GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Azərbaycan əhalisinə kanalizasiyadan çıxarılan duzu yedirirlər

Azərbaycan əhalisinə kanalizasiyadan çıxarılan duzu yedirirlər

Tarix: 20-07-2014, 19:25 Bölmə :İqtisadiyyat Baxış: 0
Azərbaycan əhalisinə kanalizasiyadan çıxarılan duzu yedirirlər


“Əhalinin yodlaşdırılmış, keyfiyyətli duzla təminatı işini yaxşılaşdırmaq məqsədilə Masazır gölü ətrafında tikilən zavodun istehsal etdiyi məhsulun xammalı birbaşa kanalizasiya sularının axıdıldığı göldən çıxarılır”.

Masazır sakinlərinin bir qrupunun virtualaz.org saytına ünvanladığı müraciətdə belə deyilir.

Müraciət müəllifləri bildirib ki, Masazır qəsəbəsində, gölün qırağında tikilən “Qurtuluş” yaşayış kompleksinin və ətrafdakı fərdi evlərin kanalizasiya suları hazırda birbaşa həmin ərazidə duz çıxarılan gölə axıdılır. Bununla da “Azərsun Holding” şirkətinin bu gölün ətrafında duz çıxarmaq üçün tikib 2010-cu ildə istifadəyə verdiyi Masazır Duz Zavodunun məhsullarının keyfiyyəti sual altına düşür…



Virtualaz.org saytının müxbirləri redaksiyamıza daxil olan bu şikayəti araşdırmaq üçün adıçəkilən ərazidə olub. Əməkdaşımızın müşahidələri, zavodda işləyən bəzi işçilərlərlə və yerli sakinlərlə söhbət zamanı əldə etdiyi məlumatlar deyilənlərin gerçək, vəziyyətin isə təsvir edilənlərdən də ağır olduğunu sübut edib.

Masazır Duz Zavodunun xammal çıxardığı göllər ətrafdakı yaşayış evlərinin kanalizasiya sularının “son ünvanı, son dayanacağı”dır. Belə ki, gölün ətrafında yeni salınan yaşayış kompleksinin və fərdi evlərin kanalizasiya boruları birbaşa gölə birləşdirilib. Fərdi evlərin bir hissəsinin çirkab sularını isə gölə balaca arx və novlar çatdırır.



Maraqlıdır ki, bu idbar mənzərə heç kimdən də gizlədilmir. Hər şey açıq şəkildə göz qabağındadır. Bunu o cümlədən Masazırdan keçməklə hər gün şəhərdən Novxanıdakı bağ evlərinə və geriyə gedib-gələn yüksək rütbəli məmurlar, səlahiyyətli şəxslər də görə bilərlər. Əgər istəsələr…

Təkcə görmək də kifayət etməsə, duymaq da olar. Çünki ətrafı başçatladan üfunət iyi basıb. Ətrafda yaşayan sakinlər həm də bu iydən gileylənir. Onları yedikləri duzun hansı zibilin içindən çıxarılması, təmizliyi, keyfiyyəti yox, daha çox bu üfunət qoxusu narahat edir…

Qeyd edək ki, Masazır Duz Zavodu Azərbaycanın duza olan tələbatının əsas hissəsini təmin edir, zavod hətta xaricə də məhsul ixrac edir. Zavod istifadəyə verildikdən sonra Azərbaycana Ukrayna, Türkiyə və Rusiyadan idxal edilən duzun miqdarı xeyli azalıb. Son 4 ildə ölkəyə duz idxalı 30,9 min tondan (2010-cu il) 16 min 220,4 tona düşüb.



Bunlar yaxşıdır. Burada pis olan cəhət əhalini yodlaşdırılmış, keyfiyyətli duzla təmin etməyi qarşısına məqsəd qoyan “Azərbaycan Duz İstehsalat Birliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Masazır gölü ətrafındakı rüsvayçı vəziyyətə müdaxilə etməməsi, yaxud etmək istəməməsidir.

Doğrudur, duz zavodu tikiləndən sonra gölün bir hissəsi indi çirkab suların axıdıldığı ərazidən torpaq bəndlə ayrılıb. Kanalizasiya suları göldən torpaq bəndlə ayrılan hissəyə ötürülüb. Bununla da çirkab sularının gölün əsas hissəsi ilə birləşməsinin qarşısı alınıb. Ancaq sonradan həmin bəndin bir hissəsi kimlərsə tərəfindən nə məqsədləsə dağıdılıb.

Yəni indi kanalizasiya suları Masazır gölünün sularına qarışır.

Xatırladaq ki, Masazırda belə bir duz rafinasiyası zavodunun inşasında məqsəd yod çatışmazlığı probleminin birdəfəlik həll edilməsi idi. Bununla da 2007-ci ildə İqtisadi İnkişaf Nazirliyinin nəzdindəki Azərbaycan İnvestisiya Şirkəti 25 faiz və “Azərsun Holding” 75 faiz paya sahib olmaqla Azərbaycanda ilk duz rafinasiyası zavodu tikildi. Lakin Azərbaycan İnvestisiya Şirkəti bu layihədən 2012-ci ildə imtina edib.

Əvvəlcə yodlaşdırılmış adı ilə bazara çıxarılan duzun qiyməti əvvəlki illərə nisbətən bahalaşıb. 2005-ci ildə 1 kq duz 20-40 qəpik idisə, indi 0,4-1,5 manatdır. Qiymət artımına bazarda saxta malların azalması ilə haqq qazandırılır.

Masazır Duz Zavodu tikildikdən sonra duz istehsal edən kiçik sexlər müxtəlif səbəblərlə bağlandı. Vergilər Nazirliyinin məlumatına görə, onlar tələblərə cavab vermirdi. Sexlərin əksəriyyətinin bağlanma səbəbi kimi onların yodlaşdırılmış duz istehsalı üçün lazımi şəraitə malik olmaması göstərilirdi.



“Azərbaycan Duz İstehsalat Birliyi” QSC-də 110 işçi çalışır. Masazır gölü ətrafında olarkən bu işçilərdən bir neçəsi ilə rastlaşdıq. Onlarla ayaqüstü danışmaq imkanımız oldu. İşçilərin dedikləri isə bizim gördüklərimizdən daha dəhşətli idi. Təzyiqlərlə üzləşəcəklərindən, işlərini itirəcəklərindən ehtiyatlanan işçilər adlarını açıqlamamaq şərti ilə maraqlı məlumatlar verdilər.

Onların sözlərinə görə, zavod hazırda göldən xammal çıxarılmasına üstünlük vermir.

“Zavoda əsasən bir neçə yüz metr aralıda olan başqa bir xırda göldən duz gətirilir. Bu gölün vəziyyəti daha bərbaddır. İşçilər kanalizasiya suyunun içərisindən duz çıxarır. Üfunət iyindən işləmək mümkün deyil. Bir tərəfdən isti, digər tərəfdən çikrab sularının başçatladan murdar iyi… Amma nə edəsən?! Hər kəs bir tikə çörək üçün məcburdur” — deyə üst-başı çirkab və duz içində olan işçilər deyir.



Zavod işçilərinin söylədiklərində başqa bir maraqlı məqam da var. Belə ki, Masazır gölünün duzu daha təmiz olsa baxmayaraq hazırda ondan istifadə olunmur. İşçilər bunun səbəbini bilmədiklərini dedilər.

Duz çıxarılan gölün hansı vəziyyətdə olması işçilərin bu sözləri ilə bir daha aydın olur: “Zavodun bütün zibili bizim duz çıxardığımız gölə tökülür. Masazır gölünə əvvəllər də kanalizasiya suları axıdılıb. Amma onda ətrafda evlər az idi deyə göl də o qədər çirklənmirdi. Ancaq indi gördüyünüz kimi, burada nə qədər yeni evlər tikilib, bütöv məhəllələr, qəsəbələr salınıb. Bu qədər evin kanalizasiya sularını hara axıdacaqlar? Əlbəttə ki, duz çıxarılan bu göllərə. Biz duzu, necə deyərlər kanalizasiyadan, zir-zibilin içindən çıxarıb zavoda aparırıq. Orada necə təmizlənir, bazara necə çıxarılır — bunu bilən yoxdur”.

Azərbaycanı duzla təmin edən əsas zavodun göz qabağında olan bu vəziyyəti adamı dəhşətə gətirir. Vətəndaşları yodlaşdırılmış duzla təmin etmək missiyasını yerinə yetirməli olan zavodun o duzu birbaşa kanalizasiya sularının içindən çıxarıb süfrəmizə göndərəcəyi kimin ağlına gələrdi?!



Sonda prezident İlham Əliyevin 2010-cu il, iyulun 21-də zavodun açılışındakı çıxışından bir neçə cümləni xatırladaq. Dövlət başçısı bu fikirləri dilə gətirmişdi: “Bu gün Azərbaycanın iqtisadi həyatında doğrudan da çox əlamətdar bir hadisədir. Demək olar ki, bu gün Azərbaycanda yeni sənaye sahəsinin təməli qoyulur. Artıq Azərbaycanda yüksək keyfiyyətə malik olan duz istehsal olunacaq. Bu zavodun yaradılması bir neçə məqsəd güdür. İlk növbədə Azərbaycanda yeni müasir istehsalat sahəsi yaradılıb ki, bu da bizim iqtisadi siyasətimizin əsas istiqamətlərindən biridir. Bu zavodda ən müasir avadanlıq quraşdırılıb, texnoloji proses də dünya standartlarının üstündədir. Zavodda yeni iş yerlərinin açılması məsələsi həll olunur, bu da bizim siyasətimizin istiqamətlərindən biridir. Eyni zamanda bu gün artıq burada qeyd olunduğu kimi, bu duz insanların sağlamlığı üçün də çox vacibdir. Azərbaycan vətəndaşları artıq yodlaşdırılmış duzu, yəni emal edilmiş, təmizlənmiş duzu istehlak edəcəklər”.



O vaxtdan 4 il keçib. Necə deyərlər, çox sular axıb. O cümlədən çirkab suları, kanalizasiya suları.

P.S. Bu biabırçılığa nə vaxt son qoyulacağını öyrənmək üçün ərazi mənsubiyyəti üzrə Abşeron Rayon İcra Hakimiyyətinə telefon açdıq. Cavab qısa oldu: “Binəqədinin ərazisidir, onlara deyin”.

Binəqədi RİH-dən aldığımız cavab belə oldu: “Ora Abşeron baxır, onlardan soruşun”.

Bizsə “Masazır” deyəndə fikri-zikri boş torpaq tapıb-qapıb satmağın yanından başqa heç yerdə olmayan abşeronlu və binəqədili məmurların şənbə günü yəqin ki, bekarçılıqdan başladığı bu “ötür-ötür oyun”una qoşulmaq istəməyərək iş görmək, yəni reportaja son nöqtəni qoymaq qərarı verdik. Masazır gölünün acınacaqlı vəziyyəti ilə bağlı qərarı isə yəqin “yuxarılar”, daha səlahiyyətli instansiyalar verər…
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • SOS: “Azərsun” kanalizasiya suyu ilə duz çıxarır - BU NƏDİ BELƏ?

    SOS: “Azərsun” kanalizasiya suyu ilə duz çıxarır ...

    18-08-2022, 14:57

  • 
  • Bakıya qar yağsa, yollara düz səpiləcək - Masazır Duz Zavoduna sifariş verilib

    Bakıya qar yağsa, yollara düz səpiləcək - Masazır ...

    15-12-2012, 16:42

  • 
  • Masazır camaatı Bakı- Sumqayıt yolunu bağladı – (Yenilənib)

    Masazır camaatı Bakı- Sumqayıt yolunu bağladı – ...

    5-08-2013, 11:00

  • 
  • Masazır dağılır

    Masazır dağılır ...

    9-04-2013, 10:08

  • 
  • Masazırda dəhşətli qəza: ölənlər var

    Masazırda dəhşətli qəza: ölənlər var ...

    1-04-2014, 10:44


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu