GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycanda tanınmış prokuror çılpaq fotoları ilə şantaj olundu - ŞOK TƏFƏRRÜAT

Azərbaycanda tanınmış prokuror çılpaq fotoları ilə şantaj olundu - ŞOK TƏFƏRRÜAT

Tarix: 10-10-2022, 12:45 Bölmə :Cəmiyyət Baxış: 232



Azərbaycanda tanınmış prokuror çılpaq fotoları ilə şantaj olundu

Azərbaycanda tanınmış prokuror Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Gundemxeber.az teleqraf.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə Ümman Əliyev ifadə verib.
O, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Deyib ki, prokurora hədə-qorxu gəlməsi və ondan pul tələb etməsi ilə bağlı işdə heç bir sübut yoxdur. Ümman Əliyev özünü dələduzluq etməkdə təqsirli bilib: “Mən xəstəlik adı ilə Tariyel Qurbanovdan pul almışam. Bu səbəbdən də istintaqa verdiyim ifadəmi təsdiq etmirəm. İfadəi təzyiq altında vermişəm. İndi həqiqəti məhkəmədə danışacam”.
Ümman Əliyev deyib ki, 2001-ci ildə yaşadığı Quba rayonunun Nic kəndindən işləmək məqsədilə paytaxta gəlib. İlk iş yeri Bakıxanov qəsəbəsində yerləşən “Hamam Plaza” olub: “Orada ofsiant işləyirdim. Hamama gələn şəxslərə çay, meyvə verir, nir sözlə, onlara qulluq edirdim. Tariyel Qurbanova da oradan tanımışam. Taryel müəllimlə ilk tanışlığım 2006-cı ildə olub. Hamama gəlib, ona bir ilə yaxın orada qulluq etmişəm”.
Ümman Əliiyevin sözlərinə görə, qardaşı Vüsal epilepsiya xəstəsi olub:
“Onun müalicəsi adı ilə Tariyel müəllimdən ilk dəfə 1800 manat aldım. Pulu qardaşımın müalicəsinə xərcləmədim. Amma onu müalicə adı ilə almışdım. Tariyel müəllim bundan xəbərsiz qaldı. Onun poçt vasitəsi ilə göndərdiyi pulu şəxsi ehtiyaclarıma xərclədim. Həmin dövrdə hamamdan çıxmışdım, işsiz idim. Buna görə pula ehtiyacım var idi.
İkinci dəfə 2021-ci ilin noyabrında qardaşımın xəstəliyi adı ilə yenə də Tariyel müəllimdən 1800 manat aldım. Qubada həmin pulu paçtdan götürdük”.
Ümman Əliyev bildirib ki, onunla birlikdə müttəhimlər kürsüsündə əyləşən Pərvin Yusifovu cəza çəkmə müəssisəsindən tanıyıb: “Növbəti dəfə pulu Tariyel müəllimdən Pərvinin kartı vasitəsi ilə almışam. Puldan Pərvinə dost kimi vermişəm. Pərvin pulu hansı məqsədlə aldığımı bilməyib. Ümumiyyətlə o, Tariyel müəllimi tanımayıb. Pərvinə şəxsi pulum olduğunu demişəm. O da göndərilən pulu çıxararaq mənə verib”.
Ümman Əliyevin sözlərinə görə, Tariyel Qurbanovdan 2021-ci ilin sentyabrından 2022-ci lin fevralına kimi pul alıb. Müxtəlif vaxtlarda aldığı pulların ümumi məbləği yadında qalmayıb. Bildirib ki, Tariyel Qurbanovu hamam fotoları ilə şantaj etməyib, ifadəsinin həmin hissəsini müstəntiqin təzyiqi altında verib.
Ümman Əliyev qeyd edib ki, Tariyel Qurbanovdan pul alan zaman heç kimlə əlbir olmayıb, pulları tək özü istəyib və alıb.
İbtidai istintaq zamanı Ümman Əliyev ifadəsində göstərib ki, Tariyel Qurbanovla əlaqə saxlayıb, onun çılpaq fotoları olduğunu deyib və pul tələb edib. Hakimin səsələndirdiyi bu ifadəsini təqsirləndirilən şəxs məhkəmədə təqsiq etməyib. O bildirib ki, Tariyel Qurbanovun hər hansı bir formada onda fotosu olmayıb və ona da belə bir foto göstərməyib.
İstintaq ifadəsinə görə, Ümman Əliyev növbəti günlərdə Tariyel Qurbanovdan daha dörd dəfəyə pul alıb. Həmin ifadəyə görə, Ümman Əliyev ondan 8 min manat bir, 15 min 400 manat bir, 20 min manat bir, 20 min manat isə sonuncu dəfə alıb. Onun sözlərinə görə, qeyd olunan məbləğləri Tariyel Qurbanovdan iş qurmaq adı ilə alıb.
Daha sonra ifadə verən Pərvin Yusfov da özünü təqsirli bilməyib. O deyib ki, Ümmanla eyni cəza çəkmə müəsisəsində olub: “Biz eyni regiondan olduğumuz üçün orada münasibətimiz yarandı. Həbsdən azad olunandan sonra görüşməyə başladıq. Bir gün Ümman ilə çayxanada olan zaman dedi ki, kartın var, ona pul atsınlar. Mən də anamın kartı olduğunu bildirdim. Ondan pulun problemli olub-olmadığını soruşdum. Dedi ki, heç bir problem yoxdur. Anama məxsus məndə olan kartın şəkilini çəkdim və Ümmana göndərdim. Ümman da həmin kartı kimisə yolladı. İki dəfəyə həmin karta pul göndərildi. İlk dəfə 900 manat, sonra isə 1200 manat göndərilmişdi. Pulları kartdan çıxararaq Ümmana verdim. Ümman da mənə xərclik verdi”.
Pərvin Yusifovun sözlərinə görə, növbəti dəfə “Azərsu”yun qarşısında Ümmanın göstərişi ilə Tariyel Qurbanovdan 1150-1200 manat alıb:
“Həmin vaxt Tariyel Qurbanova zəng etdim. Telefon nömrəsini mənə Ümman vermişdi. Zəng etməkdə məqsədim pulu deyilən yerə çatdırdığımı bildrmək olub. Başqa məqsədim olmayıb. Ümmanla Tariyel Qurbanovun münasibətlərindən xəbərim olmayıb.
Həmin gün Ümman mənə zəng etdi və dedi ki, ona pul göndəriblər, xəstə olduğu üçün götürməyə gedə bilmir. Məndən pulu götürərək ona çatdırmağımı istədi. Mən də Ümmanın dediyi kimi etdim. Həmin vaxt ora Tariyel Qurbanovun özü gəlmişdi. Ona Ümmanın xəstə olması barədə heç nə demədim”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, növbəti dəfə “Avesta Konserni”nin binasının yaxınlığında yenə də pul götürmək üçün Tariyel Qurbanovla görüşüb: “Tariyel Qurbanov məndən Ümmanın səhhətini soruşdu. Dedim ki, inşallah, yaxşı olar. Tariyel Qurbanov mənə 3 min manat verdi. Pulu Ümmana çatdırdım, o da 500 manat verdi ki, xərcləyim”.
Təqsirləndirilən şəxs deyib ki, Ümman Əliyevlə birlikdə Tariyel Qurbanova hədə-qorxu gəlməyib, ona çılpaq fotolarını göstərməyib və pul tələb etməyib. Ümmanın belə hərəkət etməsindən isə xəbəri olmayıb.
Pərvin Yusifov deyib ki, Tariyel Qurbanovadan pul tələb etməməsinə baxmayaraq ona dəymiş ziyanın - 6350 manatının 1700 manatını ödəyib: “Həmin pul Baş Prokurorluğun depozit hesabına köçürülüb. Dəymiş ziyanın 25 faizİ miqdarında isə dövlət büdcəsinə ödəniş etmişəm. Tariyel Qurbanovla barışıq əldə etmişik, məndən şikatyətçi deyil”.
Növbəti proses oktyabrın 28-də davam edəcək.
İstintaq orqanı tərəfindən Natiq Nuriyev, Ümman Əliyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.
İttihama görə, dəstə üzvləri Tariyel Qurbanovun hamamda çəkilmiş fotolarını ona göndəriblər və pul verməsini tələb ediblər. Əks halda həmin fotoları sosial şəbəkələrdə yaymaqla hədələyiblər.
Qeyd edək ki, Tariyel Qurbanov Qaradağ və Hacıqabul rayonlarında prokuror olub. Daha sonra o, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.
Bu ilin mart ayında vəzifəsindən azad olunan Tariyel Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub.
Tariyel Qurbanov həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.
Xatırladaq ki, Tariyel Qurbanov bir vaxtlar sol əllə hərbi salam verməsi ilə gündəmə gəlmişdi.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Müğənni Könül Kərimovaya qarşı 32 min manatlıq dələduzluq edən qadın özünü qismən təqsirli bilib

    Müğənni Könül Kərimovaya qarşı 32 min manatlıq ...

    20-07-2018, 16:04

  • 
  • Tovuzda 40 yaşlı kişi sevgilisinin qanını tökdü - Təfərrüat

    Tovuzda 40 yaşlı kişi sevgilisinin qanını tökdü - ...

    20-01-2020, 15:37

  • 
  • Bakıda evli qadının Feysbuk macərası: - "İntim şəklini göndər..."

    Bakıda evli qadının Feysbuk macərası: - ...

    19-10-2018, 15:20

  • 
  • Pərvin İslamzadəyə qarşı dələduzluq edənə bəraət verildi

    Pərvin İslamzadəyə qarşı dələduzluq edənə bəraət ...

    9-09-2015, 22:51

  • 
  • Prokuror idarə rəisini intim videolarla şantaj etməkdə suçlanan şəxslərə ağır cəza istəyib

    Prokuror idarə rəisini intim videolarla şantaj ...

    3-12-2019, 16:10


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu