GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Yubileyiniz mübarək, cənab POLKOVNİK!

Yubileyiniz mübarək, cənab POLKOVNİK!

Tarix: 23-08-2022, 11:50 Bölmə :Cəmiyyət Baxış: 234

Deyir ki,- “1972-ci ildə Qusar rayonunun Düstahir kəndində anadan olmuşam. 1989-cu ildə orta məktəbi bitirdikdən bir il sonra Sovet ordusu sıralarında xidmətə çağrılmışam. 1992-ci ildə xidməti başa vursam da, Qarabağ müharibəsi başladığına görə, Azərbaycan Silahlı Qüvvələrində xidmətimi davam etdirmişəm. O vaxt vahid birlik, komandanlıq olmadığından könüllü müraciət etmişdim. Peşəkar zabit çatışmazlığı mövcud idi. Demək olar ki, o vaxtkı tabor komandirləri ixtisasından asılı olmayaraq, yerli ağsaqqallardan, hörmətli şəxslərdən seçilirdi. Bizə tabor komandiri təyin olunan şəxs ixtisasca çilingər olsa da, çox qabiliyyətli bir insan idi. Yaxşı başa düşürdük ki, vahid ordu olmadığından bizi çox ağır günlər gözləyir. Hər tərəfdən hücum təhlükəsi ilə üz-üzə idik. Başçılıq etdiyim tağım düşmən hücumunu dəf etmişdi. Füzuli rayonunun Qacar kəndində yüksəkliyin əldə saxlanılmasından sonra artıq kollektiv içərisində rəğbət qazanmışdım. Bundan sonra briqada komandiri zabit olmağı təklif etdi. Həmin vaxt Bakı Birləşmiş Zabitlər Məktəbində kəşfiyyat kurslarına yazıldım. 1992-ci ilin fevral ayında həmin məktəbə daxil oldum. Bir il sonra kursda 354 nəfərin birincisi olduğuma görə mənə leytenant rütbəsi verildi və yenidən Füzuli bölgəsinə yola düşdüm. İkinci Qarabağ müharibəsində qazandığım uğurlarda Birinci Qarabağ müharibəsində qazandığım təcrübənin rolu böyük oldu...”

Heç kim bu dünyada qəhrəman kimi doğulmur. İnsanı üç xüsusiyyət- cəsarət, cürət və sücayət qəhrəmanlıq səviyyəsinə ucaldır. Əgər bunlardan biri çatmasa kimsə qəhrəman ola bilməz...

2011-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasına daxil olub və 2013-cü ildə həmin akademiyanı fərqlənmə diplomu ilə bitirib. Elə həmin ildən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda xidmətə başlayıb və tağım komandirindən briqada komandiri vəzifəsinə kimi xidməti yol keçib. Göstərdiyi sücaətlər bir sıra medallara layiq görülüb. 15 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Çiyinlərində polkovnik hərbi rütbəsini daşıyır...

“Hər kəs bilir ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu böyük gücə malikdir. İstər peşəkar zabitlərin olması, istərsə də yeni, müasir silah-sursat, texnikalarla təmin edilməsi gücümüzü daha da artırır. Xüsusilə bu prosesdə təlimlərin rolu danılmazdır. Hər il keçirilən taktiki təlimlər inkişafımızın təməl prinsiplərindəndir. Ona görə də mən fəxrlə deyirəm ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda peşəkar zabit və döyüşçü kimi özümü formalaşdırmışam. 2018-ci ilin may ayında Əlahiddə Ümumqoşun Ordusunun həyata keçirdiyi peşəkar əməliyyatlar nəticəsində Günnüt kəndi daxil olmaqla, yaxınlıqdakı Qızılqaya və Qaraqaya dağlarında mühüm hərbi-strateji əhəmiyyətə malik yeni mövqelər, ümumilikdə, 11 min hektara yaxın ərazi işğaldan azad edildi. Günnüt əməliyyatı Naxçıvanda əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğunun uğurla davam etdirildiyini, ölkəmizin müdafiə təhlükəsizliyinin təmin olunduğunu bir daha sübut etdi. Ümumiyyətlə, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda əsgərlərə, hərbçilərə göstərilən diqqət və qayğı yüksək səviyyədədir, elə buna görə də şəxsi heyət istənilən döyüş tapşırığını yerinə yetirmək gücündədir. Bu öz təsdiqini Vətən müharibəsində tapdı.”- söyləyir…

Çılğın, qaynar, dinamik adamdır. Döyüşdə nə qədər sərt və düşmənə qarşı amansız idisə həyatda bir o qədər də mərhəmətli və mehribandır. Yaxşı yoldaşlığı və dostluğu var. Necə deyərlər, son tikəsini dostlarından əsirgəməz. Bir sözlə, barəsində söhbət açdığım polkovnik Tehran Mənsimov Qarabağın azad olunmasında göstərdiyi xidmətlərə görə xalq məhəbbəti qazanıb, insanların yaddaşında yer tutub. İllər ötəcək, elə bir vaxt gələcək ki, bu əfsanəvi döyüşçünün haqqında qəhrəmanlıq epopeyası yazılacaq...

Avqustun 24-də şərəfli döyüş yolu keçmiş Tehran Mənsimovun 50 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlı, firəvan həyat arzulayıram.

Yubileyiniz mübarək, cənab POLKOVNİK!


Elman Eldaroğlu

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ordumuz Şuşaya necə girib? - Tehran Mənsimov ilk dəfə danışdı

    Ordumuz Şuşaya necə girib? - Tehran Mənsimov ilk ...

    28-01-2021, 15:47

  • 
  • İstefada olan polkovnik Adil Əliyev uzun sürən xəstəlikdən sonra vəfat edib

    İstefada olan polkovnik Adil Əliyev uzun sürən ...

    1-03-2017, 13:48

  • 
  • Düşmənin 21 postunu dağıdan generalımız - Bu gün onun 45 yaşı tamam olur

    Düşmənin 21 postunu dağıdan generalımız - Bu gün ...

    9-10-2020, 15:46

  • 
  • Bölük komandiri öz rəislərini girov götürüb?

    Bölük komandiri öz rəislərini girov götürüb? ...

    26-07-2013, 16:06

  • 
  • Nəciməddin Sadıkovun istefası istənildi

    Nəciməddin Sadıkovun istefası istənildi ...

    28-10-2019, 10:53


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu