GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Süni intellektin(AI) hüquqi statusu və hüquqi məsuliyyəti

Süni intellektin(AI) hüquqi statusu və hüquqi məsuliyyəti

Tarix: 17-10-2022, 12:53 Bölmə :Cəmiyyət Baxış: 441

Süni intellekti (AI) təyin edən çoxsaylı təriflər olsa da, əsasən insana məxsus davranış qaydalarını həyata keçirən maşınlar hesab edilir.  Sİ maşınlar tərəfindən (komputer  və ya komputer idarəsində olan robot) insanın zehni qabiliyyətlərini oxşar şəkildə yerinə yetirmə qabiliyyəti kimi tanınır. İlk dəfə olaraq bu anlayış 1956-cı ildə amerikalı alim Con Makkarti tərəfindən irəli sürülmüşdür.  Bu sahədə fəaliyyət göstərən süni intellekt sistemləri daha çox ABŞ və Çin kimi ölkələrdə nəzərə çarpır.  Süni intellekt dünyada digər sahələrlə yanaşı, hüquq sahəsində də rolu artmışdır.

 Çində mövcud bir məhkəmədə oğurluq və adamöldürmə cinayətlərində “SİSTEM 206” adı verilən süni intellekt sistemi  2019-cu ilin yanvar ayından etibarən istifadəyə edilmişdir. Bu proqramla hakim və prokurorların fəaliyyətinin keyfiyyətinin artırılması hədəflənmişdir. Sistem hər şeyi kağız və rəqəmsala keçirir, eyni zamanda  hakimlərin, prokurorların və məhkumların şəxsiyyətini də müəyyən edir. 

Daha sonra Çində Yanchehng həbsxanasında mövcud kameralarda üz tanıma mexanizmləri ilə yanaşı, hərəkət analiz edən texnologiyalar da mövcuddur. Mövcud vəziyyəti analiz edən bu sistemlər gözlənilən problemləri qabaqcadan təhlil edərək bildirmə qabiliyyəti vardır.

London Universiteti Akademiyasında (UCL) alimlər tərəfindən sübutlar və doğru ilə yanlışın əxlaqi problemlərini müəyyən edə bilən Sİ hazırlanmışdır. Həmin Sİ daha əvvəl nəticələnmiş məhkəmə işlərinin yenidən nəticələrini təxmin etmək üçün istifadə edilmişdir.  Nəticə olaraq, beş işin dördündə İnsan hüquqları haqqında Avropa Məhkəməsi hakimlərinin vermiş olduğu eyni qərarları vermişdir. 

Məlumdur ki, hüquq sistemi  fiziki və hüquqi şəxslər olmaqla şəxslərin iki növünü tanımışdır. Ümumiyyətlə, şəxs anlayışı hüquq və öhdəliklərə sahib olabilən varlıqları ifadə etmək üçün istifadə olunur. Süni intellektin hüquqi statusu, o cümlədən hüquqi kimliyi barədə mülahizələr olduqca müxtəlifdir:

Süni intellektin şəxs hesab olunması rədd olunur

Bu çərcivədə mövcud fikirlərə əsasən Sİ əşyadır.  Bu yanaşmaya əsasən, hər hansı bir əşya kimi fiziki və hüquqi şəxslərn mülkiyyətində yer alır. Bu yanaşmadan çıxış edərək, bildirilir ki, Sİ kölədir. Lokkun fikrinə görə mülkiyyət əsasında insanların istehsal etdiyinə sahib olma hüququ vardır. Buna görə də, insanlar istehsal etdiyi Sİ-nin onların köləsi olduğunu və onlara sahib olduqlarını irəli sürə bilərlər.

İkinci yanaşa isə belədir ki, əgər Sİ insanın məxsus olduğu xüsusiyyətlərə sahibdirsə, bu zaman onlar şəxs olaraq qəbul edilməlidir.

Elektron şəxs statusu

Bu yanaşmada hüquqi və fiziki şəxslər xaricində alternativ bir şəxs hesab olunan elektron şəxs mümkün hesab edilir. İlk dəfə bununla bağlı olaraq fikirlər Avropa Parlamentinin 27 yanvar 2017-ci il tarixli hesabatında göstərilmişdir. Həmçinin hesabatda Sİ-nin yalnız əşya hesab olunmaması, lazım gəldikdə vurduğu zərərlərə görə məsuliyyət  altına da girə biləcəyi göstərilmişdir. 

Göründüyü kimi, Sİ hal-hazırda müəyyən şəxs statusu verilmədiyindən, yəni hüquq subyekti hesab edilmədiyindən onun məsuliyyəti məsələsi də qeyri-müəyyəndir.  Qeyd edilən yanaşmalara baxmayaraq, Sİ-in vəziyyəti əşya olaraq qalmaqdadır. Buna görə də vurulan zərərə görə məsuliyyəti də təqsirsiz məsuliyyət hesab edilir.

Günümüzdə Sİ ilə təmas artdıqca vurulan zərərlər də artmaqdadır. Məsələn, ABŞ-da bir robotun bir şəxsi öldürməsi ilə bağlı təzminat tələb edilmiş və ölən şəxsin ailəsinə on min dollar təzminat ödənilməsinə qərar verilmişdir.  

Qeyd etdiyimiz kimi, şəxs ola bilmə qabiliyyəti yalnız müəyyən hüquq və öhdəliklərə malik olma qabiliyyətidir. Burada məsuliyyətdən danışmaq üçün isə Sİ şəxs statusu məsələsi aydınlaşdırılmalıdır. Hazırki vəziyyətdə qeyd edilən yanaşmalar çərçivəsində “elektron şəxs” statusu mövcud vəziyyətə bir qədər aydınlıq gətirir. Belə ki, Sİ əgər elektron şəxs kimi qəbul olunarsa, vurduğu zərərə görə məsuliyyətindən söhbət gedəcəkdir.

AR mülki qanunvericiliyində bununla bağlı birbaşa tənzimləmə mövcud deyildir. Lakin, təqsirsiz məsuliyyət ilə bağlı münasibətləri tənzimləyən mülki qanunvericilik normalarını tədbiq edərək, süni intellektin vurduğu ziyana görə məsuliyyət məsələsi müəyyən olunacaqdır. Bununla bağlı olararaq, AR Mülki Məcəlləsinin 1108 və 1128-ci maddələrini tədbiq edə bilərik.

AR MM-in 1108-ci maddəsində göstərilir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Bu normanın tədbiqi mümkün sayıla bilər. Çünki, Sİ öz hərəkətlərini təhlil və dərketmə qabiliyyətinə mənsub olduğundan, yüksək təhlükə mənbəyi hesab oluna bilər. Süni intellektin əməllərinə görə məsuliyyəti onun mülkiyyətçisi və ya istifadəçisi daşıya bilər. 

Digər tərəfdən AR MM-in 1128-ci maddəsi (malın, işin və ya xidmətin qüsurları nəticəsində dəyən zərərə görə məsuliyyət) baxımdan məsələni qiymətləndirə bilərik. Belə ki, süni intellekt istehsal olunmuş bir mal, məhsul kimi qüsurlarından doğan zərər vermə hallarında bu maddənin tədbiqi məqsədəuyğun hesab edilə bilər.


Aysu Nəbizadə

BDU-nun magistr tələbəsi

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Çin süni Günəş yaratdı

    Çin süni Günəş yaratdı ...

    11-02-2016, 12:15

  • 
  • Naxçıvanda Süni Mayalanma Mərkəzi istifadəyə verilib

    Naxçıvanda Süni Mayalanma Mərkəzi istifadəyə ...

    10-05-2021, 12:45

  • 
  • Unun qiymətini süni şəkildə artıran vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edilmişdir.

    Unun qiymətini süni şəkildə artıran vəzifəli ...

    21-01-2016, 21:19

  • 
  • Süni insan yaradılmasında ŞOK; kişi və qadına ehtiyac yoxdur

    Süni insan yaradılmasında ŞOK; kişi və qadına ...

    6-02-2014, 11:59

  • 
  • ABŞ-ın USS Mustin gəmisi Çinin süni adaları yaxınlığında hərbi manevlər keçirib

    ABŞ-ın USS Mustin gəmisi Çinin süni adaları ...

    23-03-2018, 20:30


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (363)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu