Masazır gölünündə fəaliyyət göstərən “Azərduz” zavodu oradan duz çıxarmaq üçün Binəqədi gölünün (Qır gölü) suyundan istifadə edir, buna görədə hal-hazırda gölün yarı hissəsi quruyub.Gundemxeber.az Reportyor.info-ya istinadla xəbər verir ki, Binəqədi qəsəbəsinin kanalizasiya suları heç bir təmizləmə prosesindən keçmədən birbaşa Binəqədi gölünə, oradan isə Masazır gölünə axıdılır.
Hardasa 2 il əvvəl Ecofront olaraq Binəqədi gölündə təmizlik aksiyası edən zaman həmin axarı texnikanın köməyi ilə özbaşına bir neçə dəfə dayandırmışdıq. Buna baxmayaraq hər dəfə Azərduz bəndi dağıdaraq axarı bərpa edirdi. Beləliklə İndi Azərduz həm çirkab su ilə duz çıxarır, həm də gölün yarısını qurutmağı bacardı. Hal-hazırda kiçik kanalla (fotoda görünən) Binəqədi gölünün sulu olan hissəsində qalan su da Masazır gölünə axıdılır.
Biz nə edə bilərik:
1. Məsələ həllini tapana kimi Azərduz markalı duz almayaq. Bu arada biz Ecofront olaraq artıq 2 ildir Azərduz istifadə etmirik. Naxçıvan duzundan istifadə edə bilərsiniz. 2. Problemin həll edilməsi üçün məsələni maksimum ictimailəşdirək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?