GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Haqsız rəqabətə və məmur monopoliyasına son qoyulacaqmı? - AKTUAL

Haqsız rəqabətə və məmur monopoliyasına son qoyulacaqmı? - AKTUAL

Tarix: 20-06-2022, 17:38 Bölmə :Cəmiyyət Baxış: 304


İqtisadiyyat Nazirliyi Rəqabət Məcəlləsini ən yeni çağırışlara cavab verən formada hazırlayıb və Nazirlər Kabinetinə təqdim edib. Belə bir açıqlama ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli çıxış edib.

“Rəqabət Məcəlləsinin bu il ərzində payız sessiyasında Milli Məclisə təqdim olunmasına ümid edirəm. Məcəllə qanunvericiliyinin təkmilləşdirilməsi, bazar subyektlərinin səmərəli və maneəsiz fəaliyyəti məqsədilə hazırlanan layihə rəqabət orqanı və onun statusunu, rəqabət sahəsində bazar subyektlərinin hüquq və vəzifələrini, rəqabəti məhdudlaşdıran saziş və hərəkətləri, həmçinin bazar paylarının coğrafi bölgüsü üçün meyarları müəyyən edir. Layihədə həmçinin, bazarda hökmran mövqe və bu mövqedən sui-istifadə hallarının təfərrüatlı izahı, haqsız rəqabət və onun formaları da əksini tapıb”, - deyə Abbasbəyli bildirib.

Qeyd edək ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra Rəqabət Məcəlləsinin qəbulu ilə bağlı müzakirələr dəfələrlə gündəmə gəlsə də, öz təsdiqini tapmayıb. Hətta bir dəfə Milli Məclisdə müzakirəyə çıxarılıb, ikinci oxunuşdan keçsə də, sonradan qanun layihəsi “yoxa çıxıb”. Ekspertlər hesab edirlər ki, məmur oliqarxiyası və inhisarçılar bu məcəllənin qəbul olunmasına qarşı çıxırlar və məhz elə bu səbəbdən də 30 il ərzində Rəqabət Məcəlləsi qəbul edilməyib. Gundemxeber.Az-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov AYNA-ya açıqlamasında deyib ki, Rəqabət Məsəlləsinin qəbul edilməsinə çox ciddi ehtiyac var: “15 ilə yaxındır ki, bu məcəllə ilə bağlı müzakirələr aparılsa da, öz təsdiqini tapmır. Bununla bağlı deputat həmkarımla birlikdə dəfələrlə ölkə parlamentində məsələ qaldırmışıq. Lakin çox təəssüf ki, bu problem öz həllini tapmayıb. Hansı ki, 2016-cı ildə ölkə Prezidenti tərəfindən ortaya qoyulmuş “Strateji Yol Xəritəsi”ndə bu məsələ öz əksini tapmışdı. Baxmayaraq ki, bu sənəddə məcəllənin 2021-ci ilə qədər qəbul edilməsi qeyd olunmuşdu, qanun hələ də qəbul edilməmiş qalıb”.

“Bütün hallarda İqtisadiyyat Nazirliyinin Rəqabət Məcəlləsini hazırlayıb Nazirlər Kabinetinə təqdim etməsi müsbət addımdır. Nazirlik rəsmisinin açıqlamasında bildirilir ki, Milli Məclisin payız sessiyasında məsələ müzakirə olunacaq. Ümidvaram ki, nəhayət, bu problem aradan qalxacaq və illərdir gözlənilən Rəqabət Məcəlləsi qəbul ediləcək”, - deyə həmsöhbətimiz bildirib.

Deputat hesab edir ki, inhisarçılığın aradan qaldırılması baxımından Rəqabət Məcəlləsi müstəsna əhəmiyyətə malikdir: “Son dövrlər Prezident İlham Əliyevin rəhbərliyi altında köklü institusional islahatlar aparılır. Bu islahatlar cəmiyyətin bütün sahələrini əhatə edir və kifayət qədər ciddi nəticələri var. Lakin bununla bərabər bu gün də bəzi sahələrdə monopoliya, inhisarçılıq elementləri qalmaqda, ölkədə bazar iqtisadiyyatının, sahibkarlığın inkişafına, azad rəqabət mühitinin yaranmasına mane olmaqdadır. Bu baxımdan, Rəcabət Məcəlləsinin qəbulu zəruri və qaçılmazdır”.

“Bu, sahibkarlara sərbəst fəaliyyət göstərmək, məmurların biznesə təsirini minimuma endirmək, azad rəqabətə nail olmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Çox təəssüf ki, məsələ bir neçə dəfə parlamentin gündəliyinə daxil edilsə də, sonradan müzakirələr dayandırılıb. İnanıram ki, nəhayət, bu il bu məsələyə yekun vurulacaq və Rəqabət Məcəlləsi qəbul ediləcək”, - deyə Əhmədov vurğulayıb.

Milli Məclisin sabiq üzvü, iqtisadçı alim Nazim Bəydəmirli də AYNA-ya açıqlamasında söyləyib ki, bu məsələ bir neçə dəfə Milli Məclisdə müzakirəyə çıxarılıb: “Milli Məclisin deputatı olaraq, eyni zamanda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü idim. O zaman Heydər Babayev iqtisadiyyat naziri idi və onun müavini olaraq Mikayıl Cabbarov Rəqabət Məcəlləsini bu komitədə təqdim etdi. Görünən o idi ki, həmin dövrdə İqtisadiyyat Nazirliyi bu məsələni həll etmək istəyirdi. Sonradan bu qanunun qəbulunun qarşısı alındı”.

“Məmur oliqarxiyası, inhisarçı qüvvələr bu məcəllənin qəbul edilməsinə imkan vermədilər. Sonradan Heydər Babayevə qarşı kampaniya aparıldı və bu məsələ yarımçıq qaldı. Oliqarx məmurlar hesab edirdilər və bu gün də hesab edirlər ki, bu məcəllə onların qanunsuz fəaliyyətinin qarşısına sədd çəkə bilər. Çox təəssüf ki, məhz bu səbəbdən hər vəchlə məcəllənin qəbulunun qarşısını alırlar”, - deyə müsahimiz qeyd edib.

Onun sözlərinə görə, məcəllə qəbul olunsa belə, ortada iradə olmasa, bu qanun da işlək olmayacaq: “Azərbaycanda bir çox qanunlar normal olsa da, onlar işlək deyil. Çünki qanunverici hakimiyyətin qərarları bir çox hallarda yetərli olmur. Mərkəzi icra hakimiyyəti ortaya siyasi iradə qoyarsa, hətta məcəllə qəbul olunmadan belə, azad rəqabət mühitini təmin etmək olar. Göründüyü ki, hələlik bunlar baş vermir. Əksər biznes sahələri məmurların nəzrətindədir. Onlar heç bir halda imkan vermirlər ki, həmin sahələrdə normal rəqabət mühiti formalaşsın”.

“Bu mənada Rəqabət Məcəlləsi qəbul edildikdən sonra belə, onun işlək olacağına inamım yoxdur. Əgər biz iqtisadiyyatı inkişaf etdirmək, istehlakçı hüquqlarını müdafiə etmək, bazarda ucuzluq yaranmasını istəyiriksə, ilk növbədə məmur biznesinin qarşısını almalıyıq. Bu, baş verməyənə qədər atılacaq addımların, veriləcək qərarların elə də ciddi əhəmiyyəti olmayacaq”, - deyə Bəydəmirli fikrini yekunlaşdırıb.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev hakimiyyəti yenidən formalaşdırır... - Proses gedir... davam edəcək...

    İlham Əliyev hakimiyyəti yenidən formalaşdırır... ...

    25-05-2022, 10:46

  • 
  • Milli Məclis inhisarçılara qarşı mübarizəyə qalxır

    Milli Məclis inhisarçılara qarşı mübarizəyə qalxır ...

    23-01-2014, 13:19

  • 
  • Vahid Əhmədov: Rəqabət Məcəlləsinin qəbulu qaçılmazdır

    Vahid Əhmədov: Rəqabət Məcəlləsinin qəbulu ...

    9-01-2018, 13:00

  • 
  • Prezident istehlakçı hüquqlarını qoruyan dövlət xidmətinin fəaliyyətinin təkmilləşdirilməsinə dair fərman imzalayıb

    Prezident istehlakçı hüquqlarını qoruyan dövlət ...

    29-04-2016, 01:41

  • 
  • Prezidentin layihəsini 11 ildir qəbul etməyən məmurlar kimdir?

    Prezidentin layihəsini 11 ildir qəbul etməyən ...

    30-11-2017, 17:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu