GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Hakimlər məhkəməyə gələndə andlarını və vicdanlarını evdə unudurlar? – MƏĞRUR BƏDƏLSOY YAZIR

Hakimlər məhkəməyə gələndə andlarını və vicdanlarını evdə unudurlar? – MƏĞRUR BƏDƏLSOY YAZIR

Tarix: 16-07-2022, 10:50 Bölmə :Cəmiyyət Baxış: 435


Rauf Daşdəmirovun Abid Qafarovu həbs etməsi Konstitusiyaya tüpürməkdir


Bakı Birlik Təşkilatının sədri Abid Qafarovun 13.07.2022-ci ildə həbs olunacağına ümidli olmağımı ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan qanun – Azərbaycan Respublikasının Konstitusiyası diktə edirdi. Ana Qanunun 125-ci maddəsinin Vll hissəsində doğrulanıb ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Nə yazıq, dünənki məhkəmə sonucu nəinki həqiqəti müəyyən etdi, əksinə, həqiqətə, haqqa, hüquqa hökm oxundu. Abid Qafarov Ana Qanunun 47-ci maddəsi ilə doğrulanan söz və fikir azadlığının qurbanı oldu.

Bəli, bəli, İNSAN İFADƏ ETDİYİ FİKRİNƏ GÖRƏ BİR İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLDİ! (?) Bəs hakim niyə Konstitusiyanın 127-ci maddəsinin tələblərinə uyğun olaraq, yalnız tabe olmalı olduğu Konstitusiyaya yox, qıraqdan birbaşa və ya dolayı sifarişə boyun əydi və işə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq olaraq baxmadı?

Heç bir suçu olmayan, “suçu” ümumi xarakterli ifadələrlə qaziləri müti olmamağa, intihardan çəkinməyə çağırmaq olan şəxsin azadlığı  hansı vicdanla   bir il əlindən alındı ? Konstitusiya Məhkəməsinin sədrinin hakimləri vicdanlı olmağa çağırmasından heç bir həftə keçə, ya keçməyə. Yoxsa, hakimlər işə çıxanda Azərbaycan Respublikasının Dövlət bayrağı önündə içdikləri andı və vicdanlarını evdə unudurlar? “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 95-ci (“Hakimin andı”) maddəsini unutqan hakimlərin yadına salırıq:

“Ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyimə , hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağıma , yüksək hakim adına hörmət ruhunda davranmağıma and içirəm”.

Bu andı necə içmisiniz ki , Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına  tam ZİDD olaraq, QƏRƏZLƏ, ƏDALƏTSİZLİKLƏ, SIFARIŞƏ MÜTİLİKLƏ, LƏYAQƏTSİZCƏSİNƏ , HAKİM ADINA HÖRMƏTSİZLİKLƏ hoqqa-məzhəkə  çıxarır, şou göstərirsiniz !? Özünüz deyin, çıxardığınız hökm həqiqəti ortaya qoydu, yoxsa zorakılığı, gücü? Haqq -məhkum olunan vətəndaşda , hökm , zor hakimiyyətdə .  Əlbəttə, zor haqqı üstələyər. Yeri gəldi -gəlmədi, Şekspirin 66 saylı sonatından misralar ölməzdir və bugünkü durumu açıq ifadə edir:

Şərəf dustaq olub şərəfsizliyə,

Saflıq dərd içində göynəyir, əsir.

Kütlük əqlə gülür, yalan düzlüyə

Gücün qollarına vurulub zəncir.

Azərbaycan Respublikası Cinayət Prosessual qanunvericiliyinin təyinatı da unudulur. Bu unudulmaya hüquqi qiymət verilməsini isə Məhkəmə Hüquq Şurası , baş prokuror, Milli Məclis təmin etməlidir. Azərbaycan Respublikası  Cinayət Prosessual Məcəlləsinin 1.2.2 maddəsində doğrulanıb ki, Azərbaycan Respublikasının Cinayət Prosessual qanunvericiliyi ona yönəlib ki, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya HAKİMLƏRİN özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın. Həm Xəzər rayon məhkəməsinin hakimi Tərlan Əkbərov, həm də Yasamal məhkəməsinin hakimi Rauf Daşdəmirov özbaşınalıqla Abid Qafarovu qanunsuz məhkum ediblər və bu özbaşınalığa görə Cinayət Məcəlləsinin 295-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdırlar. Hansı vicdanla insanı sözünə, fikrinə görə məhkum etmək olar? Özü də ən yuxarı həddə? Açıq-aşkar qəsd – qərəz ortadadır. Belə məhkəmə hüquq sistemi ilə hakimlərin məzhəkə- hoqqabazlıq sirk-şousu göstərməsi gerçəkləşər, ədalət mühakiməsi yox.

İyulun 12-də 41-ci ad günü təbriklərini  qəbul edən  Abid Qafarov ertəsi gün -13 iyulda 1 illik həbslə “mükafatlandırıldı”. QƏZAN MÜBARƏKDİR, MƏHƏMMƏD ƏMİN NƏTİCƏSİ!

Məğrur BƏDƏLSOY


P.S. İyulun 14-də Azərbaycanın Milli Qəhrəmanı, general Polad Həşimovun ölümün zirvəsinə - ŞƏHİDLİYƏ UCALDIĞI GÜNDÜR. Şəhid adın mübarək, paşam! Biz ölüm ayağındayıq, ölümün zirvəsinə qalxmağa POLAD RUHUN yardımçımız olsun!



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Saxta ekspert rəyi Abid Qafarovun həbsinə əsas vermir

    Saxta ekspert rəyi Abid Qafarovun həbsinə əsas ...

    13-07-2022, 15:10

  • 
  • Qarabağ qazisinə qarşı “qəzan” mübarək olmasın, hakim Abıyev!

    Qarabağ qazisinə qarşı “qəzan” mübarək olmasın, ...

    6-05-2022, 10:06

  • 
  • İcra məmurları ilə yol polisinin “stop biznesi ” Toxunulmaz mülkiyyətə yiyəsindən xəbərsiz necə həbs qoyulur?

    İcra məmurları ilə yol polisinin “stop biznesi ” ...

    3-08-2020, 10:35

  • 
  • Qarabağ qazilərinə dövlət hesabına yardımdan imtina edilir

    Qarabağ qazilərinə dövlət hesabına yardımdan ...

    26-05-2022, 14:25

  • 
  • Konstitusiya Məhkəməsinə şikayətlərə qadağa - NARAZILIQ!

    Konstitusiya Məhkəməsinə şikayətlərə qadağa - ...

    21-01-2021, 19:29


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu