Milli qəhrəmanların özlərinin, şəhid olanları ailə üzvlərinin dəfələrlə müraciətlərinə baxmayaraq, məsələ hələ də həllini tapmayıb
gundemxeber.az «Milli Qəhrəman Ailələri» İctimai Birliyi bu kateqoriya şəxslərin problemləri ilə bağlı dinləmələr keçirib. Tədbirdə Milli Qəhrəman ailələrinin problemləri də müzakirə edilib. «Milli Qəhrəman Ailələri» İctimai Birliyinin rəhbəri Qalibə Budaqova bildirib ki, bu kateqoriya vətəndaşların statusu hələ də tanınmır. Milli qəhrəmanlara ulduz və vəsiqə verilir, amma onların statusunu, imtiyazlarını rəsmiləşdirən qanun yoxdur. Bu məsələ ilə bağlı rəsmi qurumlara sağ olan Milli qəhrəmanların özlərinin, şəhid olanları ailə üzvlərinin dəfələrlə müraciətlərinə baxmayaraq, məsələ hələ də həllini tapmayıb. Natiqlər Milli qəhrəmanların statusunun müəyyənləşdirilməsini bir saylı problem adlandırıblar. Bu status müəyyən edildikdə qalan problemlərin həllinin asanlaşacağı qeyd edilib. Bununla bağlı rəsmi qurumlara növbəti müraciətlərin hazırlandığı deyilib. Milli Qəhrəmana bu ada görə 600 manat vəsaitin verildiyi bildirilib. Bu şəxslərin mənzil, istirahət üçün göndəriş almaq və digər imtiyazlarının tanınmamasına diqqət çəkilib. Bəzi hallarda statusun tanınmaması üzündən Milli qəhrəmanlar bir çox hüquqlarından məhrum olurlar. Milli Qəhrəmanın xanımına, övladlarına müavinət verildiyi halda anası, atası üçün bu nəzərdə tutulmur.-05C
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?