GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” HESABAT yaydı

"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” HESABAT yaydı

Tarix: 3-10-2022, 12:03 Bölmə :Cəmiyyət Baxış: 462

”İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” İctimai Birliyinin insan hüquqları ilə bağlı 2022-ci il sentyabr ayına dair hesabat xarakterli hüquq pozuntularının xronikasını gundemxeber.az olaraq, ictimaiyyətin diqqətinə təqdim edirik:


"İnsan hüquqları və əsas azadlıqlarla bağlı vəziyyət getdikcə pisləşir, insan hüquqları müdafiəçiləri-vəkillər, jurnalistlərə qurama cinayət işləri açılır. Sərbəst toplaşma azadlığı boğulur, repressiyalar daha da sərt xarakter alır. Sosial mediada, facebook sosial şəbəkəsində höküməti tənqid edən ictimai fəallar həbs edilirlər.

Almaniyadan Azərbaycana deportasiya edilmiş 6 nəfərin-Mütəllim Orucov, Malik Rzayev, Cəfər Mirzəyev, Pünhan Kərimli, Samir Aşurov və Ziya İbrahimovun hər birinə müxtəlif qurama cinayət işi açılıb və onların hamısı həbs ediliblər. Pünhan Kərimli 6 il, Malik Rzayev isə 7 il müddətinə Məhkəmələr tərəfindən azadlıqdan məhrum edilib. Qalan 4 nəfərin məhkəmə prosesləri davam edir. Mərkəz olaraq məhkəmə proseslərini izləməkdə davam edəcəyik.

“İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” hər ay mütəmadi olaraq Ədliyyə və digər aidiyyəti qurumlara müraciət etməkdə davam edir, həmin qurumlar idarə və müəssisələrində insan hüquqlarına, qeyri-insanı rəftara və işgəncə hallarına dair baş çəkmələrin həyata keçirilməsinə icazə vermir. 

Belə ki; İnsan hüquqları və əsas azadlıqların müdafiəsinə dair baş vermiş pozuntuların Mərkəz tərəfindən qeydə alınmış xronikası.

05.09.2022. Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Gülnarə Rəhimova Nəsimi Rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin əməkdaşı Seymur İmanov tərəfindən xüsusi ittiham qaydasında (CM 147.2 və 148) verdiyi şikayətə Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyilə baxılaraq Gülnarə Rəhimovaya 460 saat ictimai işlər cəzası verilməsi barədə hökm çıxarıb.

05.09.2022. "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" olaraq 21.03.2021-ci il tarixində Kəlbəcər rayonunun Alagöllər ərazisində yerləşən N saylı Hərbi hissədə xidmət etdiyi zaman şəhid olmuş İlkin Zöhrabovun Tərtər Hərbi Məhkəməsində növbəti məhkəmə prosesində iştirak etmişdir. Məhkəmə prosesində İlkin Zöhrabov şəhid olan zaman onunla birlikdə xidmətdə olan əsgərlər ifadə verdilər. Mərkəz olaraq məhkəmə proseslərini izləməkdə davam edəcəyik.

05.09.2022. Baş Prokurorluq "Tərtər işi" ilə bağlı uzun müddətə azadlqıdan məhrum etmə cəzasına məhkum edilmiş 19 nəfər hərbi qulluqçuların işinə yenidən baxılması Ali Məhkəmənin Plenumuna müraciət edilməsidir. Ali Məhkəmə 30 sentiyab tarixində Baş Prokurorluğun müraciətini təmin edərək, qüvvədə olan hökmlər ləğv edilərək, hərbi qulluqçunun işinə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilib. Mərkəz olaraq məhkəmə proseslərini izləməkdə davam edəcəyik.

11.09.2022. Binəqədi Rayon Məhkəməsi Baş Prokurorluğun təqdimatınıa əsasən tanınmış jurnalist Əvəz Zeynallı və tanınmış vəkil Elçin Sadıqov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barəsində qərar çıxarıb. Əvəz Zeynallı və Elçin Sadıqova CM-nin 311-maddəsi ilə elan edilmiş ittiham Azərbaycan ictimaiyyəti tərəfindən qondarma ittiham kimi qəbul edildi və onların həbs edilmələrini peşə fəaliyyətləri ilə əlaqələndirildi. Vəkil Elçin Sadıqov barəsində seçilmiş həbs qətimkan tədbiri sonradan Məhkəmə tərəfindən ev dustağlığı ilə əvəz edilsədə lakin jurnalist Əvəz Zeynallı barədə seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanıldı. Əvəz Zeynallı və Elçin Sadıqovun qanunsuz həbs edilməsilə bağlı onların hüquqlarının müdafiə komitəsi yaradılıb. –

https://www.youtube.com/watch?v=WDoClDkLLtE&t=2784s

15.09.2022. “Kanal 13” internet televiziyasının Bakı ofisinin rəhbəri, jurnalist Əziz Orucov Baş Prokurorluğa çağırılaraq xəbərdarlıq edilib. Mərkəz Baş Prokurorluğun jurnalistə xəbərdarlıq etməsini söz və ifadə azadlığına müdaxilə kimi qiymətləndirib.

 20.09.2022. D18 Hərəkatının sədri Əhməd Məmmədli facebook sosial şəbəkəsində yazdığı tənqidi statuslara görə Səbail Rayon Məhkəməsi tərəfindən İXM-nin 535.1- maddəsinə əsasən 30 sutka inzibati qaydada həbs edilib.

30.09.2022. Azərbaycan Xalq Cəbhəsi Partiyasının Siyasi Partiyalar haqqında yeni qanunun qəbul edilməsinə etiraz əlaməti olaraq Milli Məclisin qarşısında saat 16:00 təyin etdiyi piketin keçirilməsinə polis əməkdaşları imkan verməyib, onlarla AXCP üzvü və siyasi fəallar saxlanılaraq polis bölmələrinə aparılaraq orda bir müddət saxlanıldıqdan sonra sərbəst buraxılıblar.

Qeyd: “İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” bundan sonra da resursları daxilində baş vermiş qanun pozuntularını cəmiyyətə çatdıracaq. Mərkəzin institusional dəstəyə etiyacı vardır.


Hörmətlə,

“İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” İB-nin sədri Fikrət Cəfərli

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • BMT-yə Azərbaycanda insan hüquqları ilə bağlı hesabat göndərilib

    BMT-yə Azərbaycanda insan hüquqları ilə bağlı ...

    31-01-2018, 00:27

  • 
  • İŞGƏNCƏLƏR ƏLEYHİNƏ ARAŞDIRMALAR MƏRKƏZİ BƏYANAT YAYDI

    İŞGƏNCƏLƏR ƏLEYHİNƏ ARAŞDIRMALAR MƏRKƏZİ BƏYANAT ...

    29-01-2022, 09:30

  • 
  • ”İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi”ndən insan azadlıqlarının pozulmasına dair hesabat

    ”İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi”ndən ...

    1-04-2022, 14:21

  • 
  • Almaniyadan deportasiya olunan AXCP fəalı Pünhan Kərimli 6 il həbsə məhkum edilib

    Almaniyadan deportasiya olunan AXCP fəalı Pünhan ...

    29-07-2022, 15:51

  • 
  • İranda xristian azərbaycanlılar azadlıqdan məhrum edildi

    İranda xristian azərbaycanlılar azadlıqdan məhrum ...

    8-07-2017, 12:19


Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Arxiv xəbərlər

İyun 2025 (216)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu