"Medianın İnkişafı Agentliyinin fəaliyyətini izlədikdə bir fakt tam aydın olur. Azərbaycan mətbuatının qara günləri hələ irəlidə imiş. Biz KİVDF kimi qurumların ləğvindən, Əli Həsənovun keçmiş media yönəticisi kimi görəvdən alınmasından sonra müəyyən qədər ümidlənmişdik ki, nələrsə müsbətə doğru dəyişə bilər. Amma yanılmışıq".
Gundemxeber.az bildirir ki, bu açıqlama ilə Qarabağ Qazisi, 2-ci qrup əlil, "teref.az" saytının baş redaktoru Nurəddin Xoca çıxış edib. "Yenə də jurnalistlər yazdıqlarına görə təqib olunursa, təqib olunmaq nədir, bütün bunlar qanuniləşdirilirsə, deməli, Azərbaycanda müstəqil mediadan danışmağına dəyməz. MEDİA tərəfindən bir qanun hazırlandı, deputatlar da tez-bazar qəbul etdilər. Sanki harasa tələsirdilər. Halbuki onların bu qanun təşəbbüsləri ilk başdan beynəlxalq qurumlar tərəfindən dəstəklənmədi. İndi isə fakt odur ki, Əhməd İsmayılov açıq-aşkar Azərbaycanı beynəlxalq təşkilatların hədəfinə çevirir. Venesiya Komissyasının dəstəkləmədiyini, onay vermədiyi bir qanunun demokratikləşmə, Avropaya inteqrasiya yolunu tutumuş Azərbaycan dövləti tərəfindən uzun müddətə qüvvədə saxlayacağı inandırıcı görünməsə də, maləsəf hazırda bu eybəcərlik müşahidə olunmaqdadır" deyə, Nurəddin Xoca fikirlərini yekunlaşdırıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?