GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Xaricdən 7 manata alıb, Bakıda 20 manat satılan yağ daha da bahalaşacaq

Xaricdən 7 manata alıb, Bakıda 20 manat satılan yağ daha da bahalaşacaq

Tarix: 21-10-2022, 09:53 Bölmə :Cəmiyyət Baxış: 306


BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatında qeyd olunub ki, dünyada ərzaq məhsulları son 6 ayda ucuzlaşıb. Amma Azərbaycan market və mağazalarındakı qiymətlərlə müqayisə edəndə məlum olur ki, bu hesabatın Azərbaycan bazarına heç bir aidiyyəti yoxdur. Belə ki, marketlərdə qiymətlər nəinki ucuzlaşmır, hətta günbəgün artır. Bəzi məhsullar da var ki, onların xaricdəki və ölkədəki qiymətləri arasında xeyli fərq var. Azərbaycana Yeni Zelandiyadan gətirilən kərə yağının pərakəndə satış qiyməti idxal qiymətini 2 dəfəyə yaxın baha satılır. Həmin yağlar Yeni Zelandiyada 10 manata olduğu halda, bizdə təxminən 20 manata təklif edilir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin 7 ayında Yeni Zelandiyadan Azərbaycana 28 milyon 864 min dollar dəyərində 4 min 567 ton kərə yağı idxal edilib. Nəticədə Yeni Zelandiyadan gətirilən 1 kiloqram kərə yağının idxal qiyməti 6,31 dollar və ya məzənnəyə uyğun olaraq 10,74 manat təşkil edib. Qeyd edək ki, sözügedən yağların 1 kiloqramının qiyməti Azərbaycan bazarlarında 20 manata yaxındır.

Maraqlıdır, Azərbaycana Yeni Zelandiyadan gətirilən kərə yağları niyə baha satılır?

İqtisadçılar bildirirlər ki, qonşu ölkələrdə də həmin kərə yağının satış qiyməti Azərbaycandan ucuzdur. Buna səbəb Azərbaycanda rəqabətli mühitin olmamasıdır. İndiki şəraitdə qiymətlərin bu qədər fərq yaratması rəqabətsizlikdir. Bildirilir ki, noyabr-dekabr aylarında həm kərə yağında, həm də digər ərzaq məhsullarında növbəti bahalaşma qeydə alınacaq.

Çıxış yolları nədir, yağla bağlı yerli istehsal keyfiyyətdə niyə uduzur?

İqtisadçı Xalid Kərimli  deyib ki, ümumdünya təşkilatının indeksinə görə, son 6 ayda ərzağın qiymətlər düşüb. Hətta duru yağların qiyməti gedib çatıb 2021-ci ilin fevral qiymətlərinə. Türkiyənin vasitəçiliyi ilə Ukraynadan ərzaq mallarının çıxarılmasına dair koridor işə düşəndən sonra həm taxıl qiymətləri, həm duru yağ dünya bazarında azalıb. Süd məhsulları da, şəkər, ət məhsulları da azalmaqdadır. Son aylar ümumdünya ərzaq indeksi ötən ilə görə 5-6 faiz artıb. Altı aylıq azalmaya görə son 12 ayda 5.9 faiz artım var. 6 ay bundan qabaq bu rəqəm daha çox idi, ikirəqəmli idi. İndi dünya ərzaq bazarında inflyasiya bir az aşağı düşməyə doğru gedir. Gözləntilər hələ də yaxşılaşmayıb, problem hələ də tam həll edilməyib. Ciddi surətdə bazarda risklər qalmaqdadır. Niyə inflyasiya artanda Azərbaycana təsir edir, düşəndə təsir etmir?  İdxalçı məhsulu  baha qiymətə alıbsa, fyuçerslər də 2-3 ay əvvəldən müqavilə bağlayıblar. Baha qiymətə alınıbsa, çalışacaq ki, bunu baha qiymətə da satsın".

İqtisadçı qeyd edir ki, əgər idxalçı gəlib malı Azərbaycanda 6-9 ay əvvəl anbardan yığıbsa, bunu baha qiymətə veribsə, mağazalardan aldığı qiymətdən ucuz satmayacaq: "Dəyər zəncirinə o malların daxil olması bir qədər zaman alır. Burada gözləntilər də önəmlidir. Əgər idxalçı malın qiymətinin düşməyəcəyini gözləyirsə, tutaq ki, 1-2 aylıq qiymət enməsidir, onda qiymətlərə əks etdirmir. Alıcılar onsuz da bu qiymətlərə öyrəşiblər. Burada təbii faktorlar da, gözləntilər də var. Sahibkar baha alıbsa, baha satacaq. "Ucuz alıbsa, ucuz satmalıdırmı" sualı da yaranır. Hökumət bunun qarşını ala bilmir. Burada artıq "Antiinhisar fəaliyyəti haqqında qanun" işə salınmalıdır ki, süni qiymət artımı ortaya çıxmasın.  Süni qiymət inhisarçının təyin etdiyi qiymətlərdir. İnhisarçı da "Antiinhisar fəaliyyəti haqqında qanun"a görə müəyyənləşib, bazarın 1/3-dən çox payına malik olan şəxs hökmran mövqe sayılır. Onun təyin etdiyi qiymət nəzarət olunmalıdır. İqtisadiyyat Nazirliyinin tərkibində istehlakçıların hüquqlarının müdafiəsi və antiinhisar xidmət var. Bununla o qurum məşğul olmalıdır. O, idxal inhisarçılarını müəyyənləşdirməlidir. Hökumət İqtisadiyyat Nazirliyi timsalında  inhisarçıların qiymətini nəzarət altına alıb, həddən artıq marja qoymasının qarşısını ala bilər. Başqa alternativ yoxdur. Məsələn, hökumət ərzaq bazarlarında qiymətlərin stabilləşməsi üçün epizodik, ya da daimi olaraq ƏDV-nin ləğvi, yaxud diferensiallaşdırılmasını həyata keçirə bilər. Tutaq ki, yağda 18 faiz deyil, 2 faiz qoyulsun. Bunları edə bilər. Dünya bazarında baş verən bu proseslər tədricən Azərbaycan bazarına da təsir göstərəcək. Qiymət səviyyəsini aşağı dartacaq. Bu gözlənilir. Çünki tədricən, aylarla ucuz aldıqca rəqabətin də təzyiqi və təsiri altında qiymətlər aşağı düşəcək. Konkret Zelandiya yağı ilə bağlı olan suala gəlincə, həmin şirkətin dəyər zənciri təhlil edilməlidir. Burada hökumətin edə biləcəyi iş rəqabətin çoxalmasıdır.  Əgər sahibkar işini pis qurursa, 10 manata alınmış yağı baha satırsa, bunun tək yolu antiinhisar fəaliyyətidir. Rəqabətin genişləndirilməsidir. Burada hökumət deyə bilməz ki, yağı 10 manata sat. İnhisarçıdırsa, deyə bilər. Burada bazarın tənzimlənməsinə ehtiyac var, bazarın tənzimlənməsi də rəqabətdir. Dünyada ərzaq qiymətlərini aşağı düşməsi bazarlarda ərzaq qiymətlərini yaxın aylarda aşağı salmalıdır".

Onu da nəzərə çatdıraq ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2022-ci ilin yanvar-sentyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,7 faizi ərzaq məhsullarının, 4,6 faizi içkilər və tütün məmulatlarının, 13,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel yanacağının, 5,2 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,0 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub. 2022-ci ilin yanvar-sentyabr aylarında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,9 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib.

İqtisadçı Eyyub Kərimli də mövzu ilə bağlı "Yeni Müsavat"a fikirlərini açıqladı: "Bahalaşma ilə əlaqədar dünyada inflyasiya tüğyan edir. Bahalaşma rekordları 40 ilin müvafiq göstəricilərini ötüb keçib. Bu gün qiymət artımına həm subyektiv, həm də obyektiv amillərin təsiri çoxdur. Burada obyektiv amillər sözsüz ki, post-pandemiya və pandemiya dövründə iqlim dəyişikliklərinin təsiridir ki, burada ərzaq istehsalı azalıb, qıtlıq yaranıb. Buna həm pandemiya, həm də iqlim təsir edib. Subyektiv amillər bu gün dünyada gedən müharibədir. Əsasən də Rusiya-Ukrayna arasında olan müharibə ərzaq qiymətlərinə mənfi təsir göstərir. Belə ki, Rusiya, Ukrayna dünyanın əhəmiyyətli taxıl, duru yağ, gübrə təminatçısı idi. Həmçinin, digər məhsullarla təminatı var idi. Azərbaycanda bəzən süni qiymət artımını müşahidə edirik. Bunun da səbəblərindən biri bazarda süni rəqabətlilik və inhisarçılıq meyllərinin, təsirlərinin çox olmasıdır. Sözsüz ki, bununla mübarizə aparmaq üçün dəfələrlə bazarda rəqabətliliyi, liberal bazar münasibətini, şəffaflığı təmin etmək lazımdır. İnhisarçılıq meyllərini, təzyiqlərini, bazarda inhisarçılığın təsirlərini minimuma endirmək lazımdır. Bunun üçün illərlə müzakirə olunan rəqabət məcəlləsinin qəbulu yenidən sürətləndirilməlidir, təsdiq edilməlidir. Artıq 20 ildən çoxdur həmin məcəllə müzakirə edilsə də, qəbul edilmir. Bu da öz növbəsində bu cür neqativ hallara gətirib çıxarır. Bəzən dünyada duru yağın qiymətinin düşməsini müşahidə etmişik, kərə yağın qiymətində aşağı enmələr var. Lakin buna baxmayaraq bizdə süni qiymət artımı baş verir. Bu əsasən ərzaq məhsullarının qiymətində özünü göstərir".

Gundemxeber.az



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​Azərbaycanın kərə yağı idxalçıları istehlakçılara müraciət edib

    ​Azərbaycanın kərə yağı idxalçıları ...

    6-10-2017, 12:10

  • 
  • Qalib Mahmudov kərə yağı bazarının altını üstünə çevirdi

    Qalib Mahmudov kərə yağı bazarının altını üstünə ...

    21-11-2017, 16:44

  • 
  • Azərbaycana kərə yağının idxalı 2 dəfə azaldı - ölkədə qıtlıq yarana bilər

    Azərbaycana kərə yağının idxalı 2 dəfə azaldı - ...

    22-10-2017, 11:00

  • 
  • Kərə yağının qiymətindəki artımla bağlı RƏSMİ AÇIQLAMA

    Kərə yağının qiymətindəki artımla bağlı RƏSMİ ...

    4-10-2017, 19:53

  • 
  • Kərə yağını 18 manata kimi bahalaşdıran monopolistlər kimlərdir?

    Kərə yağını 18 manata kimi bahalaşdıran ...

    5-10-2017, 15:36


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu