Gundemxeber.az » Ölkə » Cəmiyyət » Təbrizdə 16 yaşlı tələbə 3 həftəlik nəzarətdən sonra müvəqqəti azadlığa buraxılıb
İrandakı kütləvi aksiyalar fonunda Təbrizdə nəzarət altına alınan 16 yaşlı tələbə Atilla Ərfəi təqribən 3 həftəlik nəzarətdən sonra müvəqqəti olaraq sərbəst buraxılıb. Yeniyetmənin nəzarət müddətində işgəncəyə məruz qaldığı bildirilib.
Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, Atilla Ərfəi oktyabrın 11-də 400 milyon tümənlik mülki zəmanət qarşılığında azad edilib. Onun məhkəmə prosesi davam edəcək.
Təbrizin inqilab və ümumi prokurorluğu 16 yaşındakı tələbəyə qarşı "sosial şəbəkələr vasitəsi ilə vətəndaşları iğtişaşa sövq etmək", "küçə iğtişaşlarına başçılıq etmək" və "ictimai mülkiyyətə zərər vermək" kimi ittihamlar irəli sürüb.
Onunla bərabər saxlanılıb və daha sonra sərbəst buraxılanların ailəsinə verdiyi məlumata görə, astma xəstəliyi olan Atilla Ərfəi həmçinin "Atatürkün şəklini mobil telefonunun ekranına qoymaq və qəliz türkcə kəlmələrdən istifadə etmək" səbəbilə məmurların əziyyətinə məruz qalıb. Hüquq müdafiəçisi Şahin Xiyavlı Amerikanın Səsi ilə müsahibədə Ərfəinin işgəncələr səbəbilə burun və üzündən xəsarət aldığını bildirib.
Atilla Ərfəi sentyabr ayının 21-də Təbrizin Şəhnaz (Şəriəti) küçəsində İslam İnqilabı Qvardiyasının (Sepah) təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdı.
Hüquq müdafiəçiləri kütləvi aksiyalar ilə əlaqədar İran Azərbaycanında yüzlərlə vətəndaşın saxlanıldığını deyirlər.
Gundemxeber.az
13-10-2020, 10:56
30-01-2020, 12:20
24-01-2018, 22:35
8-01-2019, 21:03
6-02-2020, 12:14
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?