GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » ”İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi”ndən insan azadlıqlarının pozulmasına dair hesabat

”İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi”ndən insan azadlıqlarının pozulmasına dair hesabat

Tarix: 1-04-2022, 14:21 Bölmə :Cəmiyyət Baxış: 344


Hesabatda deyilir:

Azərbaycan İnsan haqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyasına və digər beynəlxaq sənədlərə qoşulmasına baxmayaraq ölkədə bu sahədə vəziyyət çox acınacaqlıdır. İfadə azadlığı və siyasi hüquqlar hər addımda pozulmaqdadır. Mərkəz olaraq hesab edirik, hüquqpozmaların qarşısının alınmasında beynəlxalq təşkilatlar da öz töhvələrini verməlidirlər. Bunun üçün beynəlxalq təşkilatlar, diplomatik korpuslar, vətəndaş cəmiyyəti institutları ilə sıx münasibətlər qurmalı və onlarla tez-tez görüşlər keçirdib, dəstəklərini ifadə etməlidirlər.

Əks təqdirdə Azərbaycan hakimiyyəti müstəqil fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarını, qeyri-hökümət təşkilatlarını sıradan çıxardacaq. Nəzərə alsaq ki, vətəndaş cəmiyyəti institutları donor problemi yaşayır və hökümətdən asılı olmayan təşkilatların ofisləri belə yoxdur.

Ölkədə müxalif siyasi partiyalara, müstəqil ictimai-siyasi fəallara qarşı aparılan qanunsuz həbslər, işgəncə halları, qeyri-insani rəftar və digər hüquqpozmalar əslində hakimiyyətin demokratiyaya və ifadə azadlığına olan münasibətinin göstəricisidir. Görünən odur ki, hakimiyyət nə qədər repressiv metodlar varsa onların hamısından ona qarşı real müxalifətdə olan siyasi partiyalara və ictimai fəallara qarşı tətbiq edir və bu hallar getdikcə də artmaqdadır.

Belə ki; 01.03.2022-ci il. AXCP fəalı Şahin Hacıyev sosial şəbəkələr üzərindən Prezident İlham Əliyevi tənqid etdiyinə görə qurama (narkotik) ittihamla həbs olunub və işi hazırda Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Məhkəmə prosesi 15 aprel 2022-ci il tarixə təxirə salınmışdır.

01.03.2022-ci il. Azərbaycan Demokratiya və Rifah Partiyasının bir qrup üzvü Rusiya səfirliyi qarşısında Putin əleyhinə piket keçirmiş və Ukraynada “Aqressiyaya yox!” “Putin, rədd ol!”, “Müharibəyə etiraz edirik!”, “Rusiya ordusu Ukrayna ərazisindən çıx get!” şüarlarını səsləndiriblər. Piket polis tərəfindən kobudluqla və zorakılıqla dağıdılıb, onlarla partiya fəalı saxlanılıb və bir müddət sonra sərbəst buraxılıblar.Aksiyanın fəal iştirakçısı Əliyev Elşən Heydər oğlu mart ayının 2-də yenidən Polis əməkdaşları tərəfindən saxlanılıb və ona qurama ittihamla “polisin qanuni tələbinə tabe olmaması” maddəsiylə inzibati qaydada məhkəmə tərəfindən 15 sutka həbs cəzası verilib.

02.03. 2022-ci il. Hakimiyyət prinsipial vəkillərə qarşı ayrı-seçkiliyini davam etdirir. Vəkil Elçin Sadıqov BMCMİ-də müdafiə etdiyi şəxslə görüşməsinə icazə verməyib. Bununla da müdafiə etdiyi şəxsin səmərəli müdafiə hüququ pozulmuşdur. 

04.03.2022-ci il. “Müdafiə Xətti” insan haqları təşkilatının həmtəsisçiləri Rüfət Səfərov, Əlayif Həsənov, Zəfər Əhmədov, Zaur Əkbər və ictimai-siyasi xadim Bəxtiyar Hacıyevin təşkilatçılığı ilə Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin qarşısında Putin Rusiyasının Ukrayna dövlətinə, xalqına, işğalçı siyasətinə qarşı dinc etiraz aksiyası keçirtmələrinə Nəsimi rayon Polis İdarəsi tərəfindən qanunsuz olaraq imkan verilməmişdir. Aksiyanı işıqlandırmaq istəyən jurnalistlər Gülnaz Qəmbərli, Təbriz Mirzəyev və Dilarə Qəzənfər qızı isə Rusiya səfirliyinin qarşısına gələrkən yolda məcburən polis işçiləri tərəfindən polis maşınlarına mindirilərək aksiya yerinə getmələrinə imkan verilməmişdir. 

05.03.2022-ci il. Müsəlman Birliyi Hərakatının üzvü Elşən Abbasov hakimiyyəti sosial media üzərindən tənqid etdiyinə görə mart ayının 2-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən qurama (narkotika) ittihamla saxlanılıb və mart ayının 5-də prokurorun təqdimatına əsasən Nərimanov Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.

06.03.2022-ci il. AXCP-nin Suraxanı rayon Şöbəsinin bir qrup (20 nəfər) üzvünün çayxanada oturub dinc söhbət etdikləri zaman heç bir əsas olmadan Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Saxlanılan zaman qeyri-insani rəftara məruz qalıblar. Bir müddət sonra qanunsuz cərimə olunaraq sərbəst buraxılıblar.

09.03.2022-ci il. Müstəqil siyasətçi Bəxtiyar Hacıyev pozulmuş hüquqlarını bərpa etmək məqsədilə Daxili İşlər Nazirliyinin qarşısında keçirtdiyi dinc aksiya zamanı polis işçiləri tərəfindən şəxsi avtomobilinin şüşələri sındırılmış, özü isə kobud formada saxlanılmışdır. Bakı şəhəri Baş Polis İdarəsində izahatı alındıqdan sonra sərbəst buraxılmışdır. Bəxtiyar Hacıyev bildirmişdir ki, saxlanılan zaman işgəncəyə və qeyri-insani rəftara məruz qalmışdır.

09.03.2022-ci il. Azadlıq Qəzetinin əməkdaşı jurnalist Təzəxan Mirələmli Abşeron rayonunda peşə fəaliyyətini yerinə yetirərkən polislər tərəfindən Polis İdarəsinə aparılmış və bir müddət sonra sərbəst buraxılıb.

11.03.2022-ci il. Azərbaycan Xalq Cəbhəsi Partiyasının Xətai rayon şöbəsinin bir qrup fəallarını Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edərək onlara orda psixoloji təsir göstəriblər. Partiya üzvlərinə nə vaxtdan, kimin vasitəsi ilə AXCP- yə üzv olduqlarını və Əli Kərimlini nəyə görə dəstəklədiklərini soruşublar. Partiya fəallarına Əli Kərimlini dəstəkləmələri gələcəkdə onlar üçün problemə çevriləcəyi barədə xəbərdalıq edərək, partiya üzvlərinin partiyadan istefa vermələrini məsləhət görüblər.

15.03.2022-ci il. Siyasi hakimiyyətə qarşı prinsipial aktiv siyasi fəaliyyət göstərən, əsasən gənclərdən ibarət olan Demokratiya 1918 Hərəkatının ofisinə saat 19:00 da Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən basqın olub. Basqın edən polis əməkdaşları açıq şəkildə bildiriblər ki, ofisdən çıxmalısınız. Çıxmayacağınız təqdirdə ofisinizdən narkotik maddələrin aşkar olunma riskinin böyük olduğunu bildirərək, hərəkatın üzvlərini təhdid ediblər.

19.03.2022-ci il. AXCP funksioneri Elxan Əliyev hakimiyyəti ardıcıl tənqid etdiyi üçün Bakı Şəhəri Baş Polis idarəsinin əməkdaşları tərəfindən şərlənərək inzibati qaydada 1 ay müddətinə adazlıqdan məhrum edilib. Bu Elxan Əliyevin son 6 ayda 3-cü inzibati həbsidir.

29.03.2022-ci il. Keçmiş siyasi məhbus Samir Aşurov və digər siyasi mühacirlər Malik Rzazadə, Mütəllim Orucov, Cəfər Mirzəyev, Pünhan Kərimli Almaniya Federativ Respublikasından deportasiya olunublar və onların işgəncəyə məruz qalacaqları, həbs olunacaqları şübhəsizdir. Çünki onlara qədər Avropa ölkələrindən deportasiya olunmuş ictimai fəallar işgəncələrə məruz qalıblar və sonradan qurama ittihamlarla barələrində cinayət işi açılaraq həbs olunublar.

30.03.2022-ci il. Vətəndaş cəmiyyətinin fəal üzvü, meclis.info saytının rəhbəri, jurnalist İmran Əliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən qanunsuz olaraq saxlanılmış, bir sutka təyziqlərə və qeyri-insanı rəftara məruz qaldıqdan sonra sərbəst buraxılmışdır.

31.03.2022-ci il. Azərbaycan hakimiyyətini ardıcıl olaraq sərt tənqid edən, Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəal üzvü Şahin Hacıyev qurama (narkotika) ittihamla və siyasi sifariş əsasında Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdir.

Qeyd: Mərkəz bundan sonra da çalışıacaq ki, resusları daxilində insan hüquqlarına dair aylıq hesabatını həm ölkə ictimaiyyətinin, həm də beynəlxalq təşkilatların, diplomatik korpusların diqqətinə çatdırsın.


Hörmətlə,

“İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” İB-nin sədri-Fikrər Cəfərli

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vətəndaş cəmiyyəti hakimiyyəti beynəlxalq qurumları aldatmağa son qoymağa çağırıb

    Vətəndaş cəmiyyəti hakimiyyəti beynəlxalq ...

    16-09-2016, 15:20

  • 
  • Vətəndaş cəmiyyəti institutlarının etiraz bəyanatı

    Vətəndaş cəmiyyəti institutlarının etiraz bəyanatı ...

    10-02-2013, 11:34

  • 
  • Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı hesabat hazırlanır

    Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı ...

    11-09-2019, 15:57

  • 
  • Vətəndaş cəmiyyətinin fəaliyyət ciddi təhlükə qarşısında

    Vətəndaş cəmiyyətinin fəaliyyət ciddi təhlükə ...

    27-02-2013, 10:22

  • 
  • “İşgəncələr dayandırılmalı, sərbəst toplaşmaq azadlığı təmin olunmaılıdır”

    “İşgəncələr dayandırılmalı, sərbəst toplaşmaq ...

    7-11-2019, 23:22


Təqvim

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

May 2025 (339)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1091)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu