Ukrayna 2023-cü ilə qədər Krımı ələ keçirmək üçün əməliyyata hazırlaşırdı. Bu barədə GundemXeber.Az “The Economist”ə istinadən xəbər verir. Nəşr Ukrayna Hərbi Hava Desant Qüvvələrinin keçmiş komandanı Mixail Zabrodskinin sözlərinə istinad edərək qed edir ki, “Krımın qaytarılması əməliyyatı təkcə mümkün deyil, o, 2023-cü ilə qədər planlaşdırılıb”.
“Əgər bu planları mediada dərc etsəydik, o zaman heç nəyə nail olmazdıq”, - Zabrodski bildirib.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Krımın qeyri-hərbi yolla qaytarılması variantlarını nəzərdən keçirməyə hazır olduğunu bəyan edib. O, bu barədə Amerikanın “Financial Times” qəzetinə müsahibəsində bildirib. “Əgər kimsə bizə Krımın qeyri-hərbi yolla ölkəyə qaytarılmasına kömək edəcək bir yol təklif etsə, mən bunu yalnız dəstəkləyəcəm. Əgər mümkün həll bütün Rusiya hərbçilərinin Krım ərazisini tərk edəcəyini nəzərdə tutmursa, o zaman buna vaxt itirməyə ehtiyac yoxdur”, - deyə Zelenski bildirib.
Sorğu
Yeni dizaynımız necədir?