Gundemxeber.az » Ölkə » Cəmiyyət » Yeni savaş AB-HAVASI: Ermənistan Azərbaycanla sərhəddə qoşun yığır... - Bütün hərbi hissələr təmas xəttinə dislokasiya edilir
Ermənistan dünəndən etibarən Azərbaycanla sərhəd istiqamətində xeyli sayda canlı qüvvə və hərbi texnika cəmləşdirməyə başlayıb. Gundemxeber.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu barədə erməni Telegram kanalları məlumat yayıb.
Həmin məlumata görə, son iki gündə İrəvan da daxil olmaqla, Ermənistanın digər şəhərlərindən də sərhəddə hərbi hissələr dislokasiya edilir. Mənbə Ermənistan tərəfinin bu addımının konkret olaraq nə ilə bağlı olmasını izah etməyib. Lakin güman ediblər ki, bu, Azərbaycanla yeni müharibəyə hazırlıq və indiyə qədər itirdikləri ərazilərin geri qaytarılması üçün nəzərdə tutulmuş planın tərkib hissəsidir.
Qeyd edək ki, Ermənistan tərəfi hələ bir müddət əvvəl bəyan etmişdi ki, onlar son sentyabr döyüşlərindən sonra itirdikləri əraziləri geri qaytarmaq üçün hazırlıq görürlər. Ermənistan MN-in baş qərargah rəisi açıq şəkildə bildirimişdi ki, bununla bağlı planları hazırdır və əmr gözləyirlər. Görünür, erməni tərəfi Soçi görüşünün nəticələrini gözləyir. Və ardından yenidən təxribata əl atmaq barədə düşünürlər. Əks təqdirdə, Ermənistanın bütün şəhərlərindəki hərbi hissələrin Azərbaycanla sərhəddə dislokasiya edilməsinin başqa adı yoxdur.
Gudnemxeber.Az
6-09-2013, 03:02
21-02-2014, 12:42
23-07-2018, 10:48
2-07-2018, 09:14
17-09-2018, 14:18
Sorğu
Yeni dizaynımız necədir?