Müstəntiqlərin bildirdiyinə görə, köynəyində faşist svastikası olan silahlı şəxs bazar ertəsi Rusiyadakı məktəbdə 11-i uşaq olmaqla, azı 15 nəfəri öldürüb, 20-dən çoxunu isə yaralayıb.
Moskvadan təxminən 970 km şərqdə yerləşən İjevsk şəhərindəki hücumun motivi və hücum edənin şəxsiyyəti məlum deyil.
Ağır cinayətlərlə məşğul olan Rusiya İstintaq Komitəsi, silahlı şəxsin balaklava (başı və boynu örtən papaq) taxdığını bildirib. O, aşmış mebel və yerə səpilmiş kağızların olduğu bir sinif otağının döşəməsində uzandığını göstərən qısa bir video yayımlayıb. Tamamilə qara geyimdəki şəxsin köynəyində dairə işərisində qırmızı svastika şəkli olub.
İsrintaq Komitəsi bildirib ki, altı nəfər yaşlı qurban arasında müəllimlər və mühafizəçilər də var. Məlumata görə, 14-ü uşaq olmaqla 21 nəfər yaralanıb.
Tass xəbər agentliyi müstəntiqlərə istinadən hücumçunun iki tapança və çoxlu sursatla silahlandığını bildirib.
Rusiyada son illərdə bir neçə məktəbdə atışma baş verib.
2021-ci ilin may ayında Kazan şəhərində bir yeniyetmə silahlı 7 uşaq və iki yaşlı insanı qətlə yetirib. 2022-ci ilin aprelində Ulyanovsk vilayətində silahlı şəxs özünü öldürməzdən əvvəl uşaq bağçasında iki uşağı və bir müəllimi qətlə yetirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?