GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İran hakimiyyəti - İslam daxilində təfriqəçi, ianələri terrora xərcləyən rejim - ŞƏRH

İran hakimiyyəti - İslam daxilində təfriqəçi, ianələri terrora xərcləyən rejim - ŞƏRH

Tarix: 5-11-2022, 18:44 Bölmə :Cəmiyyət Baxış: 302


İran yeraltı və yerüstü sərvətlərinə görə Orta Şərqin ən varlı dövlətidir. Ancaq ölkənin var-dövləti vətəndaşın rifahına deyil, hakim rejimin siyasi hikkəsinin təmin olunmasına xərclənir. İranın tanınmış və ziyalı insanları dəfələrlə hakimiyyəti dövlət büdcəsini xaricdə saxladığı təşkilatlara sərf etməkdə günahlandırıblar. İranda hakimiyyətin apardığı bu siyasət nəticəsində adambaşına düşən milli gəlir 2004-cü ildən 2020-ci ilədək ən aşağı səviyyəyə düşüb. Tehran Ticarət və Sənaye Palatasının sədri Məsud Ənsari tviter səhifəsindəki paylaşımda bunu belə dəyərləndirmişdi: “Ötən il (2019-cu ili nəzərdə tutur, pandemiyadan əvvəl ) adambaşına düşən milli gəlir 4 milyon 700 min tümən (təxminən 210 dollar) geriləyib”.

Əslində, İran əhalisinin yoxsul vəziyyətə düşməsinin əsas səbəblərindən biri Xomeyninin İslam inqilabı doktrinasının transformasiyası adı altında hakimiyyətin xarici ölkələrdə yaratdığı şəbəkələrə maliyyə vəsaiti və s. xərcləməsidir. Bəs Tehran hakimiyyəti dövlətin pullarını hansı ölkələrdə xərcləyir? O, Suriya, İraq, Yəmən, Fələstin, Livan, Əfqanıstan, keçmiş sovet respublikaları, Aİ-nin bəzi ölkələri, Afrikanın şimalındakı dövlətlər, Çin, Hindistan, Pakistan, Latın Amerkasının bir sıra ölkələri, ABŞ, NATO, İsrail, Səudiyyə Ərəbistanında maraqlarına qarşı külli miqdarda maliyyə vəsaiti sərf edir. İran Bəhreynə də silah-sursat göndərir. Orada silahlı qruplaşma, o cümlədən “əl-Əştər” briqadası iranlılar tərəfindən təlmatlandırılır. İran 2020-ci ildə Livanda “Hizbullah”a 700 milyon dollar yardım edib. Hər gün Yəməndə husi qiyamçıların Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri istiqamətində atdıqları raketlər adi İran vətəndaşlarının çörək pulu hesabına hazırlanır. Məsələn, ötən ilin fevral-iyun aylarında ABŞ Hərbi Dəniz Qüvvələri Yəməndəki husi qiyamçıları üçün nəzərdə tutulan, İran istehsalı olan 1 700 avtomat və 170-dən artıq raket ələ keçiriblər.

İran İnqilab Keşikçiləri Qvardiyasının xaricdə fəaliyyət göstərən “Qüds” adlı qoşunu var. “Qüds”ün müxtəlif idarələri mövcuddur: Türkiyə, Qərb ölkələri bazası, keçmiş SSRİ ölkələri, İraq, Əfqanıstan, Pakistan, Hindistan, İsrail, Livan, İordaniya, Şimali Afrika, Ərəb yarımadası ölkələri. Bu təşkilatın maliyyələşməsi gizlidir. O, İranın ali rəhbəri Xameneiyə tabedir. Bəzi mənbələr onun “Bank of Kunlun” maliyyə qurumu tərəfindən dəstəkləndiyini də bildirir. Bu bank Çinin “China National Petroleum Corporation” şirkətinin törəməsidir. İran İraqda terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə adı altında “Xalq Səfərbərlik Qüvvələri”(Həşdi Şəbi”) adı ilə də hərbi birləşmə yaradıb. Onun tərkibində 7 silahlı qrup var. Onların sayının 100-150 min olduğu bildirilib. İraq İŞİD-dən təmizlənsə də, “Həşdi Şəbi” hələ də bu ölkədə fəaliyyətini davam etdirir. Başqa sözlə, İran bu qoşuna dövlət büdcəsindən milyonlarla maliyyə vəsaiti xərcləyir. Tehran xarici ölkələrdə qoşunlar saxlamaqla ölkəsinin təhlükəsizliyi adı altında hakimiyyətin qalmasını və əhəmiyyətsiz doktrinanın yayılmasını təşkil edir. İran həmin qruplaşma tərəfindən İraqı bir növ işğal edib.

Yeri gəlmişkən, qeyd edək ki, 1979-cu ildən İran hakimiyyətinin adı 40-dan çox ölkədə törədilən terror hadisələrində hallanır. Bundan başqa, Tehran rejimi beynəlxalq miqyasda 360-a qədər məqsədyönlü qətlləri, eləcə də yüzlərlə insanın ölümünə və yaralanmasına səbəb olan kütləvi partlayışları təşkil edib. Bu terror aktlarını və silahlı hücumları, ilk növbədə, İran İnqilab Keşikçilərinin “Qüds” qoşunu, İran İnformasiya, Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi (ETTELAAT), üçüncü ölkələrdəki etibarlı şəxsləri, məsələn, “Hizbullah” törədib. 1994-cü ildə Argentinanın paytaxtı Buenos Ayresdə 85 nəfərin ölümü ilə nəticələnən Yəhudi Mədəniyyət Mərkəzinin partladılmasında ETTELAAT-ın o vaxtkı şefi Əli Fəllahianın, İran səfirliyinin mədəniyyət üzrə attaşesi Əhmədrza Əsgərinin adları hallanır. Yaxud 2018-ci ildə Avstriyada səfirlikdə işləyən Əsədullah Əsədi terror fəaliyyətində şübhəli bilinərək hazırda Belçikada həbsdədir.

Ümumiyyətlə, 1984-cü ildən İran dünyada terrorçuluğu himayə edən dövlət olaraq tanınır. Ölkənin əsas güc strukturu sayılan qvardiya terrorçu təşkilat siyahısındadır. İran hakimiyyətinin pozuculuq əməlləri təkcə terrorlar törətməklə bitmir. O, din pərdəsi altında dünya müsəlmanları arasında da ikitirəlik yaradır. Təriqəti din səviyyəsində təbliğ edir. İran mərkəzli fars düşüncə sisteminin daşıyıcısı olan bu rejim dünyada adı və pərdəsi altında gizləndiyi məzhəbə hücum olduğunu təbliğ etməklə də İslama ziyan vurur, onu parçalayır, birliyi əngəlləyir. İran-İraq müharibəsi zamanı Xomeyni Kərbəla və Nəcəfi düşmənlərdən (o vaxt Səddam Hüseyni nəzərdə tuturdu) azad edib, Kəbəni də kafirlərdən təmizləyəcəklərini bəyan etməklə də İslam düşmənçiliyi toxumunu səpirdi. İslam dinində vacib əməllərdən biri Kəbənin ziyarətidir. Tehran hakimiyyəti bu ziyarətin əhəmiyyətini azaltmaqla da İslamı təhrif edir. İran hakimiyyəti müsəlmanların bu müqəddəs ibadət ocağında müxtəlif terrorlar törətmək və ya təşkil etməklə oranı təhlükəli yerə çevirməyə çalışır. Bununla da müsəlmanların ora səfərinin qarşısını almağı hədəfləyir. 1979-cu il noyabrın 20-də, Məhərrəm ayının birində Məkkədə törədilən terror aktı nəticəsində 255 nəfər ölmüş, Səudiyyə Ərəbistanının 400-dən çox hərbçisi yaralanmışdı. Bu terror aktında daha çox İran hakimiyyətinin adı hallanırdı. Çünki bu hadisədən 16 gün əvvəl, noyabrın 4-də ABŞ-ın Tehrandakı səfirliyinin 52 əməkdaşı girov saxlanılmışdı. Bu hücumun məsuliyyətini “İmam Xomeyni yolunun davamçıları" üzərlərinə götürmüşdü. Onda Ruhullah Xomeyni səfirliyin işğalını “ikinci inqilab” kimi səciyyələndirmişdi. Məkkəyə hər il orta hesabla dünyanın müxtəlif yerlərindən 2,5-3 milyon zəvvar səfər edir. Koronavirus təhlükəsi səbəbindən 2022-ci ildə Həccə bir milyon zəvvar gedib. İranın apardığı təbliğat və təfriqəçilik nəticəsində bu il Məhərrəm ayının 10-cu günü İmam Hüseynin xatırlanması üçün Kərbəlaya 21 milyondan çox zəvvar səfər etdiyinə dair xəbər yayılıb. İranın İmam Hüseynin Ziyarətgahı İdarəsinin Baş Katibliyi bildirib ki, bu il tədbirə 21 198 640 nəfər qatılıb. Müqayisə üçün qeyd edək ki, ötən il iştirakçıların sayı 16 milyon 327 min nəfər olub.

İran hakimiyyətinin bu ziyarətləri təşkil etməkdə məqsədlərindən biri öz siyasi-ideoloji xəttinin dünyadakı havadarlarının sayını nümayiş etdirməkdirsə, digəri də pul qazanmaqdır. Ərbəin, Məşhəd, Qum və s. ziyarətgahlardan əldə edilən maliyyə vəsaitləri isə elə müsəlman ölkələrdə törədilən terrorlara və başqa pozuculuq əməllərə xərclənir. İran hakimiyyəti müsəlman ölkələrində iğtişaşları da həmin pullarla törədir. Həmin pullar həm də Azərbaycan torpaqlarını işğal altında saxlamaq üçün Ermənistana yardım kimi verilirdi. Bu gün də Tehran İrəvana yardım edir. Odur ki, İrandakı rejim ziyarətgahlardan topladığı maliyyə vəsaiti hesabına Ermənistana silah, hərbi texnikanı ucuz qiymətə satır. Onun Azərbaycana qarşı güclənməsinə yardım edir. Bu kimi məsələlər İranın İslam dünyası daxilində pozuculuq fəaliyyətini təsdiqləyir. Tehran hakimiyyətinin fəaliyyət istiqamətləri daha çox müsəlman dövlətləridir. O, adi inanclı zəvvarlardan topladığı ianələri həmin dövlətlərin ərazilərində öz çirkin niyyətlərini həyata keçirməyə sərf edir. Çünki İrandakı hakimiyyət heç vaxt İslama xidmət etməyib. O, panfarsçı düşüncənin daşıyıcısı olduğu üçün daim türk, ərəb və fars olmayan region dövlətlərinə qarşı gizli və açıq düşmənlik aparıb...


SƏDRƏDDİN İSMAYILOV


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Aclığın əsir aldığı 10 ölkə - SİYAHI

    Aclığın əsir aldığı 10 ölkə - SİYAHI ...

    9-12-2014, 01:14

  • 
  • İranın Trampın İraq səfərinə cavab gedişi: Ruhani ilk dəfə Bağdada getdi

    İranın Trampın İraq səfərinə cavab gedişi: Ruhani ...

    11-03-2019, 16:19

  • 
  • İsraildən İran ordusuna DƏHŞƏTLİ HÜCUM - Çox sayda ölü və...

    İsraildən İran ordusuna DƏHŞƏTLİ HÜCUM - Çox ...

    8-12-2019, 11:23

  • 
  • "McKinsey Global Institute": Azərbaycan ÜDM-in adambaşına düşən artımına görə dünya liderlərindən biridir

    "McKinsey Global Institute": Azərbaycan ...

    2-10-2018, 10:46

  • 
  • Rəsmi Tehran: "İran ABŞ ilə danışıqlarda maraqlı deyil"

    Rəsmi Tehran: "İran ABŞ ilə danışıqlarda ...

    20-08-2019, 11:03


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (461)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu