GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Rusiya ilə sərhəddə beş gündür gözləyən sürücü: 'Hər günü ziyandır'

Rusiya ilə sərhəddə beş gündür gözləyən sürücü: 'Hər günü ziyandır'

Tarix: 27-10-2022, 18:44 Bölmə :Cəmiyyət Baxış: 108


Oktyabrın 24-dən Azərbaycanın Qusar rayonunun "Samur" gömrük keçid məntəqəsində Rusiya Federasiyasına keçən nəqliyyat vasitələrinin uzun növbəsi yaranıb.

"Samur" gömrük keçid məntəqəsindən bildirilib ki, onlar tərəfdən ixrac nəzarət xətti ilə avtomobillərin yola salınmasında heç bir problem yoxdur. Əlavə edilib ki, orada qarşı tərəfin buraxılış sayına uyğun yük nəqliyyat vasitələrinin keçidi təmin edilir: "Yaranan sıxlıqla əlaqədar "Samur" gömrük keçid məntəqəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir".

Rusiya tərəfdən isə jurnalistlərə bildirilib ki, Azərbaycandan gələn yük avtomobillərinin yoxlanılması gücləndirilib.

Oktyabrın 27-də hər iki ölkənin nümayəndə heyətləri Rusiyanın dövlət sərhədində "Yaraq-Qazmalar", "Tahirkənd-Qazmalar", həmçinin Azərbaycan tərəfdə "Samur", "Xanoba" sərhəd-keçid məntəqələrinə baxış keçirib, mal və nəqliyyat vasitələrinin keçirilməsi imkanları ilə tanış olublar.

"Samur" keçid məntəqəsində sürücülərdən biri AzadlıqRadiosuna deyib ki, gözlədikcə ziyanı artır: "Beş gündür gömrük postunda dayanmışam. Onun hər günü ziyandır. Yanacağımız boşuna xərclənir, mallarımız xarab olur. Gecikdirən isə Rusiya tərəfidir".

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu mövzu ilə bağlı "Turan"a bildirib ki, Cənubi Qafqaz regionu geosiyasi baxımdan hər zaman gərgin olub: "Sirr deyil ki, burada tərəflərin həmişə iştirakçılıq istəyi olub, başqa subyektlər arasında maraq toqquşmaları olub. Yəni bu, region üçün adi bir vəziyyətdir".

Amma o bu məsələyə siyasi rəng verilməsinin tərəfdarı deyil: "Azərbaycanla Rusiya arasında gömrük keçid məntəqəsində tıxacın yaranmasına siyasi rəng vermək istəməzdim".

Deputat vurğulayıb ki, mahiyyət etibarilə tərəflərin biri-birinə münasibətdə hansısa xarakterli sanksiya tətbiq etmək üçün əsas görmür: "Düzdür, hazırda müəyyən bir geosiyasi dinamiklik müşahidə olunmaqdadır. Ona görə də Azərbaycan-Rusiya gömrük-keçid məntəqəsində hansısa bir hal yaranırsa, ona daha çox diqqət ayrılır. Amma nəzərə almaq lazımdır ki, bundan əvvəl də dəfələrlə gömrük-keçid məntəqəsində oxşar hallar baş verib və sonra da aradan qaldırılıb. Mən bunun bir texniki problem kimi dəyərlənməsinin tərəfdarıyam".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə AzadlıqRadiosuna bildirib ki, sözügedən hadisə məhz siyasi səbəblərlə bağlıdır: "Rusiya siyasi təzyiq elementlərində təzə heç nə icad etməyib. Hansısa qonşu dövlətlə problemi olursa, dərhal sərhədi qapadır, miqrantlara problem yaradır".

Ekspert Qazaxıstanı misal çəkərək vurğulayıb ki, Rusiya Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevdən narazı qalan kimi neft boru xəttini təmir adı ilə dayandırdı: "Qazaxıstan ağır vəziyyətə sürükləndi və nefti Xəzər üzərindən daşımağa məcbur oldu. Gürcüstanla müharibə edəndən sonra gürcüləri Moskvada toplayıb təyyarə ilə Gürcüstana yolladılar".

Politoloqun sözlərinə görə, Azərbaycana qarşı da eyni üsullardan istifadə edirlər: "Düzdür, Rusiyada azərbaycanlılara sıxıntı yarada bilmirlər, çünki onlar orada işləyib Rusiya iqtisadiyyatına xeyir verirlər. Amma sərhəddə bizə problem yaradırlar, çünki bilirlər ki, bizim kənd təsərrüfatı məhsullarının əsas bazarı Rusiyadır".

Siyasi şərhçisi deyir ki, Rusiya bu amildən istifadə edir: "Gah deyir ki, pomidorda nəsə tapmışıq, gah da sərhəddə belə uzun növbə yaradırlar. Deməli, nəsə siyasi narazılıq var".

Ekspert sonda da fikrini belə ümumiləşdirib: "Rusiya televiziya kanallarında Azərbaycanı hədələyirlər, separatçılara dəstəkdən danışırlar, biz də narazılığımızı bildirdik, Rusiyaya nota verdik. Bütün bunların fonunda görünür ki, Rusiyada müəyyən dairələr Azərbaycanı cəzalandırmaq üçün yenə sərhədləri qapatmaq siyasətinə üstünlük verdi".

Səslənən fikirlərə Rusiyanın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.


GundemXeber.Az



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan-Rusiya sərhədində tıxac

    Azərbaycan-Rusiya sərhədində tıxac ...

    11-11-2016, 17:53

  • 
  • Gömrük postunda yaranan sıxlıqla bağlı DGK-dan AÇIQLAMA

    Gömrük postunda yaranan sıxlıqla bağlı DGK-dan ...

    19-02-2016, 11:50

  • 
  • Rusiya ilə sərhəddə beş gündür gözləyən sürücü: 'Hər günü ziyandır'

    Rusiya ilə sərhəddə beş gündür gözləyən sürücü: ...

    27-10-2022, 17:41

  • 
  • Azərbaycan-Rusiya sərhədində tıxac - 150 avtobusa "qırmızı işıq"

    Azərbaycan-Rusiya sərhədində tıxac - 150 avtobusa ...

    26-08-2013, 10:17

  • 
  • Yük avtomobili gömrük-sərhəd keçid məntəqəsində qəza törədib

    Yük avtomobili gömrük-sərhəd keçid məntəqəsində ...

    4-09-2018, 11:51


Təqvim

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Mart 2023 (416)
Fevral 2023 (613)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu