GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Dövlət ittihamçısı Pünhan Kərimliyə 7 il 6 ay həbs istəyib

Dövlət ittihamçısı Pünhan Kərimliyə 7 il 6 ay həbs istəyib

Tarix: 23-06-2022, 12:00 Bölmə :Cəmiyyət Baxış: 61

Bu gün, iyunun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Almaniyadan Bakıya deportasiya olunandan sonra həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı (AXCP) Pünhan Kərimlinin 7 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror AXCP fəalına qarşı verilən narkotik ittihamının məhkəmədə sübut olunduğunu bildirib.

Vəkili Cavad Cavadov narkotik ittihamının əsassız olduğunu, onun siyasi baxışlarına görə həbs edildiyini bildirib.

Vəkil deyib ki, Pünhan Kərimliyə qədər Almaniyadan deportasiya edilən dörd nəfər eyni qaydada narkotik ittihamıyla həbs edilib.

"Bu göstərir ki, deportasiya olunan fəal şəxslərə qarşı sistemli basqılar var" , o qeyd edib.

Cavadov Pünhan Kərimlinin saxlanılarkən və sonra polis idarəsində işgəncəyə məruz qaldığını diqqətə çatdırıb və bəraət istəyib.

Kərimli iyulun 27-də məhkəmədə son sözlə çıxış edəcək.

Pünhan Kərimli 2018-ci il oktyabrında Almaniyaya mühacirətə gedib. O, mühacirətdən öncə AXCP fəalı kimi etiraz aksiyalarında iştirak etdiyi üçün təqiblərə məruz qaldığını və bu səbəbdən ölkəni tərk etməyə məcbur olduğunu bildirib. 2021-ci ilin noyabrında Kərimli Azərbaycana geri göndərilib və 2022-ci il yanvarın 25-də saxlanılıb.

O, narkotik vasitələrin satış məqsədilə əldə edilməsində ittiham edilir. Kərimli isə ittihamı qəbul etmir, özünü təqsirli bilmir.

"Mənə açıq şəkildə dedilər ki, prezidenti tənqid etdiyinə, Almaniyada etiraz aksiyalarında iştirakına görə həbs olunursan. Məndən narkotik tapılmayıb, cibimə özləri atıblar" , Kərimli məhkəmədə ifadə verərkən belə deyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Almaniyadan deportasiya edilən mühacirlərin polis tərəfindən şərlənməsi barədə iddiaların əsassız olduğunu bildirib.

"Bu cür fikirlər qətiyyən həqiqətə uyğun deyil" , o qeyd edib.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • AXCP fəalı 6 il müddətinə azadlıqdan məhrum edilib

    AXCP fəalı 6 il müddətinə azadlıqdan məhrum edilib ...

    18-09-2018, 13:47

  • 
  • AXCP fəalı 6 il müddətinə azadlıqdan məhrum edilib

    AXCP fəalı 6 il müddətinə azadlıqdan məhrum edilib ...

    18-09-2018, 19:54

  • 
  • Dövlət ittihamçısı Baş prokurorun keçmiş müavininə 7 il cəza istəyib

    Dövlət ittihamçısı Baş prokurorun keçmiş ...

    17-06-2019, 17:31

  • 
  • Vəkil: Mirfeyzulla Seyidova narkotik ittihamı verilib

    Vəkil: Mirfeyzulla Seyidova narkotik ittihamı ...

    11-05-2018, 16:24

  • 
  • Əli Kərimlinin oğluna 25 sutka həbs verildi

    Əli Kərimlinin oğluna 25 sutka həbs verildi ...

    23-09-2013, 17:10


Təqvim

«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

İyul 2022 (64)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (646)
Mart 2022 (666)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (605)
Avqust 2021 (505)
İyul 2021 (543)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1151)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu