Salyan rayon xəstəxanasında ailə hakimiyyəti qurulub.
Salyan Rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Nurlan Hüseynov bu vəzifədə qısa müddətli işləməsinə baxmayaraq öz əhatəsinə bir neçə qohumunu toplaya bilib. Gundemxeber.az Kanal15.az-a istinadən xəbər verir ki, onun həyat yoldaşı Röya Hüseynova Salyan RMX nın sığorta şöbəsinin şöbə müdiri vəzifəsində işləyir. Baldızı Manafova Aygün isə Xəstə xidmətləri şöbəsinin şöbə müdiri vəzifəsində çalışır. Röya və Aygünün anası, həmçinin baş həkimin qayınanası adı çəkilən tibb ocağında həkim kimi çalışır. Onların digər bir qohumu isə Röya xanımın şöbəsində bölmə müdiri işləyən Nərgiz Əzizbəylidir. Salyan Rayon Mərkəzi Xəstəxanasında tender və digər qanunsuzluqlar barədə növbəti yazımızda məlumat veriləcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?