GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sərhədlərin açılmasında Azərbaycan faktoru: - 1 və 15 sentyabrda nələr olacaq?

Sərhədlərin açılmasında Azərbaycan faktoru: - 1 və 15 sentyabrda nələr olacaq?

Tarix: 26-07-2022, 10:00 Bölmə :Cəmiyyət Baxış: 266


Dünən Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç iki dövlətin sərhədinə baş çəkib.

Bu, artıq Türkiyənin Ermənistanla sərhədləri açması prosesinin sürətli şəkildə getdiyinin göstərir. Xatırladaq ki, Ermənistan Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə görə Türkiyə tərəfi sərhədi ermənilərin üzünə bağlamışdı. Hələ də sərhədlər qapalıdır. Normallaşma prosesində aparılan müzakirələr ictimaiyyətə tam açıqlanmasa da, bəllidir ki, yenə də həlledici faktor Azərbaycandır.
Söhbət ondan gedir ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamasa, Türkiyə qapılarını ermənilərin üzünə açmayacaq.

Prosesdə Azərbaycan faktoru

Görünən odur ki, aparılan danışıqlarda bu məsələ razılaşdırılıb və artıq Ermənistan rəsmiləri tərəfindən də müsbət informasiyalar gəlməkdədir. Təsadüfi deyil ki, Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan 18 iyulda Azərbaycanla delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların birgə iclasının avqustda keçiriləcəyini açıqlamışdı. Eyni zamanda, ikinci görüşün Moskvada baş tutacağını da açıqlayan Mher Qriqoryan iclasın vaxtının məlum olmadığını bildirib.
Bunun ardınca isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress”ə müsahibə verərək Qarabağda olan erməni silahlılarının avqustun sonuna qədər çıxarılacağını deyib.
O bildirib ki, 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələrinin bir sıra bölmələri Qarabağa göndərilib.
“Atəşkəs rejiminin yaradılmasından və Rusiya Federasiyasının sülhməramlı kontingentinin yeridilməsindən sonra Ermənistan silahlı qüvvələrinin bölmələrinin çıxarılması tamamilə təbiidir”, -deyən Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, geri çəkilmə prosesi başa çatmaq üzrədir və sentyabrda tam yekunlaşacaq.
Bütün bunlar onu deməyə əsas verir ki, Türkiyə ilə Ermənistan arasında gedən normallaşma prosesində əsas faktor yenə də Azərbaycandır. Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçın da ilk dəfə olaraq sərhədə baş çəkməsi artıq razılaşmaların olduğunu deməyə əsas verir. Səfərin mahiyyəti isə əslində aydındır: Türkiyə tərəfi bölgədə hansı işlərin görüləcəyi, infrastruktur layihələrinin planlaşdırılması, o cümlədən digər layihələrin hazırlanması ilə bağlı praktik işlərə başlayıb.
Maraqlı məqam ondan ibarətdir ki, prosesə Ermənistan tərəfindən rəhbərlik edən Ruben Rubinyan da işlərin müsbət yöndə inkişaf etdiyini bildirib. O, çıxışında konkret olaraq razılıqların olub-olmadığını deməsə də, müzakirələrin üçüncü ölkə vətəndaşları üçün sərhəd keçidlərinin açılması imkanları ilə bağlı getdiyini bildirib.

Ermənistanın çıxış yolu...


Yayılan informasiyalar onu göstərir ki, Azərbaycan tərəfinin də mövqeyi şərtlərinin qəbul olunması ilə Türkiyə-Ermənistan sərhədinin açılmasından yanadır. Azərbaycanın şərtləri isə aydındır: 10 noyabr üçtərəfli Bəyanatında və eyni zamanda Moskva və Brüssel razılaşmalarında Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi.
Ermənistan tərəfi öhdəliklərini yerinə yetirərsə, proses gözlənildiyi zamanda yekunlaşacaq. Zaman isə konkret olaraq 15 sentyabrdır. Yəni Ermənistan tərəfi 1 sentyabra qədər Azərbaycanla məsələlərini həll etməli, delimitasiya və sərhəd təhlükəsizliyi ilə bağlı razılığa gəlməli-öhdəliklərini yerinə yetirməli və müqavilə imzalamalıdır. Bu proses Azərbaycanın şərtlərinə uyğun gedərsə, sentyabrın 15-i Türkiyə Ermənistanla sərhədini açacaq. Sərhədin açılması prosesi isə mərhələli şəkildə gedəcək. İlk olaraq üçüncü ölkə vətəndaşlarının keçidi üçün sərhədlər açılacaq, sonrakı mərhələlərdə isə hər iki ölkənin vətəndaşlarına şamil olunacaq.

Ermənistan üçün tarixi şans: 1 sentyabr və 15 sentyabr

Proseslərin gedişatı, danışıqlarda nələrin müzakirə olunduğu, konkret razılıqlar barədə tərəflər məlumat verməsələr də, mediaya müəyyən informasiyalar sızır. Belə ki, Türkiyə mətbuatının yazdığına görə, əgər 1 sentyabra qədər Ermənistan Azərbaycanla müqavilə imzalayarsa, Türkiyə Ermənistanla sərhədlərini 15 sentyabrda rəsmən açacaq.
Sonda onu da qeyd edək ki, Türkiyənin xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyə-Ermənistan sərhədlərinin açılmasının Qarabağda düzgün və effektiv fəaliyyətdən asılı olduğunu deyib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında olan telefon danışığında da normallaşma prosesinin sürətləndirilməsinin vacibliyi vurğulanıb.
Görünən odur ki, prosesin sonu gözlənildiy kimi olacaq. Yəni 1 sentyabra qədər Ermənistan Azərbaycanla müqavilə imzalayacaq, 15 sentyabrda isə Türkiyə bu ölkə ilə sərhədləri açacaq./Cebhe.info/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İki rayonun qaytarılmasına Bakıdan reaksiya - Rəsmi

    İki rayonun qaytarılmasına Bakıdan reaksiya - ...

    11-12-2013, 12:11

  • 
  • Türkiyədən İrəvana mesaj: "İşğalı dayandırın, sərhədləri açaq"

    Türkiyədən İrəvana mesaj: "İşğalı ...

    13-02-2017, 14:39

  • 
  • Ermənilər işğal olunmuş rayonları qaytarmağa razılaşdı

    Ermənilər işğal olunmuş rayonları qaytarmağa ...

    12-11-2013, 12:59

  • 
  • Ermənilərin öldürdüyü türk çobanın meyidini geri almaq mümkün olub

    Ermənilərin öldürdüyü türk çobanın meyidini geri ...

    2-08-2013, 01:05

  • 
  • Markov: Bu savaşda Türkiyə Bakını tək qoymayacaq

    Markov: Bu savaşda Türkiyə Bakını tək qoymayacaq ...

    20-12-2017, 11:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (180)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu