3 saylı istintaq təcridxanası və 10 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Penitensiar Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Mübariz Əvəz oğlu Zülfüqarova arvadı Saatlı şəhər sakini vətəndaş Güllü Şükür qızı Həsənova tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman orada olan cins şalvarın yan cibində sellofan bükülüdə ümumi çəkisi 0,157 qram çətənə bitkisinin toxumları aşkar edilib. Həmçinin Cinayət Məcəlləsinin 263.1.3 və 264-cü maddələri ilə təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Penitensiar xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Sərdar Xəlil oğlu Şirinov ilə qısamüddətli görüşə gəlmiş arvadı Tovuz rayon sakini Rəna Fəxrəddin qızı Şirinova tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman isə zənbilin içərisində gizlədilmiş daxilində danışıq kartı olan 1 ədəd “Xiomi” markalı mobil telefon aparatı və elektrik qidalandırıcısı aşkar edilib. Hər iki faktla bağlı araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?