Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı kanala düşən şəxsin meyiti tapılıb.
Bu barədə GundemXeber.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Günay Hüseynovanın meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, qəzada həlak olan gəlin Nuranə Hüseynova ilə Günay Hüseynova əmiqızıdırlar.
10:33
Daxili İşlər Nazirliyi Yevlax rayonunda bu gün toyu olacaq qızın gözəllik salonuna gedərkən qəza nəticəsində ölməsi barədə məlumat yayıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, noyabrın 7-də səhər saatlarında Yevlax rayonunun Səmədabad kəndi ərazisində Gəncə şəhər sakini Famil Qasımov idarə etdiyi BMW markalı avtomobili su kanalına aşırıb:
“Nəticədə F.Qasımov və sərnişini Nuranə Hüseynova ölüblər. Digər sərnişinlərdən Xəyalə Hüseynova xəstəxanaya yerləşdirilib, Günay Hüseynovanın axtarışları davam etdirilir”.
Faktla bağlı araşdırma aparılır.
09:40
Yevlaxda bu gün toyu olacaq qız gözəllik salonuna gedərkən yol-nəqliyyat hadisəsi zamanı ölüb.
“Report”un bölgə müxbiri xəbər verir ki, minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb.
Nəticədə avtomobil Qarabağ su kanalına düşüb. Avtomobilin içərisində olan bir qadın və bir kişi həlak olublar.
Onların meyitləri tibbi ekspertizaya aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Məlumata görə, qəzada ölən 18 yaşlı qızın bu gün toyu olacaqdı. Qəza hadisəsi qız toya hazırlıq məqsədilə səhər saatlarında gözəllik salonuna gedərkən baş verib.
Sorğu
Yeni dizaynımız necədir?