GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Prezidentin layihəsini 11 ildir qəbul etməyən məmurlar kimdir?

Prezidentin layihəsini 11 ildir qəbul etməyən məmurlar kimdir?

Tarix: 30-11-2017, 17:20 Bölmə :Cəmiyyət Baxış: 450
Prezidentin layihəsini 11 ildir qəbul etməyən məmurlar kimdir?


"Ölkədə qiymət siyasəti olmalıdır. Rusiyada çörəyin qiyməti artanda, Prezident Vladimir Putin kənd təsərrüfatı nazirini çağırır, səbəbini soruşur

O da taxıl qıtlığının olmasını əsas gətirir. Soruşur ki, nə qədər taxıl lazımdır? Sonra Putin göstəriş verir ki, bazara verilən taxıl miqdarı artırılsın. Bununla da problem həllini tapdı”.

Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov Report-a müsahibəsində deyib.

Vahid Əhmədov neftin qiyməti dünya bazarında yüksəlsə də, bunun, Azərbaycanda tələbat mallarının qiymətinə təsir etməməsinin, hətta qiymətlərin daha da artmasının səbəbini açıqlayıb.

Millət vəkilinin sözlərinə görə, qiymət artımının səbəblərindən biri də əlavə dəyər vergisidir.

"Bütün məhsullara əlavə dəyər vergisi qoyulur. Niyə bütün məhsullara 18 faizlik əlavə dəyər vergisi qoyulmalıdır? Məsələn, gündəlik tələbat mallarına da, avtomobilə, mebelə də, qızıla də niyə eyni dəyər vergisi tətbiq edilməlidir? Biz gündəlik avtomobil, mebel almırıq ki... Amma gündəlik pendir, yağ və s. məhsullar alınır. Gündəlik tələbat malları istisna olmaqla, digərləri üçün əlavə dəyər vergisini 35-40 faiz edin, məsələ həll edilsin. Yəni dövlət bunu edə bilər. Gömrük rüsumu 0-15 faiz arasındadır. Hamısı 15 faiz qoyula bilərdi, niyə etmədik bəs? Ona görə 0-15 faiz qoyulub ki, bazara uyğun tətbiq olunsun. Məsələn, bazarda qiymətlərdə problem olanda, rüsum götürülə bilər. Yəni rüsum 15 deyil, 3-5 faiz də müəyyən edilə bilər, 0-15 faiz buna görə müəyyən olunub. Biz hər şeyi İqtisadiyyat Nazirliyinin üzərinə də qoya bilmərik. Bu problemi hökumət həll etməlidir”, - deyə millət vəkili bildirib.

Vahid Əhmədov prezident İlham Əliyev tərəfindən 2006-cı ildə Milli Məclisə təqdim edilən Rəqabət Məcəlləsinin 11 il keçməsinə baxmyaraq hələ də qəbul edilməməsi barədə da danışıb.

"Deyirlər, Azərbaycanda inhisar yoxdur. Bəs 10 ildir, Rəqabət Məcəlləsini qəbul edə bilmirik, qanun layihəsi Milli Məclisdə birinci oxunuşdan keçib, amma iki və üçüncü oxunuş qalıb. Demirəm ki, Rəqabət Məcəlləsi qəbul olanandan sonra birdən-birə inhisarçılıq aradan qaldırılacaq. Amma bazarda müəyyən qədər azad rəqabəti yaratmaq olar. Yol xəritəsində göstərilib ki, Rəqabət Məcəlləsi 2017-2021-ci illər ərzində qəbul edilməlidir. Niyə 2018-ci ildə qəbul edilmir? Hərə bir-birinin üstünə atır, bu məcəllənin qəbulunda maraqlı deyillər. Amma Prezident İlham Əliyev bu məsələyə bir neçə dəfə toxunub”, - Vahid Əhmədov qeyd edib.

Millət vəklinin sözlərinə görə, məmur dirənişi olmasaydı, məcəllə indiyə qəbul olunmuşdu: "Bu məcəllə bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Bu məcəllə qəbul edilməlidir. O dəfə mənə deyirlər ki, bunun üçün orqan yaradılmalıdır. Mən də dedim ki, məcəllə qəbul olunsun, sonra digər işlər görülər. Təklif etdim ki, bu orqan birbaşa Prezidentə tabe olsun, göstərişi yalnız Prezident versin. Bazar iqtisadiyyatının təməl prinsiplərindən biri azad rəqabətdir”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Kommunal xidmətlərdə qiymət artımı mütləq olacaq”

    “Kommunal xidmətlərdə qiymət artımı mütləq olacaq” ...

    11-01-2014, 11:34

  • 
  • “Nazir bizimlə niyə oynayır?” - Millət vəkili

    “Nazir bizimlə niyə oynayır?” - Millət vəkili ...

    6-12-2013, 12:56

  • 
  • Bahalanmaların axırı hara gedir?

    Bahalanmaların axırı hara gedir? ...

    1-08-2016, 23:34

  • 
  • Benzin ajiotajı

    Benzin ajiotajı ...

    15-01-2017, 18:58

  • 
  • Vahid Əhmədov: “Manatı daha çətin günlər gözləyir”

    Vahid Əhmədov: “Manatı daha çətin günlər gözləyir” ...

    21-12-2015, 14:06


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu