Pekinin dediyinə görə, Hindistan, Belarus, Monqolustan və Tacikistan da daxil olmaqla, bir sıra ölkələrin ordusunun iştirak etdiyi birgə hərbi təlimlərdə iştirak etmək üçün Rusiyaya hərbi kontingent göndərəcək.
Çin Müdafiə Nazirliyi avqustun 17-də birgə təlimlərdə iştirakın “mövcud beynəlxalq və regional vəziyyətlə əlaqəsi yoxdur” deyib.
Məlumatda deyilib ki, təlimlər davam edən ikitərəfli illik əməkdaşlıq sazişinin bir hissəsidir. Son illər Rusiyanın başçılığı ilə keçirilən oxşar birgə təlimlərdə Çin də iştirak edib.
“Məqsəd iştirakçı ölkələrin orduları ilə praqmatik və dostluq əməkdaşlığını dərinləşdirmək, iştirakçı tərəflər arasında strateji əməkdaşlığın səviyyəsini yüksəltmək və müxtəlif təhlükəsizlik təhdidlərinə cavab vermək bacarığını gücləndirməkdir” - deyə, məlumatda bildirilib.
Çin Ukraynadakı müharibəyə cavab olaraq Rusiyaya sanksiyalar tətbiq etməkdən yayınan bir sıra ölkələr arasındadır.
ABŞ dövlət katibi Antoni Blinken keçən ay çinli həmkarına Çinin Ukrayna münaqişəsində bitərəf qalması ilə bağlı iddialarını qəbul etmədiyini və Vaşinqtonun “[Çinin] Rusiya ilə müttəfiqliyindən narahat olduğunu” deyib.
Sorğu
Yeni dizaynımız necədir?