GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Qarabağ qazisini yalvarmaqla intihardan çəkindirən qazi – jurnalist

Qarabağ qazisini yalvarmaqla intihardan çəkindirən qazi – jurnalist

Tarix: 16-07-2022, 09:31 Bölmə :Cəmiyyət Baxış: 378

Qarabağ qazilərinin intihar(lar)ı yenə gündəm olub. Jurnalistlər “kefdədir”, yazmağa “ceyran beli”nə çıxmağa gərək yoxdur. Qəribə situasiya yaranıb və elə əvvəl də belə idi . Elə bil çəkişmə gedir :bir yanda ”intihar tərəfi”, o biri yanda “hökumət, dövlət tərəfi”. Müxalifət, jurnalist qurumları da hakim rolunda. Bircə şeyi deyək ki, Sabirabadın Qalağayın kəndindən olan qazi Elnur Cəfərovu intihardan saxlamaq olardı. Elə son çəkilişi aparanın özünün çabası ilə. Necə bir neçə il qabaq qazi- jurnalist Tahir Abbas (“Millətin səsi.info” saytının qurucusu və baş redaktoru) bu sətirlərin yazarına zəng edib, özünü öldürməməyi yalvarmışdı. Yanlış duymadınız, Tahir bəy yalvararaq səbrli olmağa çağırırdı. ..Və ayrı cəbhələrdə döyüşdüyümüz savaş dostum məni ölümdən döndərdi. 

...Özünü öldürmə  (son) həddinə çatdırılmağım isə Nardarandakı bağıma girməyə Sabunçu RİH-in pulyığanı “komunxoz” Həbibin qohumlarından ibarət qoçu dəstəsinin bağda işləyən fəhlələrə və nəzarət edən Qarabağ qazilərinə zor tətbiq etməsi idi. Təsəvvür edin, Qarabağ qazisi öz bağına girməyə icra hakimiyyətinə rüşvət verməlidir! (?) Baş prokurorluqda qəbul edildim və qanuni tədbirlər görüləcəyi bildirildi. Qəbuldan çıxan kimi bağdan zəng edib, “komunxoz” Həbibin gəlib hörgünü uçurduğunu, şillə-təpik atdığını dedilər. İntihar məkanı seçilən Prezident Administrasiyası ilə baş prokurorluğun arası isə bir – iki yüz metr ola, ya olmaya. Hələ də həm Sabunçu prokurorluğu, həm də Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsi izahatımı alsa da, nə qərar verilib, nə də mənə dəyən ortalıq 5 min manatlıq mal -materialın məhv edilməsinə görə dəyən ziyan ödənilib.  Başçı Adil Vəliyev özü “çestinə” sığışdırmasa da, köməkçisi Müslüm bəy zəng edib, işi davam etdirməyi dedi, amma ilkin mal-materialla kömək edilmədi. Beləcə altı ildir evin özülü tökülüb, bir neçə maşın beton məhv edilib  və öz pulumuzla öz bağımda ev tikməyimə imkan verilmir. Arada beş min manatım da Sabunçu RİH-in reketliyinin qurbanı oldu. .

..Qarabağ savaşında olanda kimya doktoru həyat yoldaşımı iki körpə uşaqla AMEA-nın Şərifzadə küçəsindəki yataqxanasından işlər idarəsi çıxarıb. Həmin yataqxananın yerində tikilən evdən də keçmiş işlər müdiri Fətəli Abdullayev və müavini Sərdar Əliyev özlərinə, katibələrinə, sürücülərinə bir neçə çoxotaqlı mənzil götürdü, amma AMEA üzrə yeganə  (1-ci dərəcəli) Qarabağ qazisinə mənzil ayrılmadı. AMEA prezidenti Akif Əlizadənin qəbuluna isə həmin bu işləklər idarəsi qadağa qoydu. Hətta Sərdar Əliyev adlı işlər müdirinin müavini işlədiyim instituta gəlib,  müharibədə olmağımı abırsızcasına şübhə altına aldı və buna görə nə prokurorluq, nə polis, nə də məhkəmə tədbir gördü.   Son çıxış yolu nədir? İntihar çabası. ..

...Ağsu rayonunun Pirhəsənli kəndini mənim dədəm-babam salıb. Kənd üzrə yeganə zabit Qarabağ əliliyəm. Mənə bir pay bələdiyyədən pulsuz,  dövlət torpağından da iki pay torpaq ayrılması qanunun tələbidir. Di gəl, nəinki toplam 3 pay qazi kimi torpaq verilib, əksinə, 22 ildir istifadəmdə olan torpaq sahəsini Ağsu RİH başçısı , Pirhəsənli kənd icra nümayəndəliyi və bələdiyyəsi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ələ keçirib satıblar. İndi 3 ildir nə prokurorluq, nə polis, nə də məhkəmə şikayətimə baxır. Daha doğrusu, Ağsu icra hakimiyyəti imkan vermir şikayət araşdırılsın.  Təsəvvür edin , mən döyüşlərdə olanda kəndin altındakı samanlıqda gizləndiyi deyilən  (evlərində gecələmirlərmiş ki, tutub “kişi” olmağa apararlar ) gələcəyin məmurları kəndin torpağını da ələ keçirib,  Bakıda da bir neçə mənzil, torpaq sahəsinə yiyələniblər. Bunların tamahları da qaziləri intihara sürükləyən amillərdəndir. 

BŞİH və Nərimanov RİH bütövlükdə Qarabağ qaziləri və şəhid ailələri üçün tikilmiş evi zəbt edib. Bu işğal dövlət səviyyəsində həyata keçirildiyindən hələ də sürür. Zavallı savaş adamları məmurların ayaqları altında qalıb. 

..14-cü ildir Nizami RİH, ƏMDK və Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələri mütəşəkkil cinayətkar dəstə şəklində Xətai məhkəməsinin 2 qətnaməsi ilə mənə verdiyi Bəhruz Nuriyev -10a ünvanındakı otaqları zəbt edib. Bu 13 ildə minlərlə şikayət edilsə də, nə işğalçılar saxta şəhadətnamə ilə ələ keçirdikləri otaqdan çıxır, nə məhkəmə, prokurorluq, polis ,Ədliyyə Nazirliyi , Ombudsman məcburi icra tədbirlərinin həyata keçirilməsini təmin edir. 10 aydır Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsi şikayətimi qeydə alıb, amma heç bir tədbir görməyib. Heç cavab da vermir. Belə bəlli olur ki, Prezident köməkçisi Kərəm Həsənov , Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov , onların pulyığanları Konstitusiyadan üstündür? Nə qazilərin köməyi ilə halal obyektimizə girişə imkan verilir, nə də “donuz özxoşuna darıdan çıxır”. İntihar xəbərdarlığı da sonuc vermədi.  Neyləyək? Tahir Abbas, döyüş dostum, yol göstər. Bu yol xəbərdarlıq olmayacaq ki, çəkindirən olsun. ..


Məğrur Bədəlsoy

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yazıçı-jurnalist Məqsəd Nurun həyat yoldaşı intihar edib - VİDEO

    Yazıçı-jurnalist Məqsəd Nurun həyat yoldaşı ...

    19-03-2015, 20:29

  • 
  • Azərbaycanda şok: 31 yaşlı müəllim özünü asdı – İntihardan əvvəl məktub yazıb

    Azərbaycanda şok: 31 yaşlı müəllim özünü asdı – ...

    2-04-2017, 15:30

  • 
  • Bakıda Qarabağ qazisini və onun veteran atasını döydülər

    Bakıda Qarabağ qazisini və onun veteran atasını ...

    23-01-2014, 01:42

  • 
  • Qazi intiharlarına niyə hüquqi qiymət verilmir?

    Qazi intiharlarına niyə hüquqi qiymət verilmir? ...

    13-07-2022, 13:39

  • 
  • Azərbaycanda intihardan əvvəl qızın nişanlısına göndərdiyi – VİDEOSU

    Azərbaycanda intihardan əvvəl qızın nişanlısına ...

    19-06-2018, 11:50


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu