Gundemxeber.az » Ölkə » Cəmiyyət » Masallıda ana və iki övladının öldüyü yanğının TƏFƏRRÜATI (YENİLƏNİB)
Masallıda ölümlə nəticələnən yanğın hadisəsi olub.
Hadisə rayonun Hüseynhacılı kəndində baş verib.
Belə ki, yaşayış evində baş verən hadisə nəticəsində ana və iki azyaşlı övladı yanaraq ölüb. Onların şəxsiyyətləri dəqiqləşdirilir.
Hadisə yerinə yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
***
Masallının Hüseynhacılı kəndində evdə baş verən yanğının təfərrüatları məlum olub.
Məlumata görə, hadisə kənd sakini 1951-ci il təvəllüdlü Alim İbad oğlu Kəlbiyevə məxsus ikimərtəbəli, ümumi sahəsi 300 kvadratmetr olan yaşayış evində qeydə alınıb. Hadisə zamanı 38 yaşlı Gülnaz Kəlbiyeva, 11 yaşlı oğlu Elbrus Kəlbizadə və 10 yaşlı oğlu Elviz Kəlbizadə yanaraq ölüb.
Yanğın zamanı ailə üzvlərindən daha birinin yanıq xəsarətləri aldığı bildirilir. Hadisə ailə üzvləri yatan zaman baş verib. İlkin məlumata görə, kənddə işıqlar söndüyündən onlar şam yandırıblar. Ailə yatan zaman şam nəzarətsiz qalıb və ev alışıb.
Gundemxeber.az
1-08-2013, 23:33
16-12-2014, 11:33
3-12-2017, 11:32
10-02-2017, 22:07
16-10-2013, 14:21
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?