Hadisə rayonun Niyazabad kəndində qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, kənd sakini, 1939-cu il təvəllüdlü Aleksandr Romanenkoya məxsus 2 mərtəbəli yaşayış evi yanıb. Yanğın zamanı evdə tək olan ev sahibi də yanaraq ölüb.
Yanğının söndürülməsinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını cəlb olunub. Yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Həyətdə olan “VAZ 2106” markalı avtomaşın yanğından mühafizə olunub.
Yanğının səbəblərini müəyyənləşdirmək üçün araşdırma aparılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?