fikirləşirdim ki, prokurorun məni sorğu -sual etməsi , 21.06.2011 -ci il tarixli 2 (011)-855/2011 saylı qətnamə əsasında üç il gizlədikdən sonra verilən qətnamənin nəticə hissəsi ilə icra vərəqəsinin uyuşmamasını tələbkar qazinin boynuna qoymaq çabasının şahidi oldum. Necə deyərlər, “getdim kabab iyinə, gördüm eşşək dağlayırlar”. Saat yarıma yaxın çəkən sorğulamada ittiham orqanını başa sala bilmədim ki, məhkəmənin qəbul etdiyi qətnamənin nəticə hissəsinin əsaslandırıcı hissəyə uyğun olmaması məhkəmənin suçudur! Özü də bu suç borclular ƏMDK, Nizami RİH, Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələrinin mütəşəkkil qeyri-prosessual basqısının məhsuludur. Təsəvvür edin, Ədliyyə Nazirliyinin icra məmurları məhkəmə qərarının icrasını təmin etmək əvəzinə, tələbkarı şantaj etmək yolu tutub və bu yola baş prokurorluğu da qoşub. Orxan Hüseynov Ədliyyə Nazirliyinin icra məmurları ilə qeyri-prosessual münasibətə girərək, tələbkar Qarabağ qazisini saxta icra sənədi tərtib etməkdə suçlayır. Bu suçlamada Xətai məhkəməsinin sədri Rəşid Rzayevdən alınan cavabın  da özəl  “önəmi” var. Ədliyyə Nazirliyinin 13 ildir hərəkətsiz qalan icra baş idarəsi hərəkətə keçərək məhkəmənin indiki sədrindən  Xətai məhkəməsinin (keçmiş) hakimi İlqar Əliyevin verdiyi icra vərəqinin “əslində” ünvan ( Nizami rayonu, Bəhruz Nuriyev -10a ) yazılmadığı (?) cavabını alıb və korrupsiya faktı kimi korrupsiyaya qarşı mübarizə baş idarəsinə sırıyıb. Dəhşətə baxın, məhkəmə sədri əmlakla bağlı  qətnamənin nəticə hissəsində,  icra vərəqəsində ünvan göstərilməməsini qanuni sayır! (?) Məhkəmə sədrinə  Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ,ən azı,  222.1 maddəsini oxumaq məsləhətdir : “MƏHKƏMƏ ƏMLAKIN NATURA ŞƏKLİNDƏ ALINMASINI QƏT ETDİKDƏ, ONUN ADINI, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən ALINMALI ƏMLAKIN dəyərini, habelə alınmalı ƏMLAKIN YERLƏŞDİYİ YERİ və ya ƏMLAKA GÖRƏ iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını QƏTNAMƏNİN NƏTİCƏ HİSSƏSİNDƏ GÖSTƏRİR” . İcranın konkret Bəhruz Nuriyev -10a ünvanındakı əmlaka yönəldilməsini tələb edən tələbkar suçludur, yoxsa, nəticə hissəni tələbə uyğun İMPERATİV FORMADA yazmayan məhkəmə? Ali Məhkəmənin sədri Ramiz Rzayevin imzaladığı 24.11.2005 tarixli 4 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 6.8-ci bəndində qətnamənin nəticə hissəsinin imperativ formada yazılmasını, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməli olmasını doğrulanıb. 

İndi özünüz deyin, tələbkar suçludur, yoxsa 13 ildir qətnaməni bilərəkdən qanunsuz tərtib edən, icra etdirməkdən imtina edən məhkəmə? 

Məğrur Bədəlsoy 


P. S. . Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsinin istintaq – təhqiqat prokuroru Orxan Hüseynovun isə Azərbaycan Respublikası  Cinayət Prosessual Məcəlləsini diqqətlə oxuması gərəkir. Heç kəs aldatma yolu ilə istintaqa cəlb edilə bilməz. Hələ “xox”u demirik.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ədliyyə Nazirliyinin icra məmuru tələbkar Qarabağ qazisini şantaj edir

    Ədliyyə Nazirliyinin icra məmuru tələbkar Qarabağ ...

    30-03-2022, 21:17

  • 
  • Yeni başçı Nizami RİH -in Qarabağ qazisinə əmlak borcunu ödəyəcək?

    Yeni başçı Nizami RİH -in Qarabağ qazisinə əmlak ...

    21-02-2022, 22:07

  • 
  • PA-nın göstərişini saymayan Nizami RİH borcunu ödəməkdən imtina edir

    PA-nın göstərişini saymayan Nizami RİH borcunu ...

    17-03-2022, 10:43

  • 
  • Baş prokurorluğun 161 qaynar xətti 3-cü dəfə qazinin şikayətini qeydə alıb

    Baş prokurorluğun 161 qaynar xətti 3-cü dəfə ...

    2-12-2021, 15:45

  • 
  • Nizami rayonunda Qarabağ əlilinə qarşı görünməmiş qanunsuzluq

    Nizami rayonunda Qarabağ əlilinə qarşı görünməmiş ...

    2-02-2017, 20:26


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu