Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıda daha bir bağçada QALMAQAL - FOTO
Jurnalist İlkin Pirəlinin övladına bağçada təzyiq edilib.
Gundemxeber.az xəbər verir ki, bu barədə o özünün "Facebook" səhifəsində paylaşım edib.
O, iyun ayının sonunda 2 yaş yarımlıq qızını Nizami rayonu, Rüstəm Rüstəmov 44D ünvanında yerləşən, “Bağçam” uşaq bağçaları şəbəkəsinə (İndiqo) daxil olan "Baby Star" uşaq bağçasına qoyub.
Paylaşımda qeyd edib ki, övladının bağçaya getməsinin bir həftəsi tamam olanda uşaq yıxılıb:
"Elə bir həftə idi ki, gedirdi. Həyat yoldaşım dedi ki, uşaq yıxılıb, başı əzilib. Dedim, necə yəni? Kamera görüntülərini tələb et! Dedi, deyirlər, "bisetka"dan yıxılıb (Guya anası yadına düşüb, ağlayıb, halsızlaşıb, çıxarıblar çölə. Ağlaması normal. Amma halsızlaşmaq nədir, onda, ümumiyyətlə, elə əlamət yoxdur, sapsağlam uşaqdır), həmin yerdə də kamera yoxdur. Anası deyib ki, axı izlənilib gün ərzində, narahatlığı yox idi, həm də iki dəfə zəng edilib, məlumat verməli idiniz. Həkim tətildə ola-ola, müəllim “pereks” vurub yaraya.
Yıxılmazdan əvvəl və sonra ağladığını bildiriblər, onda da dəhlizə çıxarıblar. Baxın, bunlar uşaqları dəhlizə çıxarırlar, orada da kamera yoxdur, niyə? Cəza yeridir? Əlavə olaraq da bildiriblər ki, üzürlü sayın, ola bilsin, diqqətsizlik göstərmişik, nəzərə almağınızı xahiş edirik ki, əməkdaşlarımızın bir hissəsi məzuniyyətdədir-filan".
GUNDEMXEBER.AZ
23-07-2017, 16:39
9-02-2016, 22:02
3-09-2017, 09:32
18-01-2017, 00:31
23-06-2018, 11:07
Sorğu
Yeni dizaynımız necədir?