Sosial şəbəkələr üzərindən əldə etdiyimiz məlumata görə Xaçmaz rayonu Müzəffəroba kənd sakini, 1993-cü il təvəllüdlü Azərbaycan ordusunun Giziri Yusif Seyfulla oğlu Əsədullayev özünü yaşadığı evdən asaraq intihara cəhd edib.
Amma onu xilas etmək mümkün olub. Buna səbəb kimi rəsmi qurumların ona etinasiz yanaşdığını bildirib. Baş verən olaylar dayanmaq bilmir. Bu cür xoşagəlməz hadisələrin qarşısını almaqda aciz qalan hakimiyyətin məmurları nə işlə məşğuldurlar ki, Qazilərimiz özlərini öldürmək üçün növbəyə durublar? Görəsən Qazi intiharlarına dur deyən olacaqmı?
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?