“Məxməri inqilabdan sonra baş verəcək “məxməri çəkişmələr”.
Ermənistanın Abovyan şəhərinin meri vəzifəsi uğrunda mübarizədə məğlub olmuş iqtidar partiyasından olan deputat Sasun Mikaelyanın bu sözlərini şərh edən politoloq Armen Badalyan qeyd edib ki, Paşinyan hökumətinin daxilində çəkişmələr getdikcə artır. Bu isə, onun fikrincə, baş nazirin tərəfdarlarının bir çoxunun siyasətdən kənarda qalması ilə nəticələnəcək.
Gundemxeber.Az xəbər verir ki, erməni politoloq “məxməri inqilab”ın Ermənistanda kriminal oliqarxların kənarlaşdırılması və bir adamın hakimiyyətinin bərqərar olması ilə nəticələndiyini bildirib. Onun sözlərinə görə, Paşinyanın özü də partiyasının heç bir ideoloji əsaslara söykənmədiyini etiraf edib. Bu isə, öz növbəsində, yüksək vəzifələrə təyinatların baş nazirə yaxınlıq prinsipi ilə həyata keçirilməsinə səbəb olur. Politoloq hesab edir ki, bu cür şəraitdə hakimiyyətdaxili mübarizənin güclənməsi labüddür.
Erməni politoloq yaranmış vəziyyətin daha bir təhlükəli nüansını diqqətə çatdırıb. Belə ki, Paşinyanın ölkənin rayonlarında olan bəzi tərəfdarları həm yüksək nüfuza, həm də silahlı dəstələrə malikdirlər. O buna misal olaraq Kotayk rayonunda “Yerkrap” könüllülər ittifaqı adlanan hərbiləşdirilmiş strukturun başçısı həmin Sasun Mikaelyanı göstərib. Badalyan hesab edir ki, bu cür adamların hakimiyyətdən kənarda qalması baş nazir üçün təhlükə törədəcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?