GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Əhməd İsmayılov MƏTBUATA YAD ADAM olduğunu hər addımda ETİRAF EDİR... - İlk başdan O İSTEFAYA GETMƏLİDİR!

Əhməd İsmayılov MƏTBUATA YAD ADAM olduğunu hər addımda ETİRAF EDİR... - İlk başdan O İSTEFAYA GETMƏLİDİR!

Tarix: 24-01-2022, 11:44 Bölmə :GündəmXəbər / Manşet Baxış: 707


Əslində mətbuat elə sahələrdəndir ki, burada hansısa təşkilatlanma, idarəetmə işinin həyata keçirilməsi üçün ən azından 3 İLLİK TƏCRÜBƏ lazımdır. Necə ki hələ MEDİA-mız KİVDF olandan dövlətin mətbuata qayğısını şərtləşdirən amillərdən biri kimi məhz çoxillik təcrübə faktoruna da önəm verilir, eləcə də mətbuatın yönəldilməsində də bu məqam əhəmiyyətli dərəcədə vacibdir.

Amma Əhməd İsmayılovun təyinatı zamanı bu məqama diqqət ayrılmadı, bu məısələ vacib götürülmədi. Ona görə də yaxasında “Gəmiçilik sahəsində xidmətlərə görə” medalını gəzdirən birisi olduqca qəliz sahə hesab olunan və normalda "4-cü hakimiyyət" olaraq anlaşılan mətbuatın dövlət təmaslarının müəyyənləşdirilməsi işinə rəhbər gətirildi.
Kimdir Əhməd İsmayılov. İlk olaraq onun rəsmi mətbuatda yayılan tərcümeyi-halını xatırlayaq:
Ə.İsmayılov MEDİA rəhbərliyindən əvvəl Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktor müavini vəzifəsində çalışıb.
Əhməd İsmayılov 1980-ci ildə anadan olub.
2002-ci ildə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğunun təşkili və idarə edilməsi ixtisaslaşması” ixtisası üzrə magistr dərəcəsi alıb.
2002-ci ildə Bakı Neft Energetika Kollecində müəllim, 2004-2005-ci illərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının Vətəndaş və siyasi hüquqların müdafiəsi sektorunda böyük məsləhətçi, 2005-2008-ci illərdə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin Hüquq şöbəsində baş məsləhətçi vəzifəsində işləyib.
2008-2011-ci illərdə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri,
2011-2018-ci illərdə Aparat rəhbəri vəzifəsində çalışıb.
20 iyun 2018 – ci il tarixdən Dövlət Dəniz Agentliyinin direktor müavini vəzifəsində çalışıb.
2009-2015-ci illərdə Yeni Azərbaycan Partiyasının “Dənizçilər” İlk Ərazi Təşkilatının sədri olub.
Əhməd İsmayılov Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2014-cü il tarixli 580 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 23 iyun 2017-ci il tarixli 3028 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı və 20 oktyabr 2018-ci il tarixli 587 nömrəli Sərəncamı ilə “Gəmiçilik sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib.
O, 2019-cu ildən etibarən Heydər Əliyev Fondu “Regional İnkişaf” İctimai Birliyində ekspert vəzifəsində çalışıb.
Son olaraq isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin müavini vəzifəsinə təyinat alıb.

***

Medianın İnkişafı Agentliyinin sədri olaraq Əhməd İsmayılovun özkeçmişinə nəzər saldıqda burada mətbuatla bağlı hansısa abzası görmürük. Yuxarıda da qeyd etdik, bu, olduqca vacib amildir. Ona görə də ortada yetərincə yanlışlar olacaq. Necə ki bu gün Əhməd İsmayılov Medianın İnkişafı Agentliyinin sədri olaraq bir-birinin ardından bu yanlışları buraxmaqdadır.
O, məcbur idi ki, jurnalistlərlə ilkin təmaslarının qurulmasında yanına məsləhətçilər alsın. Və hər şey də məhz onun məsləhətçilərinin yanlışlarından baş verməkdədir. Çünki adam təpədən dırnağa qədər MƏTBUATA YAD birisi olduğundan başqalarının sözünü eşitmək zorundadır. Başqaları isə ona daha çox subyektiv informasiyalar verdiyindən cənab İsmayılovun media haqqında təsəvvürlərini heç bir zaman OBYEKTİV olaraq qəbul etmək olmaz.
Bunu nəticəsidir ki, bu gün Media haqqında qanunun özü belə KAL ARMUD olaraq parlamentin boğazında ilişib qalıb. Biçarə deputatlar da 3 dəfə oxuyub təsdiqlədikləri (başqa cür ola da bilməz, onlara belə təlimat gəlib) qanunu yenidən müzakirəyə hazırlaşırlar.

***

Bu hələ harasıdır. Əhməd İsmayılovun naşılığı özünü çox göstərəcək. Gərək ölkənin başbilənləri yeni qanunun qəbulundan əvvəl Əhməd İsmayılovun özünə "əlvida" deyərdilər. İnbad etməyin adı yoxdur. Adam bacarmır, bacarmayacaq da...
Mətbuatı hansısa dostların klubuna çevirmək olmaz. Bu, 4-cü hakimiyyətdir və dövləti-aliyənin məıhrəmlərindən hesab olunur, hansısa beş-on növcavanın əyləncə məkanı deyil...
Bunu dövlət rəsmiləri nəzərə almalı və ilk başdan onunla media arasındakı vasitəçiliyinə nəzərə yetirməlidir.
Vacib olanı budur və bundan sonra oturub rahat-rahat hansı əsaslarla işləməli olduğumuzu müəyyən edə bilərik.

Məhəmməd Ərsoy
DİA.AZ-ın Baş redaktoru

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əli Həsənov da, onun mediası da GEDƏCƏK - Bəs Əhməd İsmayılov NƏ ECƏCƏK?

    Əli Həsənov da, onun mediası da GEDƏCƏK - Bəs ...

    14-01-2021, 16:30

  • 
  • Əhməd İsmayılovun vahid kart siyasəti – Mətbuata inzibati amirlik üsullarının gətirilməsi nəyə xidmət edir?

    Əhməd İsmayılovun vahid kart siyasəti – Mətbuata ...

    2-03-2021, 11:48

  • 
  • Jurnalistlərə səslənən icraçı direktora dəstək olmağa hazırıq

    Jurnalistlərə səslənən icraçı direktora dəstək ...

    23-01-2021, 17:19

  • 
  • "Jurnalistlərin qədrini bilən adamlar təmsil olunmalıdır"

    "Jurnalistlərin qədrini bilən adamlar təmsil ...

    7-04-2020, 20:43

  • 
  • İlham Əliyevin mətbuata uzatdığı əli sıxaqmı?

    İlham Əliyevin mətbuata uzatdığı əli sıxaqmı? ...

    27-11-2013, 16:19


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
Aposte no cassino BetBoom com dinheiro real
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu