Gundemxeber.az » Ölkə » Cəmiyyət » Qurban bayramı ilə bağlı fətva verildi
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva verib.
Fətvada deyilir:
“Qarşıdan İslam aləmi və xalqımızın müqəddəs günlərindən biri Qurban bayramı gəlir. Bildiririk ki, Qurban bayramına dair hökmlərə və şəri qaydalara əsasən, qurban kəsmək Məkkədə həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulub. Digər yerlərdə isə imkanı olan adamların qurban kəsmələri sünnət əməl, Qurban ətini fəqir və kasıb ailələrə paylamaq - böyük savab sayılır.
Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır.
Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır.
Qurbаn bаyrаmı Miladi təqvimlə 9 iyul tarixinə təsadüf edəcək. Şəriətə uyğun olaraq Qurban kəsimi 9 iyul tarixindən başlayaraq 3 gün davam edə bilər. İyul ayının 9-da məscidlərimizdə birgə Bayram namazları qılınacaq”.
Gundemxeber.az
7-10-2013, 12:20
15-10-2013, 01:02
14-10-2013, 20:31
14-10-2013, 09:49
3-10-2014, 19:45
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?