İranın Şərqi Azərbaycan vilayətində milli fəallar Hüseyn Əmani və Məhəmmədrza Əmani Mərənd şəhərinin kəşfiyyat idarəsinə çağırılıblar.
Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, təhlükəsizlik qüvvələri bazar günü sözügedən fəalları nəzarət altına almaq məqsədilə onların evinə gediblər, ancaq fəallar evdə olmayıb.
Təhlükəsizlik qüvvələri Hüseyn Əmani və Məhəmmədrza Əmanini evdə tapmadıqda, onların aiələrinə bildiriblər ki, övladlarını bəzi sualları cavablandırmaq üçün kəşfiyyat nazirliyinin Mərənd şəhərindəki informasiya qərargahına göndərsinlər.
Şərqi Azərbaycan vilayətinin Şəbistər şəhərində yerləşən Nadarlı qəsəbəsinin əhalisi milli-mədəni fəaliyyətləri ilə tanınırlar.
Hüseyn Əmani əvvəllər siyasi fəaliyyətləri səbəbilə təhlükəsizlik qurumuna çağırılıb. O, 2020-ci ilin oktyabr ayında Nadarlı qəsəbəsində nümayiş etdirilən üzərində “Qarabağ bizimdir, bizim olacaq” şüarı yazılmış plakatla əlaqədar dindirilmişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?