Gəncə Şəhər İcra Hakimiyətinin başçısı Niyazi Bayramov şəhid ailələri və müharibə iştirakçıları ilə görüşüb və onların müraciətlərini fərdi qaydada dinləyib.
İşlə təminat, fərdi yaşayış evinin təmiri, mənzil növbəliliyi və digər məsələlər müraciətlərin əsasının təşkil edib.
Səsləndirilən bir çox məsələlər yerindəcə həllini tapıb. Bəzi müraciətlərlə bağlı aidiyyəti qurumların nümayəndələrinə müvafiq araşdırma aparmaq və yaranmış problemləri həll etmək tapşırığı verilib.
Qəbulda müraciət edən şəhid ailələri və müharibə iştirakçıları onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Sorğu
Yeni dizaynımız necədir?