Hər amalı vətənlə bağlı qəhrəmanlar bu xalqın keçmişindən gələcəyinə qalan bir mirasdır. Qanları ilə tarix yazan qəhrəmanların qəhrəmanlıqlarını gələcək nəsillərə ötürmək vacibdir. Çünki gənclərimiz qəhrəman oğulların göstərdikləri hünərdən örnək götürməli, vətənin kimlərin sayəsində azad vətən olmasını bilməlidir. Bu amal uğrunda bu gün atıla biləcək ən gözəl addımlardan biri də şəhidlərimizin həyatından bəhs olunan kitabların yazılmasıdır. Bu önəmli tarixdə Zəfər tariximizin ikinci ildönümü ərəfəsində Müdafiə Nazirliyinin göstərişi ilə keçirilən silsilə tədbirlərdən biri də oktyabrın 7-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirildi. Şairə, publisist Manya Səxavətqızının vətənə fəda olan qəhrəman oğulların həyat və ömür yolunu qələmə aldığı növbəti "Vətən Fədailəri :İmişli şəhidləri" kitabının təqdimatı keçirildi. Tədbirdə şəhid ailələri ilə yanaşı bir çox dövlət nümayəndələri,hərbçilər,qazilər və digər qonaqlar iştirak etdilər.
Tədbirin aparıcısı Kamran Yaradanquliyev ilk olaraq həmin günün mahiyyəti haqqında danışmaq üçün Azərbaycan Ordusunun polkovniki Elmar Zeynalabdinova söz verdi.
Şəhid ömürlərinin izi düşən "Vətən Fədailəri :İmişli şəhidləri" kitabı haqqında məlumat vermək üçün söz kitabın müəllifi şairə, publisist Manya Səxavətqızına verildi.
"Vətən Fədailəri" layihəsinin dəstəkçisi qazi Əbdül Məmmədovun oğlu, şəhid mayor Rasim Məmmədovun qardaşı Şahin Məmmədov da layihənin önəmi və layihə çərçivəsində atılan addımlardan danışdı.
Sonra "Vətən Fədailəri :İmişli şəhidləri" kitabının maliyyə dəstəkçisi, "Baku Rifah Residence" nin rəhbəri Şamil Xubyarova verildi.
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı,Milli Məclisin sədr müavini,hər zaman şəhid ailələrinin yanında olan Adil Əliyev də dəyərli fikirlərində ərsəyə gətirilən kitabın mahiyyətindən, Azərbaycan Ordusunun qüdrətindən söz açdı.
Hər zaman şəhidlər haqqında dediyi kəlamlarla şəhidlərin ali məqamını izah edərək şəhid ailələrinə təsəlli olan Hacı Şahin Həsənli öz çıxışında bir daha şəhidlərin ölümsüzlüyündən və şəhidləri ölümsüzləşdirənlərdən danışdı.
Hər zaman şəhid ailələrinin və ehtiyac sahiblərinin yanında olan, eləcə də "Vətən Fədailəri" layihəsini dəstəkləyən Milli Məclisin deputatı Razi Nurullayevdə İmişli şəhidləri haqqında yazılan "Vətən Fədailəri: İmişli şəhidləri" kitabının şəhidlərin adlarının yaşadılması üçün ən layiqli bir kitab olduğunu dilə gətirdi.
Vətənə oğul qurban edən anaların özləri də qəhrəmandır. Çünki onların oğulla bağlı hər arzuları şəhid olub. Vətən müharibəsində qəhrəmancasına şəhid olan Şahmarlı Vüsal Mərdan oğlunu vətənə bəxş edən Sevər ana bütün şəhid anaları adından çıxış edərək layihənin rəhbəri Manya Səxavətqızının və layihənin dəstəkçisi Şahin Məmmədovun ərsəyə gətirdikləri kitabın onlar üçün olan mahiyyətindən söz açdı.
Daha sonra isə "Şəhid analarına dəstək" İctimai Birliyinin rəhbəri, Aprel döyüşlərində vətənə can fəda edən Əbdülməcid Axundovun anası Ceyran Axundova çıxış edərək layihəni ərsəyə gətirən Manya Səxavətqızı və Şahin Məmmədovun bu yolda atdıqları addımdan söhbət açdı. Bütün Şəhid anaları adından "Şəhid analarına dəstək" İctimai Birliyi tərəfindən Manya Səxavətqızını fəxri fərmanla təltif etdi.
Şəhid oğlunun ona əmanət qoyduğu Şəhid atası adından güc alaraq övladının adını yaşatmaq üçün yaşayan Şirinov Orxanın atası Elxan müəllim də bütün ataların adından çıxış edərək layihə haqqında duyğularını dilə gətirdi.
Tədbirdə iştirak etmək üçün Naxçıvandan Bakıya gələn qonaqlardan Vətən müharibəsində qəhrəmancasına şəhid olan Amin Gülməmmədovun atası Mayis Gülməmmədov və 2016-cı ildə şəhid olan Toğrul Məmmədovun qardaşı Üzeyir Məmmədov da həm "Vətən Fədailəri: Naxçıvan şəhidləri" , həm də "Vətən Fədailəri: İmişli şəhidləri" kitablarının mahiyyəti haqqında danışdılar.
Tədbirin sonunda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ifasında “Biz ölsək də ana Vətən yaşasın” adlı bədii kompozisiya təqdim olundu.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?