GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » 71 yaşlı general yola salınır... - BDYPİ-nin rəisinin səlahiyyət müddəti başa çatıb

71 yaşlı general yola salınır... - BDYPİ-nin rəisinin səlahiyyət müddəti başa çatıb

Tarix: 16-06-2022, 13:46 Bölmə :Cəmiyyət Baxış: 249

"O, BDYPİ-nin rəisi kimi təqdim oluna bilməz..."

Bu il fevralın 19-da Daxili İşlər Nazirliyinin (DIN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəisi, general-polkovnik Ramiz Zeynalovun 71 yaşı tamam olub. Bu, o deməkdir ki, R.Zeynalov "Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də nəzərdə tutulan son müddətdən 1 il 3 aydan artıqdır dövlət qulluğunda çalışır...

İdarə rəisinin tərcümeyi-halında göstərilir ki, o, 1976-cı ildə daxili işlər orqanlarında işə qəbul edilib, 1994-cü ilə qədər bu sistemdə müxtəlif vəzifələr tutub. Həmin ilin avqust ayından etibarən isə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsində çalışır. Beləliklə, R.Zeynalov 28 ilə yaxındır iş yerini dəyişməyən tək-tük yüksək çinli məmurlardandır.

Əsasnaməyə görə, daxili işlər orqanlarında xidmət keçmənin son həddi əməkdaşların xüsusi rütbələrindən asılıdır:

1)Sıravi və kiçik rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələrdə olan əməkdaşlar - 50 yaş (bu rütbələrdə olan əməkdaşlar göstərilən yaş həddinə çatdıqda xidmət illərinə görə pensiya hüququ əldə etmirlərsə onlar daxili işlər orqanlarında xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirirlər);

2) orta və böyük rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələrdə olan əməkdaşlar - 55 yaş;

3) ali rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələrdə olan əməkdaşlar:

polis general-mayoru və tibb xidməti general-mayoru, polis general-leytenantı xüsusi rütbələrində - 60 yaş;

polis general-polkovniki - 65 yaş.
Ətraflı

Əsasnamədə o da qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin olunan şəxslər üçün yaş həddi müəyyən edilmir.

Bundan başqa işlədiyi son 5 ildə xidməti vəzifələrini nümunəvi yerinə yetirmiş, təltif olunmuş, intizam qaydasında məsuliyyətə cəlb edilməmiş, fiziki cəhətdən sağlam olan kiçik, orta və böyük rəis heyəti vəzifələrində işləyən əməkdaşların xidmətinin müddəti xidməti zərurətlə əlaqədar müvafiq icra hakimiyyəti orqanı tərəfindən 5 ilə qədər artırıla bilər. Beləliklə, DİN sistemində Prezident tərəfindən təyin edilən şəxslər istisna olmaqla digər əməkdaşlar tutduğu vəzifədən, rütbədən asılı olmayaraq 70 yaşdan artıq xidmət edə bilməzlər.

Xatırladaq ki, R.Zeynalovun son xidmət müddətinin başa çatmasından 3 ay keçəndən sonra - 2021-ci il mayın 26-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayaraq onun xidmət müddətini 1 il uzadıb. Hazırda bu əmrin də müddəti artıq 20 gündür başa çatıb. Lakin R.Zeynalov yenə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsinin icrasını davam etdirir.

Göründüyü kimi, bu vəzifəyə təyinatı Daxili İşlər naziri həyata keçirir. Əsasnamədə isə yalnız müvafiq icra hakimiyyəti orqanının başçısı (Prezident) tərəfindən təyin olunan şəxslər üçün vəzifədə son yaş həddi nəzərdə tutulmur. Yəni Ramiz Zeynalovla bağlı qanunvericilikdə nəzərdə tutulmayan istisna halın səbəbi müəmmalı olaraq qalır.

Hüquq və İnkişaf Mərkəzinin rəhbəri Hafiz Həsənov "AzPolitika.info"ya şərhində bildirib ki, "Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də polis general-polkovniki üçün nəzərdə tutulan son müddət 65 yaşdır.

O, əlavə edib ki, Əsasnamənin 139 -cu bəndinə görə son 5 ildə nümunəvi xidmət etmiş zabitlərin xidmət müddəti zərurət olduğu halda 5 il artırıla bilər: "Daxili İşlər nazirinin müvafiq əmri ilə Ramiz Zeynalovun xidmət müddəti( 5 il artırıldıqdan sonra-red.) daha 1 il uzadılıb. Qanunla bu müddət başa çatdıqdan sonra Ramiz Zeynalovun Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi kimi səlahiyyətləri başa çatıb.

Eyni zamanda qanunda “səlahiyyətləri başa çatmış vəzifəli şəxs həmin vəzifəyə yeni təyinat olanadək öz səlahiyyətlərini yerinə yetririr” kimi norma nəzərdə tutulmur. Ona görə də səlahiyyət müddəti başa çatdıqdan sonra Ramiz Zeynalovun Baş Dövlət Yol Polisi İdarəsinin rəisi kimi səlahiyyətlərini davam etdirməsi və BDYPİ-nin rəisi kimi çıxış etməsi qanuni deyil".

Xatırladaq ki, iyulun 2-si Azərbaycanda daxili İşlər orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur. Bəzi mənbələr bu tarixdən sonra Ramiz Zeynalovun təqaüdə göndəriləcəyini istisna etmirlər.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ramiz Zeynalovun daxili işlər orqanlarında xidmət müddəti bitir

    Ramiz Zeynalovun daxili işlər orqanlarında xidmət ...

    9-05-2022, 11:02

  • 
  • Ramiz Zeynalov vəzifədən azad olundu

    Ramiz Zeynalov vəzifədən azad olundu ...

    2-12-2020, 10:06

  • 
  • Ramiz Zeynalov yola salınır - ONU BU ŞƏXS ƏVƏZ EDƏCƏK

    Ramiz Zeynalov yola salınır - ONU BU ŞƏXS ƏVƏZ ...

    28-06-2019, 11:13

  • 
  • Bakıda 23 yol polisi xidmətdən qovulub...

    Bakıda 23 yol polisi xidmətdən qovulub... ...

    14-01-2015, 14:19

  • 
  • DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU! – Dövlət Yol Polisində şok dəyişiklik

    DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU! – ...

    13-08-2019, 21:23


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu