İstanbulda azərbaycanlı kriminal avtoritet, “Qardaşoğlu” ləqəbi ilə tanınan Elnur Qasımovun qətlə yetirilməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb...
GundemXeber.Az xəbər verir ki, hadisə İstanbulun Ataşəhər adlanan hissəsində baş verib. Belə ki, oktyabrın 25-də Ataşəhərə qardaşı oğlu ilə birgə gələn Şərur rayon sakini Elnur Qasımov oradakı binaya daxil olub. Bu zaman onlara yaxınlaşan avtomobildən atəş açılıb. Bir neçə dəfə atəş açan naməlum şəxs və ya şəxslər daha sonra avtomobillə oradan uzaqlaşıblar.
Ağır xəsarət alan E.Qasımov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Türkiyə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, “Qardaşoğlu” ləqəbli avtoritet Rövşən Lənkəranskinin klanına daxil olan Emin Naxçıvanskinin qardaşıdır. Belə ki, Elnur Qasımovun qardaşı Emin kriminal aləmin tanınmış simalarından biridir. “Emin Naxçıvanski” kimi tanınan avtoritet dəfələrlə həbsdə olub, sonuncu dəfə bu yaxınlarda həbsdən buraxılıb./Qafqazinfo/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?