Ermənistanda kriminal çəkişmələr getdikcə artır və bunun arxasında hökumətyönlü strukturlar dayanır.
Bu barədə Caliber.Az layihəsinin “YouTube” kanalında yayımlanan yeni süjetində bildirilir.
Belə ki, yenidən təhlükə qoxusu gəlməyə başlayıb. Əslində, orada bir neçə il əvvəl də hökumət kriminalla aşkar calağını nümayiş etdirirdi. Eks-prezident Serj Sarqsyanın qardaşı isə ölkədə tanınmış kriminal avtoritet idi. Beləliklə, hər şey normala dönmüş kimi görünür.
İyunun 19-da Ermənistanın Aparan şəhərində siyasi çalarlı növbəti kriminal atışma olub. Nəticədə beş nəfər yaralanıb, iki nəfər ölüb. Yerli mediada yayılan məlumata görə, baş nazir Nikol Paşinyanın tərəfdarları Ermənistanın hökumət başçısı haqqında mənfi fikirlər söyləyən bir qrup gəncə “Kalaşnikov” avtomatından atəş açıblar. Məlum olub ki, atəş açanların yanında Paşinyanın fraksiyasından olan deputatın qardaşı Matevos Asatryan və Araqatsotn vilayətinin vitse-qubernatorunun əmisi oğlu Edqar Parvanyan da olub.
Ölənlərin adları da diqqətəlayiqdir; onlardan biri Ermənistan Respublikası Milli Təhlükəsizlik Sərhəd Xidmətinin əməkdaşı Amik Mikaelyandır. Digər ölən isə Aparan şəhərinin merinin qardaşı oğludur. Beləliklə, bu, sıravi kəndlilər arasında “söhbət həll eləmək” deyildi.
Bu barədə daha ətraflı “Caliber”in süjetində:
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?